05 İyul 2024 08:05
915
SİYASƏT
A- A+
Çin Azərbaycanı seçir

Çin Azərbaycanı seçir

 

Qlobal iqtisadi fövqəlgüc Qafqazın lider dövləti ilə əməkdaşlığı genişləndirir

 

Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüş iki ölkə arasındakı yüksək siyasi və dostluq münasibətlərinin nümayişi oldu.  Görüş çərçivəsində "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması isə iki dövlət arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi. 

 

Dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa söykənən əlaqələr

 

Çin Xalq Respublikası təkcə qədim tarixi, ənənələri, mədəniyyəti, ixtiraları ilə deyil, həm də müasir dünyada çox sürətlə inkişaf edən bir ölkə kimi diqqəti cəlb edir. Xüsusən son üç onillikdə bu inkişaf dünyanın başqa böyük ölkələrindən fərqli olaraq fasilə vermədən, təəccüb doğuran sürətlə davam edir. Bir vaxtlar iqtisadi inkişaf səviyyəsinə görə çox geri qalan, əhalisi yoxsul yaşayan Çin indi iqtisadi göstəricilərinə görə dünyada ABŞ-dən sonra ikinci yerdə gəlir. Xüsusən son onilliklərdə Çin misilsiz nailiyyətlər əldə etmişdir. Hazırda bu dövlət öz inkişaf sürəti, innovativ texnoloji yenilikləri ilə dünyanı heyrətləndirməkdə davam edir. 
Azərbaycanla Çin Xalq Respublikası arasında əlaqələr dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla yüksək inkişaf dinamikası ilə seçilir. Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin 1994-cü ilin mart ayında Çinə rəsmi səfəri ilə əsası qoyulmuş yüksəksəviyyəli siyasi dialoqun Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilməsi nəticəsində sonrakı dövrdə ikitərəfli əlaqələr  keyfiyyətcə yeni mərhələyə yüksəlib. 
Azərbaycan və Çin bir-birinin milli maraqlarına daim qarşılıqlı dəstək nümayiş etdiriblər. Coğrafi baxımdan bir-birindən uzaq məsafədə yerləşmələrinə baxmayaraq, Azərbaycan və Çin dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri iki ölkə arasında qarşılıqlı əlaqələrin dinamik inkişafına əlverişli zəmin yaradıb. Hər iki dövlətin rəhbəri əlamətdar günlərdə qarşılıqlı olaraq münasibətlərin yüksək məzmununu və əlaqələrin daha da inkişafını ehtiva edən siyasi iradənin əks olunduğu məktublar ünvanlayıblar. Bütün bunların nəticəsi olaraq Azərbaycan-Çin münasibətləri sürətlə inkişaf edib.

 

Prezident İlham Əliyevə və ölkəmizə olan böyük ehtiramın göstəricisi

 

Xüsusilə qeyd edilməlidir ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini, Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyib.  Çin tərəfindən irəli sürülmüş "Bir kəmər bir yol" təşəbbüsü ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında Astanada keçirlən görüşdə diqqət mərkəzinə gətirildi. Prezident İlham Əliyev Azərbaycanın daim "Vahid Çin" siyasətini dəstəklədiyini vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatında Azərbaycanın statusunun artırılmasının Çin tərəfindən dəstəkləndiyi qeyd olundu, gələn il Çinin sədrliyi çərçivəsində bu məsələyə xüsusi diqqət yetiriləcəyi bildirildi. Si Cinpinin Azərbaycan Prezidentini Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçiriləcək Zirvə toplantısına, eyni zamanda bu əsnada Çinə dövlət səfərinə dəvət etməsi isə bir daha Prezident İlham Əliyevə və ölkəmizə  olan böyük ehtiramın nümayişi oldu.   Eyni zamanda Prezident İlham Əliyev də ÇXR Sədrini uyğun vaxtda ölkəmizə rəsmi səfərə dəvət etdi.
Siyasi müstəvidə əlaqələrin yüksək səviyyəsi iqtisadi əməkdaşlığa da təsirsiz ötüşmür. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ölkələrimiz arasında əmtəə dövriyyəsi 3 milyard dollara çatıb və artım potensialına malikdir. Azərbaycanın Çinin 6 şəhərində ticarət evi də fəaliyyət göstərir. 

 

Birgə Bəyannamə münasibətləri tamamilə yeni müstəviyə yüksəldir

 

BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Çin dünyanın fövqəlgüc dövlətləri sırasındadır. Bu ölkənin siyasi-iqtisadi addımları bütün qlobal iqtisadiyyata təsirsiz ötüşmür. Qürurludur ki, məhz belə bir dövlət xarici əlaqələrində Qafqazın lider dövləti olan Azərbaycanla tərəfdaşlığın və əməkdaşlığın yüksəldilməsinə böyük önəm verir. Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində  "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin qəbul olunması bunu təsdiq edir.
Birgə Bəyannamə Azərbaycanla Çin arasında əməkdaşlığa dair bütün məsələləri əhatə edir. Sənədə əsasən tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, dəstək, qarşılıqlı fayda və əməkdaşlıqdan çıxış edirlər. Eyni zamanda Azərbaycanla Çin bir-birini etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. Bütövlükdə isə Birgə Bəyannamə Azərbaycanla Çin arasındakı münasibətləri tamamilə yeni müstəviyə yüksəldir.

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Meksikada narkokartelin 19 üzvü öldürüldü

14:40
23 Oktyabr

ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı

14:39
23 Oktyabr

Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq

14:36
23 Oktyabr

Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib

14:35
23 Oktyabr

BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub

14:34
23 Oktyabr

Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb

14:32
23 Oktyabr

Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq

14:31
23 Oktyabr

Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb

14:22
23 Oktyabr

Almaniya səfiri Rusiya XİN-ə çağırıldı

14:21
23 Oktyabr

Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq

14:13
23 Oktyabr

Ukraynanın baş prokuroru istefa verdi

14:06
23 Oktyabr

Xavi "Mançester Yunayted"də?

13:57
23 Oktyabr

Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq

13:47
23 Oktyabr

Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq

13:42
23 Oktyabr

Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”  

13:31
23 Oktyabr

BMT-nin baş katibi BRİCS sammitinə getdi 

13:22
23 Oktyabr

Paşinyan BRİKS sammitində iştirak edəcək

13:16
23 Oktyabr

Baydendən hərbi xərclərlə bağlı açıqlama

13:04
23 Oktyabr

Braziliyada qırıcı qəzaya uğradı

13:02
23 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK

13:01
23 Oktyabr

DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir  

12:57
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!