Bölgələrdə mədəni xidmətlərin səviyyəsinin yüksəldilməsi istiqamətində mühüm işlər görülür
Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbuldan sonra jurnalistlərə açıqlama verən Ə.Qarayev ölkə başçısının tapşırığı ilə yerlərdə müntəzəm olaraq keçirilən bu cür görüşlərin əhəmiyyətini bir daha diqqətə çatdırıb: “Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq hər ay müxtəlif bölgələrdə vətəndaşlarla görüşlər təşkil olunur, onların qaldırdığı məsələlər diqqətdə saxlanılaraq həll edilir. Bu gün Qazax rayonunda keçirilən görüşdə də maraqlı təkliflər, müraciətlər oldu. Musiqi məktəblərinin fəaliyyəti, onların işinin daha da təkmilləşdirilməsi, eləcə də tarix-mədəniyyət abidələrinin qorunması, bu məkanların fəaliyyətinin müasir tələblər səviyyəsində təmin olunması və digər məsələlərə dair bir sıra təkliflər səsləndirildi”.
Əbülfəs Qarayev bildirib ki, mədəniyyət sahəsində göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, yeni formatda çalışacaq mədəniyyət müəssisələrinin istiqamətləri ilə bağlı məsələlər də diqqətdə saxlanılır.
Nazir Azərbaycan mədəniyyətinin dünyada təbliğ olunması məsələsinə toxunaraq bu günlərdə Ukraynanın paytaxtı Kiyevdə dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayev adına parkın və sənətkarın abidəsinin açıldığını diqqətə çatdırıb. Qeyd edib ki, təntənəli mərasimdə Kiyev şəhərinin əhalisi də böyük maraqla iştirak edib.
Əbülfəs Qarayev nazirlik tərəfindən Cümhuriyyətin 100 illiyi münasibətilə keçirilən “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalından danışaraq qeyd edib ki, bu layihə bölgələrarası mədəniyyət mübadiləsinə əlavə təkan verəcək.
Vətəndaşlarla görüşdən sonra nazir Qazax rayonunda yerləşən bir sıra mədəniyyət obyektlərinə baş çəkərək vəziyyətlə tanış olub.
Rayon Mədəniyyət mərkəzində nazirə mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində görülən işlər haqqında məlumat verilib. Nazir Mədəniyyət mərkəzinin qarşısında təşkil olunan səyyar kitabxanaya da baxıb.
Rayon Tarix-Diyarşünaslıq Muzeyi ilə yaxından tanış olan nazirə məlumat verilib ki, yeni binanın inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb.
Vurğulanıb ki, muzeydə rayonun tarixini, mədəni irsini əks etdirən 2450 eksponat mühafizə olunur. İkimərtəbəli binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyəti, rayona səfərləri ilə bağlı fotolardan ibarət guşələr yaradılıb. Həmçinin burada muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, tarixi dövrlər və s. tematik bölmələr var. İkinci mərtəbədə “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Müasir dövr” və s. bölmələri yaradılıb.
Nazir Qazax Dövlət Rəsm Qalereyasının fəaliyyəti ilə də tanış olub. Məlumat verilib ki, qalereyanın fondunda ümumilikdə 549 əsər var ki, bunlar əsasən boyakarlıq və rəngkarlıq nümunələridir. Müasir tələblər səviyyəsində qurulan qalereyada mütəmadi olaraq tədbirlər, sərgilər təşkil olunur.
Əbülfəs Qarayev daha sonra Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyinə, Qazax rayon 1 nömrəli Uşaq musiqi məktəbinə, rayon Mərkəzi kitabxanasının Uşaq şöbəsinə baş çəkib.
Nazir bütün mədəniyyət müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, mədəni xidmətlərin səviyyəsinin daha da artırılması istiqamətində tapşırıq və tövsiyələrini verib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “Bakı marafonu 2024” start götürüb ...
05 May
Mayın 5-i Həkim-Mama Günüdür
05 May
Türkiyə siyasətçisi Dövlət Baxçalı Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib
05 May
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!