18 İyun 2025 12:55
609
SİYASƏT
A- A+
BSTDB-nin vitse-prezidenti: Qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir

BSTDB-nin vitse-prezidenti: Qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir

Bizim üçün ölkələrimizin iqtisadi rifahı və qarşılıqlı maraqları hər zaman prioritet təşkil edir. İnkişaf və tərəqqi yalnız şəffaf, qarşılıqlı etimada əsaslanan əməkdaşlıqla mümkündür. Bankımız da bu prinsiplər əsasında, əsas mandatına uyğun olaraq fəaliyyətini davam etdirir.

AZƏRTAC xəbər verir ki, bunu Qara Dəniz Ticarət və İnkişaf Bankının (BSTDB) vitse-prezidenti Ziya Əliyev iyunun 18-də Milli Məclisdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (QDİƏT PA) 65-ci plenar sessiyasında deyib

O qeyd edib ki, Qara dəniz regionunda son illər baş verən geosiyasi gərginliklərə baxmayaraq, bölgənin nümayiş etdirdiyi iqtisadi dözümlülük və dirəniş təqdirəlayiqdir. Bu da bir daha sübut edir ki, birgə səylər və qarşılıqlı dəstək regional sabitliyin və inkişafın təməlidir.

“2025–2026-cı illər üçün bank olaraq fəaliyyətimizi daha yüksək səviyyəyə qaldırmağı və regionda sosial-iqtisadi təsiri olan yeni layihələrə imza atmağı planlaşdırırıq. BSTDB tərəfindən dəstəklənən layihələr isə regionun iqtisadi strukturuna müsbət təsir göstərib. Bankımızın dəstəyi ilə həyata keçirilən yatırımlar arasında turizm, nəqliyyat, daşınmaz əmlak, yaşıl maliyyə, eləcə də kiçik və orta sahibkarlığın inkişafı kimi sahələr xüsusi yer tutur. Dayanıqlı inkişafa dair götürdüyümüz öhdəliklər yalnız niyyət deyil - real nəticələrlə öz təsdiqini tapır”, - deyə BSTDB-nin vitse-prezidenti vurğulayıb.

Onun sözlərinə görə, hazırda Qara dəniz regionunda 50-dən çox layihə - təxminən 1,5 milyard avro dəyərində - ekspertlər tərəfindən nəzərdən keçirilir və dəyərləndirilir. Bu layihələr regionun iqtisadi potensialını daha da artırmağa xidmət edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

Ketrin Votrin: Fikir ayrılıqlarına baxmayaraq, Fransa və ABŞ müttəfiqdir

09:10
30 May

Müstəqillik Günü San-Pauloda xüsusi işıq proyeksiyası və vizual nümayişlə qeyd olunub

22:36
29 May

Vladimir Putin: Ukraynadakı vəziyyət döyüş meydanında müəyyənləşir

22:19
29 May

Vladimir Putin Ermənistanın Aİİ-dən mümkün çıxışına münasibət bildirib  

21:57
29 May

BMT-nin Baş Qərargahında Müstəqillik Gününə həsr olunmuş qəbul təşkil edilib

21:12
29 May

Xankəndidə çay və qəhvə festivalı 

20:31
29 May

Almaniya Kansleri: Biz NATO ərazisini müdafiə etməyə hazırıq

20:02
29 May

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi - Hər rayonun öz səsi” festivalı təşkil olunub

19:41
29 May

Tramp İranla bağlı son qərar vermək üçün Ağ Evdə komandası ilə görüşür

19:04
29 May

Çexiyada Azərbaycanın Müstəqillik Günü münasibətilə qəbul təşkil edilib YENİLƏNİB

18:52
29 May

Xocalıda istehsal olunan tekstil məhsulları daxili bazarın tələbatını ödəməklə yanaşı, ixrac da ediləcək

17:36
29 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!