Cavanlığın sirri
Təbiətdə qocalığın qarşısını alan, hətta prosesi tərsinə çevirən tərkibində antioksidantlar olan çox məhsullar var. Aşağıda sadaladıqlarımız bu məhsulların ön sırasında gələnlərdir:
Sarıkök - yaşlanmaya qarşı savaşan B1, B2, B3, C və K vitaminləri, kalsium, dəmir, fosfor və yodla zəngindir. Tərkibindəki efir yağları, fenol birləşmələr sağlam hüceyrələri məhv edən sərbəst radikalların-molekulların təsirini zəiflədir.
Sarımsaq - orqanizmi cavanlaşdırmağa qadirdir. Tərkibində çoxlu mikroelementlər, efir yağları və antioksidantlar var. Bu məhsul insanın cavan qalmasına, həm zahirən, həm də daxilən sağlam olmasına kömək edir. Sarımsaq zərərli xolesterinin səviyyəsini aşağı salır, qanın təbii laxtalanmasına kömək edir. Bu şəfalı tərəvəzdən ayrılan izotiosianat maddəsi xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.
Balıq - omeqa 3-ün əvəzedilməz qaynağıdır. Uzun zamandır elmə məlumdur ki, bu doymamış yağ turşuları anti-iltihab xassələrə malikdir, dəri, saç və dırnaqların qocalması ilə mübarizə aparır, hüceyrələrdə qan dövranını surətləndirir.
Balqabaq tumları - vitaminlər, amin turşuları və mineralların deposudur. Bu tumların tərkibində fosfor, maqniy, niasin, fol turşusu, B qrup vitaminlər, eyni zamanda, A, C, D və K vitaminləri mövcuddur. Həmçinin cavanlığın ömrünü uzadan E vitamini ilə zəngindir. Bu tumların tərkibində vacib mikroelement olan kollagenin yaranmasına təsir edən sink də mövcuddur. Kollagen dəri hüceyrələrinin yenilənməsinə səbəb olur, onun elastik olmasına, saçların və dırnaqların, damarların sağlamlığına müsbət təsir göstərir.
Kakao - araşdırmalara əsasən, gündəlik bu ətirli içkidən istifadə edənlər daha gec qocalırlar. Kakao dəri hüceyrələrinin normal funksiya göstərməsinə təsir edir və onun cavanlığını qoruyub saxlayır. Bu içkinin tərkibində A, PP, E və B vitaminləri, həmçinin kalsium, sink, ftor, maqnium və kaliy mineralları mövcuddur.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Dünya birjalarında neft ucuzlaşıb
29 Aprel
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Qəbələdə vətəndaşların müraciətini...
29 Aprel
Şəhriyar Məmmədyarov Almaniya çempionu olub
29 Aprel
DSX: 6 kiloqramdan çox narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb...
29 Aprel
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...
29 Aprel
Füzuli sakini: Doğma yurdumuzun daha da inkişafı üçün çalışmalıyıq
29 Aprel
Keçmiş məcburi köçkün: Torpaqlarımıza qayıdışın sevincini yaşadan hər kəsə təşəkkür edirəm...
29 Aprel
Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb
29 Aprel
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!