28 Mart 2024 17:02
320
SİYASƏT
A- A+

Biz unutmuruq, tarix də unutmasın...


Ötən əsrin əvvəllərində ermənilər Azərbaycanda kütləvi qırğınlar törədirdi. Bu qırğınlar soyqırım kimi həyata keçirilirdi. 1905-ci ildə törədilənlər mahiyyət baxımından 1917, 1918-ci illərdə də törədildi. 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri xüsusi qəddarlıqla kütləvi qırğınlar törətdilər, Bakıda, Bakı quberniyasına daxil olan şəhər və qəzalarda on minlərlə azər-baycanlını qətlə yetirdilər, yaşayış məntəqələrini dağıtdılar, mədəniyyət abidələrini, məscidləri, qəbiristanlıqları dağıtdılar. 1918-ci ilin martın 30-dan aprelin 3-nə kimi Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirdi. Bu qüvvələr Şamaxı qəzasında 86 kəndi dağıtdı, əhalisini kütləvi şəkildə qəddarlıqla öldürdü. Quba qırğınları zamanı 122 kənd tamamilə dağıdıldı. 3000-ə yaxın ev yandırıldı. Ermənilər əhalini qırmaq üçün təkcə odlu silahlardan istifadə etmirdi, həm də küt alətlərldən də istifadə edirdi.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə mart ayının 31-i Azərbaycanlıların Soyqırım Günü elan edildi.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılanda kütləvi məzarlıq aşkarlandı. Bu, ermənilərin o vaxtlar törətdiyi soyqırımın təsdiqi idi. Məzarlıqda 50-dən çoxu uşaq, 100-dən çoxu qadın olmaqla 500-dək insan kəlləsi aşkarlandı. Soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi və tarixi gerçəkliyi müdafiə etmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Memorial kompleksin açılışında dedi: “1918-ci ilin mart-iyul aylarında erməni quldur dəstələri Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətmişlər. Beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakıda, Quba qəzasında, Şamaxıda, Qusarda, İrəvanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda, Lənkəranda, demək olar ki, bütün Azərbaycan torpaqlarında bizə qarşı soyqırımı törədilmişdir... Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.”.
Ermənilərin Birinci Qarabağ müharibəsində Qazağın Bağanis Ayrım kəndində, Kəlbəcərin “Tunel” adlanan ərazisində, Başlıbel, Ağdabanda, Xocalının Meşəli, Xocavəndin Qaradağlı kəndlərində, Xocalıda, ... belə faciələr, soyqırımları törətdilər.

Erməni-bolşevik silahlı dəstələrinin, ümumən ermənilərin ötən əsrdə də, bu əsrdə də azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Bu sərəncam soyqırımın 100 illiyinin, həm də 100 illikdən sonrakı illərin tarix kimi xatırlanmasını təmin etdi...
31 mart Azərbycanlıların Soyqırım günü bütün dövrlərdə ermənilərin törətdiyi vəhşiliklərin qurbanlarının xatırəsinin anım günüdür. Biz unutmuruq, tarix də unutmasın...


Səbinə XASAYEVA,
Milli Məclisin deputatı

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video