04 Avqust 2024 09:20
1055
CƏMİYYƏT
A- A+
Canını Vətənə fəda edən igid

Canını Vətənə fəda edən igid


O, dünayaya göz açanda Azərbaycanın Qarabağını və Şərqi Zəngəzurunu qəsbkar ermənilər ələ keçirmişdilər. 1994-cü il mayın 12-də iki ölkə - Azərbaycan və Ermənistan atəşkəs sazişi imzalamışdılar. Ancaq işğalçı ölkə sazişə əməl etmirdi. Ermənistanın silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və mülki əhalisinin yaşayış məntəqələrini intensiv atəşə tuturdular. Birinci Qarabağ müharibəsində sinəsinə dağlar çəkilmiş Azərbaycan xalqının övladları yenə də şəhid olurdular.

Qarabağın, Şərqi Zəngəzurun Ermənistanın işğalında qaldığı illərdə doğulan yurdumuzun oğulları qəhrəman babaları kimi vətənpərvərlik ruhunda böyüyürdülər. Onların bir çoxu işğal tarixi yaşlarından böyük olan o əzəli torpaqlarımızı azad etmək arzusu ilə hərbçi olurdu. Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kərəm Həsənov kimi...
Kərəm 1996-cı il yanvar 1-də Gəncə şəhərində dünyaya gəldi. Ailədə iki uşaq - bir bacı, bir qardaş idilər. Onu Gəncə şəhərində 1 saylı bağçaya apardılar. Məktəbəqədər təhsilini də orada aldı. 2002-ci ildə Gəncə şəhəri Mir Cəlal Paşayev adına 39 saylı tam orta məktəbə getdi. Məktəb illərində hərbi dərslərə xüsusi maraq və fəallıq göstərməsi onun daxili dünyasından xəbər verir, arzularını, məqsədini bəlli edirdi. Kərəm Həsənov məktəbdaxili hərbi qrupa - "Şahinlər" qrupuna üzv oldu. Hərbi təlimlərdə iştirak etdi. İdmana da marağı böyük idi. Bu sahədə də uğurlara nail oldu. Kikboksinq üzrə 12-13 yaşlı idmançılar arasında "Şəhər çempionatında" 1-ci yeri qazandı.
Orta məktəbi 2013-cü ildə bitirdi. Qəlbində seçib bağlandığı hərbçi peşəsini mükəmməl öyrənmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil oldu.  2017-ci ildə təhsilini leytenant rütbəsi ilə tamamladı. Azərbaycanın bir sıra şəhər və rayonlarında - Bakıda, Bərdədə, Goranboyda, Mingəçevirdə, Ağcabədidə, Beyləqanda, Qubadlıda hərbi xidmətini məsuliyyətlə yerinə yetirdi. Tank komandiri oldu. O, 2008-ci il iyunun 26-da, Azərbaycan Silahlı Qüvvələri günündə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif olundu. 2020-ci ilin həmin günü isə Kərəm Həsənov baş leytenant rütbəsinə layiq görüldü.
2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində sinəsini düşmən güllələrinə sipər edən qəhrəman Azərbaycan oğullarından biri də o oldu. Kərəm Suqovuşanın, Ağdam rayonunun və kəndlərinin işğaldan azad olunmasında fəal iştirak etdi. 
İkinci Qarabağ müharibəsində Suqovuşan istiqamətində gedən döyüşlərdə düşmənin keçilməz səddini aşmaq tapşırığı verildi. Kərəm Həsənov heyət üzvləri ilə birgə tapşırığı uğurla yerinə yetirdi. Böyük rəşadətlə həmin səddi keçdilər. Onlar döyüşlərdə çox ağır vəziyyətlərlə üzləşdilər. Birlikdə mühasirəyə də düşdülər. Kərəm Həsənov qəhrəmanlıq göstərərək heyət üzvlərini sağ-salamat çıxara bildi. 
Baş leytenant Kərəm Həsənov Azərbaycan Prezidenti 
İlham Əliyevin sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olundu.
İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanda Komando Ordu Birliyi yaradıldı. 2022-ci ilin sonlarında Kərəm Həsənov da Komando briqadasına qoşuldu. O, hərbi fəaliyyətini Qubadlı rayonunun Muradxanlı kəndində davam etdirdi.
Azərbaycan Silahları Qüvvələrinin 2023-cü ildə apardığı lokal xarakterli antiterror tədbirlərində baş leytenant Kərəm Həsənov da iştirak etdi. Bir neçə postun düşməndən geri alınmasında böyük xidmət göstərdi. Ölkəsinin ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş tapşırıqlarını yerinə yetirərkən sol qolundan güllə yarası aldı. Yaralı vəziyyətdə də vəzifə borcunu şərəflə icra edirdi. Son nəfəsinədək qəhrəmancasına vuruşdu. Kərəm Həsənov 2023-cü il sentyabrın 20-də Xocavənd rayonununda şəhid oldu. Boya-başa çatdığı Gəncə şəhərində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırıldı. 
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı Kərəm Həsənov şəhidlik məqamına ucalanda qızı Rüqəyya 1 yaş 
8 aylıq idi.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Kərəm Həsənov ölümündən sonra "3-cü dərəcəli Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" medalı ilə təltif olundu.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan-Türkiyə İKT Biznes Forumu keçirilib 

17:02
11 Fevral

Avropa Parlamenti Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışına ictimai dəstək verməlidir - Bəyanat

17:00
11 Fevral

Avropa Parlamenti Ukraynaya 90 milyard avroluq kreditin ayrılmasını təsdiqləyib  

16:59
11 Fevral

Niderland Krallığı Senatının sabiq sədri Rene van der Lindendən  

16:58
11 Fevral

“Europol” təqribən 1,2 milyard avro dəyərində saxta əsginasların dövriyyəyə buraxılmasının qarşısını alıb

16:57
11 Fevral

Xarkov vilayətinə Rusiyanın endirdiyi zərbələr nəticəsində 6 nəfər həlak olub

16:55
11 Fevral

Azərbaycan–ABŞ münasibətlərində siyasi etimad və strateji əməkdaşlığın yeni dövrü başlayır.  

16:54
11 Fevral

Şri-Lankada məhkəmə 12 nəfərə ölüm hökmü verib

16:52
11 Fevral

Prezident Ərdoğan: Ankara Türkiyə üçün istədiyini dost ölkələrə də arzulayır  

16:36
11 Fevral

Fevralın 13-də pensiyaların yeni artımla birgə ödənişinə başlanacaq  

16:28
11 Fevral

Dünya neft bazarında profisit yaranıb

16:11
11 Fevral

Xankəndinin yolları qardan təmizlənir 

16:09
11 Fevral

Qərbi Azərbaycan İcması Avropa Şurasının komissarını azərbaycanlıların Ermənistana qayıdış hüququna dəstək verməyə çağırıb  

16:01
11 Fevral

Tailandda məktəbə silahlı hücum: müəllim və şagirdlər girov götürülüb

15:48
11 Fevral

ANAMA və FAO arasında humanitar minatəmizləmə sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

15:37
11 Fevral

Qazaxıstan mətbuatı Bakı ilə Vaşinqton arasında əməkdaşlığın genişlənməsi barədə yazır

15:29
11 Fevral

Media: Təhlükəsizlik təmin olunmayanadək Ukraynada seçki keçirilə bilməz  

15:26
11 Fevral

Ərəb Parlamentinin prezidenti Fəxri xiyabanı və Zəfər parkını ziyarət edib  

15:23
11 Fevral

Azərbaycan-ABŞ münasibətlərində yeni, uğurlu səhifə açılıb 

15:23
11 Fevral

Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı 

15:13
11 Fevral

Yanvarda Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 9 faiz artıb

15:04
11 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!