11 İyul 2023 22:25
572
CƏMİYYƏT
A- A+
BQXK-nın səmərəsiz fəaliyyəti - Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik

BQXK-nın səmərəsiz fəaliyyəti - Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik

 

Dövlət Sərhəd Xidmətinin iyulun 11-də yaydığı məlumata əsasən, “Laçın” dövlət sərhədindəki buraxılış məntəqəsində Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus nəqliyyat vasitələrinə baxış keçirərkən dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Həmin qaçaqmallar sırasında mobil telefonlar və onların ehtiyat hissələri, 1000-dən çox siqaret qutusu və 1000 litrdən çox benzin də yer alıb. Hazırda qeyd edilən faktlarla əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb və zəruri istintaq tədbirləri həyata keçirilənə qədər “Laçın” dövlət sərhəd-buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.

AZƏRTAC özünü bitərəf, mülki şəxslərə humanitar yardım göstərən təşkilat kimi təqdim edən Beynəlxalq Qırmızı Xaç Komitəsinin səmərəsiz fəaliyyətinə nəzər salır.

Komitə öz fəaliyyəti ilə beynəlxalq humanitar hüquqa hörməti təşviq etdiyini bəyan edir. Lakin 30 illik münaqişə dövründə, eləcə də postmüharibə reallığında BQXK-nın Azərbaycana münasibətdə ciddi və səmərəli fəaliyyətinə şahid olmamışıq, yalnız kosmetik fəaliyyət imitasiyası müşahidə edilib. İşğala və təcavüzə məruz qaldığımız illər ərzində qurumun Ermənistanın dövlət səviyyəsində törətdiyi beynəlxalq humanitar hüquq pozuntularına dair heç bir narahatlıq ifadə edən mövqeyi, yaxud əməli fəaliyyəti olmayıb. Əksinə, proseslərdə tərəf kimi çıxış edən BQXK-nın müharibə və ya postmünaqişə dövründə hərbi əməliyyat bölgələrində kəşfiyyat xarakterli məlumatları Ermənistana ötürməsi ilə bağlı ciddi və əsaslandırılmış şübhələr mövcuddur. Xüsusilə qurumun bölgədəki fəaliyyətinə Azərbaycana dost olmayan ölkələrin vətəndaşlarının, əməkdaşlarının məqsədli formada daha çox cəlb edilməsi bu şübhələri daha da möhkəmləndirir. Bu isə artıq BQXK-nın özünün məqsədlərini və həddini aşdığını, Azərbaycanla təşkilat arasında hüquqi bazis üzrə öhdəliklərini pozduğunu göstərir.

Azərbaycan BQXK-ya etimad edib və mülki şəxslərin Xankəndidən Ermənistana tibbi təxliyəsi üçün lazımi şərait yaradıb. Lakin Azərbaycanın xoş niyyətindən sui-istifadə edilir. Belə ki, BQXK-ya aid olan nəqliyyat vasitələri ilə qaçaqmalçılıqla məşğul olurlar. Belə qaçaqmalçılıq halları barədə dəfələrlə rəsmi kanallar vasitəsilə BQXK-ya xəbərdarlıq edən Azərbaycan bu halların dayandırılmasını tələb edib. Lakin təəssüf ki, BQXK tərəfindən ciddi tədbirlər görülməyib. Bu, Azərbaycan qanunvericiliyinin pozulması və ölkəmizin etimadından sui-istifadə olmaqla yanaşı, BQKX-nın etibarlı tərəfdaş kimi beynəlxalq imicinə ciddi zərbə vurur. Bununla BQXK, eyni zamanda, Azərbaycanın suverenliyinə qarşı hörmətsizlik edir. Bu, qəbuledilməzdir.


Qeyd edək ki, BQXK Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində fəaliyyət göstərən yeganə beynəlxalq təşkilatdır və təəssüf ki, öz mandatından sui-istifadə edir. BQXK-ya aid olan nəqliyyat vasitələrində öncədən bəyan edilmədən malların qanunsuz şəkildə sərhəd məntəqəsindən keçirilməsi, qaçaqmalçılıq faktları ilə təşkilat özünün daim istinad etdiyi humanitar yardım, zəruri humanitar yüklərin daşınması konsepsiyasını faktiki olaraq gözdən salır. Belə bir şəraitdə nümayəndəliyin hər hansı əks arqumenti və yersiz israrı təhrikedici və təxribatçı fəaliyyətdən başqa bir şey deyildir.

BQXK-nın Azərbaycan qanunvericiliyinə qarşı hörmətsizliyi qaçaqmalçılıq faktları ilə məhdudlaşmır. BQXK xəstələrin Xankəndidən Ermənistana tibbi təxliyəsi məsələsində də Azərbaycan tərəfinin insanlıq naminə xoş niyyətindən sui-istifadə edir. Belə ki, məlumatlara görə təxliyə edilənlərin heç də hamısı xəstələr deyil. Bəzi hallarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində yaşayan ermənilər sağlam olsalar belə, müxtəlif yollarla BQXK əməkdaşlarına yol taparaq, Xankəndidən Ermənistana getməyə çalışırlar. Bundan əlavə, BQXK tibbi təxliyə prosesini İsveçrə nömrəli nəqliyyat vasitələri ilə həyata keçirir. Bunun özü də qəbuledilməzdir. Əgər Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid olan nəqliyyat vasitələrində qaçaqmalçılıq faktları aşkar olunursa, onda ermənilərin müxtəlif yollarla BQXK-ya yol taparaq xəstə adı ilə Ermənistana gedib gəlməsi barədə deyilənlər də doğrudur. Bütün bu kimi hallar BQXK-nın öz imicinə ciddi zərbə vurur və Azərbaycanın bu təşkilata olan inamını sarsıdır.


Xatırladaq ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisi 1992-ci il martın 3-dən fəaliyyət göstərən Bakı Nümayəndəliyinə tabe deyil. 1996-cı il iyulun 29-da Azərbaycan Respublikası ilə Beynəlxalq Qızıl Xaç Komitəsi arasında BQXK-nın və onun Azərbaycan Respublikası ərazisində yerləşən nümayəndəliyinin hüquqi statusu haqqında saziş imzalanıb. Sənədin ikinci maddəsində ifadə olunub ki, BQXK öz vəzifələrini yerinə yetirmək və qarşısına qoyduğu məqsədlərə nail olmaq üçün Azərbaycan Respublikasının ərazisində hüquqi şəxsə xas olan hüquqlardan istifadə edən nümayəndəlik təsis edir. Lakin o zaman Azərbaycanın qarşılaşdığı çətin situasiyadan istifadə edərək BQXK gələcək mənfur planlar naminə Xankəndində açılan ofisi Azərbaycana yox, Ermənistan nümayəndəliyinə bağladı. Baxmayaraq ki, Azərbaycanın Konstitusiyasının 11-ci maddəsinə görə ərazimiz vahiddir, toxunulmazdır və bölünməzdir. BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndi, Beynəlxalq hüququn prinsipləri haqqında 1970-ci il Bəyannaməsi və Avropada təhlükəsizlik və əməkdaşlıq üzrə 1975-ci il 1 avqust tarixli Helsinki Yekun Aktında müəyyən olunmuş prinsiplərə görə dövlətlərin ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsas şərtdir. Xankəndi də Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bunu hətta Ermənistan baş naziri də dəfələrlə bəyan edib.


Belə bir vəziyyətdə, Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndi ofisinin təşkilatın İrəvan nümayəndəliyinə bağlı olması bütün hallarda beynəlxalq hüququn prinsiplərinin pozuntusu, Azərbaycanın suverenliyinə isə hörmətsizlik olmaqla daha bir davam edən pozuntudur və bu tendensiyaya da dərhal son qoyulmalıdır. BQXK Azərbaycanla imzalanan 1996-cı il sazişi ilə öhdəsinə götürüb ki, Azərbaycan Respublikasının dövlət mənafelərini nəzərə almalıdır. Sənədin 9-cu maddəsinin 13-cü bəndində isə ifadə olunur ki, Nümayəndəliyin üzvləri Azərbaycan Respublikasının qanun və qərarlarına onların dövlətin ərazisində qüvvəyə mindiyi vaxtdan hörmət etməyi öhdələrinə götürür. Sazişin 12-ci maddəsinə əsasən, Azərbaycan Respublikası BQXK-ya öz qərarının motivlərini bildirmədən 1961-ci il Vyana müqaviləsinin 9-cu bəndi ilə nəzərdə tutulan şərtlər və onlardan irəli gələn nəticələrlə konkret addımlar atmaq hüququnu özündə saxlayır.

Vətən müharibəsindən sonra Azərbaycan tərəfi dəfələrlə BQXK qarşısında Xankəndi ofisinin Bakı Nümayəndəliyinə tabe etdirilməsi məsələsini qaldırmasına baxmayaraq, Beynəlxalq Qızıl Xaç Komitəsi Azərbaycanın haqlı tələbini yerinə yetirməkdən boyun qaçırır. Hazırda baş verən hadisələr BQXK-nın Xankəndi ofisinin Bakı Nümayəndəliyinə tabe etdirilməsi məsələsini yenidən gündəmə gətirir, bunun baş verməyəcəyi təqdirdə, Xankəndi ofisinin bağlanmasını labüd edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

Uqanda ilə müxtəlif sahələrdə əməkdaşlıq imkanları nəzərdən keçirilir  

19:28
03 Aprel

Rusiya Ukrayna ərazisi üzrə kombinə edilmiş ən böyük zərbələrdən birini endirib  

19:19
03 Aprel

Madaqaskarda dövlət çevrilişi və prezidentə qarşı sui-qəsd cəhdinin qarşısı alınıb

18:57
03 Aprel

Britaniya vəhşi təbiətin qorunmasına 90 milyon sterlinq ayırır

18:45
03 Aprel

İnsan ömrünü uzadan sosial faktorlar

18:34
03 Aprel

Minatəmizləmə fəaliyyəti zamanı həlak olanların ailə üzvlərinə Prezident təqaüdü təyin edilib  

18:20
03 Aprel

DTX rəisi: Ötən 2025-ci il və bu ilin ilk üç ayı ərzində baş verən qlobal və regional gərginliklərə baxmayaraq, ölkəmizdə siyasi sabitlik qorunub saxlanılıb  

18:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!