26 May 2025 22:29
490
SİYASƏT
A- A+
Cənubi Afrika Respublikasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Cənubi Afrika Respublikasında Azərbaycanın Müstəqillik Günü qeyd olunub

Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, paytaxt Pretoriyanın “Pretoriya Country Club” salonunda 150-yə yaxın qonağın iştirakı ilə keçirilən qəbulda hakim “Afrika Milli Konqresi” partiyasının ən nüfuzlu siyasətçilərindən olan Parlamentin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo, CAR Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko, nazirliyin əməkdaşları, CAR-da akkreditə olunan diplomatik korpusun duayeni və regional duayenlər, ölkədəki xarici dövlətlərin nümayəndəliklərinin rəhbərləri və diplomatları, media və ictimai dairələrin əməkdaşları, iri şirkətlərin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Cənubi Afrika Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində çıxış edən diplomatik missiyamızın rəhbəri Hüseyn Rəhimli 1918-ci il mayın 28-də yaradılan və bu il 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini, Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verdiyini qeyd edib. Bildirib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb.

Müvəqqəti işlər vəkili H.Rəhimli bugünkü müstəqil Azərbaycan dövlətinin AXC-nin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri yaşadaraq daha da inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırıb.

O, 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin süqutundan və müstəqilliyimizin bərpa olunmasından sonra müşahidə edilən çətin dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Bildirib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü dövlət institutları yaradılıb, ölkəmiz Avropa Şurasının üzvü olub, habelə elə bu gün Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsi həyata keçirilib. Çıxışda 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsindən, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasından da söz açılıb.

Diqqətə çatdırılıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrilib. Otuz il ərzində erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib, üçrəngli Bayrağımız bütün şəhərlərimizdə qürurla dalğalanır.

H.Rəhimli CAR ilə ikitərəfli münasibətlərin mövcud durumu və inkişaf perspektivləri, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq imkanları barədə də danışıb.

CAR Parlamentinin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo və XİN-in Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını bildiriblər. Onlar ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, Azərbaycanın əldə etdiyi uğurların sevindirici hal olduğunu, müstəqilliyinin 107-ci ildönümünü qeyd edən Azərbaycanın təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, ölkəmizdə uğurla keçirilən COP29 tədbirinin və orada qəbul edilən qərarların əhəmiyyətini yüksək qiymətləndiriblər.

Qəbul bədii hissə ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!