17 Noyabr 2011 03:11
2466
CƏMİYYƏT
A- A+
Biz doğma Qarabağa qayıdacağıq

Biz doğma Qarabağa qayıdacağıq

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ ən qədim tarixi diyarlardandır. Azərbaycan mədəniyyətinin, incəsənətinin, elminin, iqtisadiyyatının inkişafında müstəsna xidməti ilə həmişə seçilən bu bölgə həm də əsrarəngiz təbiətə, füsunkar gözəlliyə malikdir. Uzun illər boyu bu yurdun əzəli sakinləri olan azərbaycanlılarla yanaşı, müxtəlif millət və xalqların nümayəndələri birgə yaşayıblar.

Lakin mənfur qonşularımızın "Böyük Ermənistan" yaratmaq xülyası  bu bölgənin insanlarını daim gərginlikdə saxlayıb. Öz çirkin niyyətlərini həyata keçirmək üçün hər cür vəhşiliyə əl atan Ermənistanın 1988-ci ildən başlayaraq ölkəmizə hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi - Dağlıq Qarabağın, eləcə də ona bitişik olan 7 rayonun ərazisi işğal olunub. Bu təcavüz nəticəsində 1 milyonadək soydaşımız öz daimi yurd yerlərindən məcburən köçkün düşüblər.

Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ azərbaycanlılarının düşdüyü vəziyyət, bu münaqişənin həlli yolları, eyni zamanda, ermənilərin azərbaycanlılara qarşı  törətdikləri etnik soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə hər hansı bir qurumun yaranmasına kəskin ehtiyac duyulurdu. Beləliklə, həmin ərəfədə Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının yaranması labüd idi.

İcma 1992-ci ilin mart ayında ATƏM-in Nazirlər Şurasının Helsinkidə keçirilən görüşündə Minsk qrupu çərçivəsində Dağlıq Qarabağda yaşayan erməni və azərbaycanlı icmasının münaqişənin həllində iştirak etməsi məqsədilə maraqlı tərəf kimi yaradılıb. Birlik "Dağlıq Qarabağın Azərbaycanlı İcması" İctimai Birliyi adı ilə 2006-cı il sentyabrın 29-da Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb. İctimai Birliyin məqsədi Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə və Dağlıq Qarabağdan didərgin düşmüş əhalinin öz doğma torpaqlarına qayıtmasına kömək göstərməkdir. 2009-cu il iyunun 5-də İctimai Birliyin ilk qurultayı keçirilib. Qurultayda birliyin Nizamnaməsi qəbul edilmiş, birliyin ümumi fəaliyyətinə rəhbərliyi həyata keçirmək üçün 22 nəfərdən ibarət İdarə Heyəti yaradılıb.

Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində qətiyyətli mövqeyi,  qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün gördüyü işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman diqqət və qayğısı ilə əhatələndiyini göstərir. Prezident İlham Əliyevin  31 avqust 2009-cu il tarixli sərəncamına əsasən, "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin  Azərbaycanlı İcması" İctimai Birliyinin fəaliyyətinin əlaqələndirilməsi, bu sahədə həyata keçirilən işlərin səmərəsinin daha da artırılması məqsədilə yeni inzibati bina inşa olunub. Binanın açılışında Prezident İlham Əliyev icma üzvləri ilə görüşündə geniş nitq söyləyib, tapşırıq və tövsiyələrini verib.

Ötən dövr ərzində icmanın əhatə dairəsi, fəaliyyəti genişlənib,  müxtəlif layihələr və tədbirlər həyata keçirilib. 17 fevral 2011-ci il tarixində  icmanın qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirilib, "Soyqırım. Qaradağlı" filmi nümayiş etdirilib. İcma Xocalı faciəsinin 19-cu ildönümü ilə bağlı beynəlxalq təşkilatlara müraciət göndərib. Mart ayında "Karabakh.az" internet saytının təqdimatı keçirilib. İcmanın qərargahında Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi keçirilib. May ayında "Ağlayan şəhər" filminin təqdimatı olub.

İcmanın əsas fəaliyyətlərindən biri də gənclərimizin hərbi vətənpərvərlik tərbiyəsinin artırılmasına, müxtəlif layihə və proqramlarda onların iştirakının təmin edilməsinə yönəlmişdir. Dağlıq Qarabağdan olan gənclər arasında mədəni-kütləvi tədbirlər keçirilir, istedadlı gənclərin yaradıcılıq potensialının üzə çüxarılması üçün müxtəlif müsabiqələr təşkil olunur. İdman yarışlarının, doğma Azərbaycanımızı, Qarabağımızı tərənnüm edən şeir, inşa yazı, sərgi müsabiqələrinin qalibləri icma tərəfindən mükafatlandırılır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar Dağlıq Qarabağ bölgəsi üzrə məktəblilər arasında "Müstəqilliyimiz əbədidir" adlı inşa yazı müsabiqəsi keçirilib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı əhalisinin münaqişənin həlli istiqmətində maarifləndirilməsi də icmanın əsas fəaliyyət sahələrindən  birinə çevrilmişdir. Buna görə də icma üzvləri tez-tez məcburi köçkünlərin məskunlaşdıqları bölgələrdə onların qayğı və problemləri ilə yaxından tanış olur, kömək göstərməyə çalışırlar.

20 illik müstəqillik tarixində beynəlxalq müstəvidə mühüm  əhəmiyyətli uğura imza atdı. Azərbaycan BMT Baş Məclisinin  plenar iclasında bu mötəbər təşkilatın Təhlükəsizlik Şurasına üzv seçildi. Azərbaycanın uğurlu diplomatik fəaliyyətinin və Prezident İlham Əliyevin xarici siyasətdə möhtəşəm qalibiyyətinin təntənəsi hesab olunan bu üzvlük hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir. İnanırıq ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsi BMT səviyyəsində bundan sonra daha çox diqqət mərkəzinə gətiriləcək və bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin maraqları çərçivəsinlə həllinə öz təsirini göstərəcək.

 

Mehdi MEHDİYEV,

"Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin İdarə Heyətinin üzvü, Ağdam RİH başçısının Sırxavənd ərazi nümayəndəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!