04 Sentyabr 2025 08:05
1306
SİYASƏT
A- A+
Böyük etimad, möhkəm təməl üzərində qurulan əməkdaşlıq

Böyük etimad, möhkəm təməl üzərində qurulan əməkdaşlıq


Azərbaycanın Çinlə strateji tərəfdaşlığı yalnız uğur vəd edir


Dünyanın siyasi və iqtisadi güclərindən biri, superdövlətlər sırasında olan Çin bu gün Cənubi Qafqazın lideri Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verir. 

Bu, Prezident İlham Əliyevin Çinə səfərində keçirdiyi görüşlərdə, müzakirə olunan məsələlərdə və dünyanın tanınmış şirkətlərinin rəhbərləri ilə apardığı danışıqlarda bir daha təsdiqini tapdı. 

Xatırladaq ki, bu il aprelin 23-də Pekində Prezident İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması ilə bağlı Birgə Bəyanatı imzalamaqla münasibətlərinin hansı səviyyəyə yüksəldiyini dünyaya bəyan etmişdilər. 

Dörd ay sonra İlham Əliyevin yenidən Çinə işgüzar səfərə dəvət edilməsi və 4 gün müddətində Tiencin, Pekin şəhərlərində keçirilən mühüm tədbirlərdə iştirakı Azərbaycana və onun liderinə göstərilən böyük etimadın göstəricisidir. 

Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan sentyabrın 3-dək Çinə səfərinin xüsusi əhəmiyyəti oldu. Dövlət başçısı Tiencində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammitində və Çin xalqının yapon işğalçılarına qarşı Müqavimət müharibəsində, eləcə də Ümumdünya Faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş yubiley mərasimində iştirak etdi, mühüm görüşlər keçirdi. 

Ümumiyyətlə, dünyanın bütün ölkələri ilə qarşılıqlı surətdə faydalı əməkdaşlıq yaratmaq prinsiplərini rəhbər tutan Azərbaycan hazırda Çin ilə də bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Bu gün Azərbaycan və Çin arasında möhkəm təmələ söykənən tərəfdaşlıq münasibətləri, qarşılıqlı hörmətə, beynəlxalq hüquq və prinsiplərə əsaslanan diplomatik əlaqələr mövcuddur. 

Prezident İlham Əliyev Çinlə əlaqələrin inkişafına xüsusi diqqət yetirir. 2003-cü ildən sonra dövlətimizin başçısı bir neçə dəfə Çinə rəsmi səfər edib. 2015-ci ilin dekabrında həyata keçirilən səfər zamanı "Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu" imzalanıb. Bu sənəd ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıyır.

Son illərdə Azərbaycan-Çin arasında əlaqələrdə xüsusi canlanma yaşanır. 2022-ci ilin sentyabrında Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddə keçirilən sammiti zamanı Prezident İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlərin gələcək inkişaf istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksəksəviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib.

2024-cü ildə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə"nin imzalanması isə münasibətlərin getdikcə daha da inkişaf edəcəyini söyləməyə əsas verirdi. Sənəddə qeyd edilirdi ki, tərəflər strateji tərəfdaşlıq qurur, ikitərəfli münasibətlərin təməl prinsipləri olan qarşılıqlı hörmət, bərabərlik, etimad, qarşılıqlı dəstək, fayda və əməkdaşlıqdan çıxış edirlər. Tərəflər bir-birini prioritet və etibarlı tərəfdaş hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlər üzrə siyasətlərini müstəqil şəkildə müəyyənləşdirirlər. 

Bundan 9 ay sonra, 2025-ci il aprelin 23-də isə İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə tərəflərin bir-birinə olan münasibətinin aynası oldu. 

Sənəddə qeyd edilirdi ki, hər iki dövlət başçısı diplomatik münasibətlərin qurulmasından ötən 33 il ərzində Azərbaycan-Çin əlaqələrinin inkişafındakı nailiyyətləri yüksək qiymətləndirir. Liderlər hər iki ölkənin bir-birini prioritet təşkil edən, etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş kimi nəzərdən keçirdiyini təsdiq edərək, qarşılıqlı siyasi etimadı daim möhkəmləndirməyə, qarşılıqlı dəstəyi gücləndirməyə, hər iki ölkənin xalqlarının mənafeyi naminə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə hazır olduqlarını ifadə edərək, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması barədə yekdilliklə qərar qəbul etdilər.

Ötən bir il müddətində həm siyasi, həm də iqtisadi-ticari münasibətlərdə özünü göstərən yüksəliş onu deməyə əsas verir ki, Azərbaycan-Çin strateji tərəfdaşlığı yalnız uğur vəd edir. Əlbəttə ki, bu səfərlər ikitərəfli və çoxtərəfli əməkdaşlığa təkan verməklə, hərtərəfli strateji tərəfdaşlıq münasibətlərini daha da gücləndirəcək.

Hazırda iki ölkə arasında əlaqələr müxtəlif sahələrdə yüksələn xətlə inkişaf edir. Azərbaycan ilə Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Digər tərəfdən, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. İdxalımızın 17,7 faizi sözügedən dövlətin payına düşür. 

Bu gün regionda nəqliyyat habına çevrilən Azərbaycan bir çox ölkələrin diqqətini cəlb edir. Çin mallarının Azərbaycan vasitəsilə Avropaya daha təhlükəsiz və daha tez müddətə çatdırılması dost ölkənin respublikamızla münasibətlərini şaxələndirməsini şərtləndirib. 2024-cü ildə Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta dəhlizlə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətlənib. "Qərb-Şərq" nəqliyyat dəhlizi ilə yanaşı, "Şimal-Cənub" xəttinin də ötürmə imkanları artırılır, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı 1 miyon tondan 5 milyon tona çatdırılır.

Əminliklə deyə bilərik ki, İlham Əliyevin Çinə işgüzar səfəri iki ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsinə müsbət impuls verəcək.


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyada benzin ixracına qadağa qoyulması müzakirə edilir

19:57
25 Mart

İordaniya ötən gün beş raketi və bir PUA-nı zərərsizləşdirib

19:31
25 Mart

Hari Mitsidis: Qarabağda aparılan tikinti və bərpa işlərini görmək həqiqətən təsirlidir  

19:12
25 Mart

UNESCO-da təhsil üzrə qlobal müzakirələrdə Azərbaycan təcrübəsi təqdim olunub  

17:48
25 Mart

Qazaxıstan ilə Özbəkistan arasında yükdaşımaları rekord həddə çatıb

17:13
25 Mart

Azərbaycan, İtaliya və Mərkəzi Asiya ölkələrinin iş adamları arasında yeni əlaqələr qurulub  

16:42
25 Mart

Türkiyədə uşaqların emosional vəziyyətinə zərərli qablaşdırma qadağan edilib  

16:07
25 Mart

Baş Dövlət Yol Polisi İdarəsi yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq edib  

15:48
25 Mart

Xəzərdə zəlzələ olub

15:13
25 Mart

Sahibə Qafarova: Azərbaycan və Çin arasında münasibətlər dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub  

15:01
25 Mart

Azərbaycan universitet reytinqlərində top 100-də yer alıb  

14:43
25 Mart

Milli Məclisin sədri Ümum-Çin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin sədri ilə görüşüb

14:38
25 Mart

BMT-nin Baş katibi: Artıq 400 ildən çoxdur ki, dünyada köləlik nizamı hökm sürür  

14:28
25 Mart

Macarıstan Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı Bölməsi açılıb 

14:01
25 Mart

Türkiyənin ilk zirehli SUV avtomobillərinin təhvilinə başlanılıb  

13:58
25 Mart

Özbəkistanda Azərbaycanın aqrar inkişafı və elmi potensialı təqdim olunub

13:45
25 Mart

Ali Məhkəmə ekoloji hüquqların müdafiəsi ilə bağlı mühüm izahlar verib  

13:21
25 Mart

“Könüllü DOST” proqramı iştirakçılarının sayı 8 minə yaxındır

13:16
25 Mart

Sabahın hava proqnozu açıqlanıb

13:09
25 Mart

Bakıda və Abşeron yarımadasında yağış yağacaq, bəzi ərazilərdə intensivləşəcək - XƏBƏRDARLIQ

12:44
25 Mart

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib

12:39
25 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!