19 İyun 2017 07:06
128
SİYASƏT
A- A+
BMT QAK-ın hesabatı: Müharibə, zorakılıq, təqiblər didərginlik hallarını misli görünməmiş səviyyəyə qaldırıb

BMT QAK-ın hesabatı: Müharibə, zorakılıq, təqiblər didərginlik hallarını misli görünməmiş səviyyəyə qaldırıb

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) tərəfindən dərc edilmiş hesabata əsasən, bütün dünyada müharibə, zorakılıq və təqiblər indiyə qədər olduğundan daha çox sayda insanların zorla didərgin salınmasına gətirib çıxarıb.

Təşkilatın didərginlik hallarına dair əsas illik icmalı olan BMT QAK-ın Qlobal tendensiyalara dair yeni hesabatında deyilir ki, 2016-cı ilin sonunda bütün dünyada zorla didərgin salınmış insanların sayı 65,6 milyon olub ki, bu da əvvəlki ildən təxminən 300 min nəfər çoxdur. Bu ümumi rəqəm bütün dünyada himayəyə ehtiyacı olan insanların sayının həddən artıq çox olduğunu göstərir.

Hesabatda bildirilir ki, 65,6 milyon rəqəmi üç mühüm komponentdən ibarətdir. Birincisi qaçqınların sayıdır. Bu say 22,5 milyon təşkil edir ki, bu da indiyədək müşahidə edilən saydan artıqdır. Bunlardan 17,2 milyonu BMT QAK-ın aidiyyətindədir, qalanları isə digər BMT qurumu olan Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üçün BMT-nin Yaxın Şərq Agentliyi (UNRWA) tərəfindən qeydiyyata alınmış fələstinli qaçqınlardır. Suriya münaqişəsi dünyada ən çox (5,5 milyon) qaçqın doğuran münaqişə olaraq qalır. Bununla belə, 2016-cı ildə ən böyük yeni amil Cənubi Sudan olub. Orada həmin ilin iyulunda sülh səylərinin acınacaqlı uğursuzluğu ilin sonu üçün 739 min 900 insanın ölkəni tərk etməsinə şərait yaradıb (bu gün onların sayı 1,87 milyon nəfərdir).

İkincisi insanların öz ölkələri daxilində köçkün düşməsi hallarıdır ki, onların sayı 2016-cı ilin sonunda 40,3 milyon olub. Müqayisə üçün qeyd olunmalıdır ki, ondan əvvəlki ildə bu say 40,8 milyon olub. Ən çoxsaylı məcburi köçkünlük situasiyaları Suriyada, İraqda və hələ də ölkə daxilində çoxlu sayda məcburi köçkünlük hallarının baş verdiyi Kolumbiyadadır. Bununla belə, məcburi köçkünlük problemi ümumdünya problemidir və qlobal səviyyədə zorla didərgin salınma hallarının ümumilikdə təxminən üçdə ikisini əhatə edir.

Üçüncüsü sığınacaq axtaranlardır. Bunlar ölkələrini tərk etmiş və qaçqın qismində beynəlxalq himayə axtaran insanlardır. 2016-cı ilin sonunda sığınacaq axtaran insanların sayı qlobal səviyyədə 2,8 milyon olub. Bu, ümumən qlobal səviyyədə müharibələrin və təqiblərin insanlar arasında çoxsaylı itkilər bahasına başa gəlməsi deməkdir. 65,6 milyon nəfər o deməkdir ki, bu gün bütün dünyada orta hesabla hər 113 nəfərdən biri didərgin düşmüş şəxsdir. Bu isə dünyada əhalisinin sayına görə 21-ci olan Birləşmiş Krallığın əhalisinin sayından çoxdur. “Bu, istənilən baxımdan qəbuledilməz rəqəmdir və böhranların qarşısının alınmasında və həll edilməsində həmrəyliyin və ümumi məqsədin olmasına, habelə həll yolları axtarıldığı müddətdə dünyadakı qaçqınların, məcburi köçkünlərin və sığınacaq axtaranların lazımi qaydada müdafiə və himayə edilməsini birlikdə təmin etməyə həmişəkindən daha çox ehtiyac olmasından xəbər verir”, – deyə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi bildirib. O deyib: “Biz bu insanlar üçün daha yaxşı çalışmalıyıq. Münaqişə içərisində olan dünyadan qorxu deyil, qətiyyət və cəsarət tələb olunur”.

Hesabatda gəlinən əsas qənaətlərdən biri ondan ibarətdir ki, konkret olaraq yeni didərginlik hallarının səviyyəsi çox yüksək olaraq qalır. Qlobal miqyasda zorla didərgin salınmış 65,6 milyon nəfərdən 10,3 milyonu 2016-cı ildə didərgin düşənlərdir. Onların təxminən üçdəikisi (6,9 milyonu) öz ölkələri daxilində köç edənlər, yəni, məcburi köçkünlərdir. Bu, hər üç saniyədə bir nəfərin didərginə çevrilməsi deməkdir. Bu isə bu cümləni oxumağa sərf edilən vaxtdan da azdır.

Eyni zamanda, qaçqınların və məcburi köçkünlərin evlərinə qayıdışı, üçüncü ölkələrdə məskunlaşdırılma kimi digər həll yolları ilə birlikdə, o deməkdir ki, 2016-cı ildə bəzilərinin vəziyyətinin yaxşılaşması üçün perspektiv yaranıb. Təxminən 37 ölkə ümumilikdə 189 min 300 qaçqını məskunlaşdırmaq üçün qəbul edib. Digər qaçqınların təxminən yarım milyonu doğma ölkələrinə, təxminən 6,5 milyon məcburi köçkün isə doğma ərazilərinə qayıda biliblər. Hərçənd ki, onların çoxu üçün bu heç də ideal şəraitdə baş verməyib və onlar qeyri-müəyyən perspektivlərlə qarşılaşıblar.

Hesabatda qeyd edilir ki, 2016-cı ilin sonu üçün bütün dünyada ən çox sayda (84 faiz) qaçqın aşağı və ya orta gəlirli ölkələrdə olub. Onların hər üç nəfərindən biri (4,9 milyon nəfər) ən az inkişaf etmiş ölkələr tərəfindən qəbul edilib. Bu nəhəng disbalans bir neçə məqamı, o cümlədən qaçqınların qəbulu məsələsində hələ də beynəlxalq səviyyədə konsensusun olmadığını və yoxsul ölkələrin çoxunun münaqişə regionlarına yaxın olduğunu özündə əks etdirir. Bu, həm də qaçqınlara və didərgin düşmüş digər insanlara dəstək olan ölkələrin və icmaların güclü resurslara və dəstəyə ehtiyacları olduğunu əyani şəkildə nümayiş etdirir. Bunların olmaması qeyri-sabitlik yarada, insanların həyatlarını xilas edən humanitar işlər üçün mənfi nəticələr doğura, yaxud ikinci didərginlik hallarına gətirib çıxara bilər.

Dünyadakı qaçqınların yarısını təşkil edən uşaqlar qeyri-mütənasib dərəcədə iztirab yükü daşımaqda davam edirlər. Bunun əsas səbəbi onların daha çox müdafiəsiz vəziyyətdə olmalarıdır. Faciəli haldır ki, təkbaşına yola çıxan və ya valideynlərindən ayrı düşən uşaqlardan sığınacaq üçün 75 min müraciət qəbul edilib. Hətta bu rəqəm də güman ki, həqiqi rəqəmdən azdır.

BMT QAK-ın hesablamalarına görə, 2016-cı ilin sonunda azı 10 milyon insan vətəndaşlığa malik olmayıb və ya vətəndaşsızlıq riski altında olub. Lakin hökumətlər tərəfindən qeydə alınan və BMT QAK-a təqdim edilən məlumatlarda 75 ölkədə vətəndaşlığa malik olmayan insanların sayı 3,2 milyon nəfərlə məhdudlaşır.

BMT QAK “Qlobal tendensiyalar” hesabatını öz məlumatları, habelə tərəfdaşı olan Məcburi Köçkünlük Hallarının Monitorinqi Mərkəzindən və hökumətlərdən aldığı məlumatlar əsasında hər il təqdim edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Həcc ziyarətində əcnəbi zəvvarlara xidmət göstərmək üçün xüsusi əməliyyat otağı istifadəyə verilib  

13:52
01 Aprel

Daxili işlər naziri Cəlilabadda vətəndaşların müraciətlərini dinləyib və gənclərin arasından seçim edib  

13:44
01 Aprel

Vaqif Cavadov U-20 millisinin məşqçisi təyin edilib

13:09
01 Aprel

Azərbaycanda 11 gün ərzində 5 minə yaxın sığorta hadisəsi qeydə alınıb

13:03
01 Aprel

Hindistanda əhalinin siyahıyaalınması prosesinə 3 milyondan çox personal cəlb edilib  

12:57
01 Aprel

Qətərdə yanacaq tankerinə raket hücumu olub, heyət təxliyə edilib

12:51
01 Aprel

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana Rusiya buğdası tədarük edilib 

12:42
01 Aprel

Fransada dizelin qiyməti rekord həddə yüksəlib

12:35
01 Aprel

Rusiyada hərbi təyyarənin qəzaya uğradığı ərazidə axtarış işləri aparılır

12:27
01 Aprel

ABŞ İran müharibəsindən sonra NATO ilə əlaqələrini yenidən nəzərdən keçirə bilər  

12:16
01 Aprel

Qızılın qiymətində 2008-ci ildən bəri ən pis aylıq göstərici qeydə alınıb

12:09
01 Aprel

BƏƏ-də PUA hücumu nəticəsində bir nəfər ölüb

12:01
01 Aprel

Məişət zorakılığından zərər çəkmiş 300-ə yaxın şəxsə sosial reabilitasiya xidmətləri göstərilib  

11:48
01 Aprel

“Politico”: Avropanı COVID-19 pandemiyası ilə müqayisə olunacaq şok gözləyir  

11:41
01 Aprel

Türkiyədə miqrantları daşıyan qayıq batıb, 19 nəfər həyatını itirib

11:33
01 Aprel

Aprel ayına olan hava proqnozu açıqlanıb 

11:28
01 Aprel

Azərbaycan son 5 ildə alma ixracını 2 dəfə artırıb  

11:21
01 Aprel

Apreldə Səyyar ASAN xidmətin fəaliyyət göstərəcəyi ünvanlar açıqlanıb

11:13
01 Aprel

Ötən gün axtarışda olan 233 nəfər saxlanılıb

11:12
01 Aprel

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

11:11
01 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

11:10
01 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!