Tender 1 (bir ) LOT üzrə keçirilir.
Tender iştirakçılarına təklif olunur ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq tender təkliflərini dövlət satınalmalarının vahid internet Portalında elektron formada təqdim etsinlər. Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi, analoji işlərdə təcrübəsi, ixtisas göstəricilərinin uyğunluğu və maliyyə imkanları. Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş Əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet Portalında elektron formada ala bilərlər. Əlaqələndirici şəxs: Əliyev Teyyub Qaraş oğlu (telefon:+99450-358-46-18).Ünvan: Biləsuvar rayonu, 7 saylı qəsəbə, ev 377.
Müqavilənin yerinə yetirilmə müddəti 31 dekabr 2021-ci il tarixə kimidir.
İştirak haqqı -100 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Təşkilat - Cəbrayıl Suvarma Sistemləri İdarəsi
H/h: AZ76CTRE00000000000002354301
VÖEN: 820003321
Bank: “Kapital Bank” Cəbrayıl filialı
Kod:210005
VÖEN: 1401555071
M/h: AZ41NABZ01360100000000003944
S.W.I.F.T.CTREAZ22
Malgöndərənlər (podratçılar) iddiaçı statusu almaq və tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təsdiq olunmuş qaydada elektron formada təqdim etməlidirlər:
1. İştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
2. Tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
3. Tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən azı 30 (otuz) bank günü çox olmalıdır);
4. Malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər;
Bu sənədlərə aşağıdakılar daxildir:
4.1. Malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
4.2. Malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyət dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
4.3. Malgöndərənin (podratçının) ixtisas göstəricilərinə dair məlumat (bu məlumatlar tenderin Əsas şərtlər toplusunda tələb olunan sənədlərdə və formalarda təqdim olunmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayışlar;
- Vergilər Nazirliyi tərəfindən həmin iddiaçıların işçilərinin sayı, əmlakları, avadanlıqları, lazımi texniki imkanlarının olmasına dair rəsmi arayış;
- Dövlət Sosial Müdafiə Fondu tərəfindən fonda borcu olub-olmaması barədə arayış;
4.4. İddiaçıların müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları.
Malgöndərənlər (podratçılar) 1 və 4-cü bəndlərdə qeyd olunan sənədləri 26.02.2021-ci il saat 15:00-a kimi Tender komissiyasına dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə elektron formada təqdim etməlidirlər.
Malgöndərənlər (podratçılar) öz tender təkliflərini 04.03.2021-ci il saat 15:00-a qədər elektron Portal vasitəsilə təqdim etməlidirlər.
Göstərilən tarixdən gec təqdim olunan təkliflər dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə qəbul olunmayacaqdır.
Tender təklifləri zərfləri 10.03.2021-ci il saat 15:00-da elektron Portal vasitəsilə açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
Tender komissiyası