28 Mart 2024 16:56
276
CƏMİYYƏT
A- A+

BMT-nin İnkişaf Proqramı ilə gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb  

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsinin səlahiyyətlərini icra edən Alessandra Rokkasalvo ilə görüş olub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliklə BMT İnkişaf Proqramı arasında uğurlu əməkdaşlıq təcrübəsini diqqətə çatdırıb. Ölkəmizdə aparılan sosial islahatlar, DOST Konsepsiyası barədə məlumat verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, aparılan islahatların uğurlarının beynəlxalq səviyyədə də yüksək dəyərləndirilərək xüsusi mükafatlara layiq görüldüyü bildirilib. Sosial müdafiə sisteminin gücləndirilməsi üçün görülən işlər və əldə olunan nailiyyətlər diqqətə çatdırılıb.

BMT İnkişaf Proqramı ilə ötən dövrdə icra olunan “Əlilliyi olan qadınların və müharibə veteranlarının hüquqlarının və rifahının təmin edilməsi”, “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması”, “İşçi Qüvvəsinin Bərpası Təşəbbüsü” və s. kimi birgə layihələrin əlilliyi olan şəxslər və digər həssas qrupların sosial dəstəklə əhatə olunması, onların məşğulluq və özünüməşğulluğunun dəstəklənməsində əhəmiyyəti qeyd olunub.

A.Rokkasalvo həssas qrupların sosial müdafiəsi, onların əmək bazarına, habelə kiçik biznesə çıxış imkanlarının artırılması işlərində birgə fəaliyyət təcrübəsindən məmnunluğunu ifadə edib.

Görüşdə həmin layihələrin nəticələrinə və gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video