Cəlilabad, Masallı və Yardımlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsil infrastrukturunun yenidən qurulması məqsədi ilə qərara alıram:
1. Cəlilabad, Masallı və Yardımlı rayonlarında cəmi 992 şagird yerlik modul tipli 15 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 177 000 (beş milyon bir yüz yetmiş yeddi min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 aprel 2018-ci il
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamına
Əlavə
Cəlilabad, Masallı və Yardımlı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
Sıra №-si |
Təhsil müəssisələrinin adları |
Ayrılan vəsait |
1 |
Cəlilabad rayonu Türkelli kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
310 000 |
2 |
Cəlilabad rayonu Qarağac kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
3 |
Cəlilabad rayonu Ağusəm kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
4 |
Cəlilabad rayonu Oğrubulaq kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
5 |
Cəlilabad rayonu Hacıməmmədli kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
425 000 |
6 |
Cəlilabad rayonu Lallar kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması |
230 000 |
7 |
Cəlilabad rayonu Hacıcavad kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
8 |
Cəlilabad rayonu Ətcələr kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
390 000 |
9 |
Cəlilabad rayonu Ləzran kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
10 |
Cəlilabad rayonu Suluçeşmə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
11 |
Masallı rayonu Şıxlar kənd 2 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
315 000 |
12 |
Masallı rayonu Bala Təklə kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
425 000 |
13 |
Yardımlı rayonu Şıxlar kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması |
390 000 |
14 |
Yardımlı rayonu Bilnə kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
285 000 |
15 |
Yardımlı rayonu Avun kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması |
262 000 |
|
Cəmi |
5 177 000 |
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
İran ələ keçirdiyi gəmi haqda açıqlama verdi: Ekipaj buraxılacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!