20 Aprel 2025 10:00
23135
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Daimi qeydiyyatım başqa ünvandadır, lakin hazırda qohum evində yaşayıram. Bu yaxınlarda sahə müvəkkili bildirdi ki, bir həftə ərzində mütləq həmin ünvanda qeydiyyata düşməliyəm, əks halda cərimə olunacağam. Xahiş edirəm izah edəsiniz, nə üçün müvəqqəti yaşadığım ünvanda qeydiyyata düşməliyəm? Sahə müvəkkilinin bu tələbi  qanunvericiliyə uyğundurmu? 


Yeganə XUDİYEVA,

Bakı şəhəri


- Sualınıza cavab olaraq bildiririk ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə, habelə "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin 11-ci bəndinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. "Şəxsin olduğu yer" dedikdə həmçinin şəxsin müvəqqəti yaşadığı yaşayış binası (özünün, qohumunun, tanışının və b.) mənzili də başa düşülməlidir. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) ərizə-anket dolduraraq müvafiq dövlət orqanına təqdim etməlidir. Həmin orqan vətəndaşı dərhal olduğu yer üzrə qeydiyyata almalıdır. Əlavə olaraq qeyd olunmalıdır ki, vətəndaşlar rəsmi dövlət mobil portalı olan "E-polis" proqram təminatı vasitəsilə də olduğu yer üzrə qeydiyyata düşə bilər.

Sahə müvəkkilinin tələbinin qanuniliyi sualına gəldikdə isə, konkret cavab budur ki, bəli, bu tələb qanunidir. Qeyd olunmalıdır ki,  əslində, asayişin və təhlükəsizliyin təmin edilməsi baxımından dövlətin qanunla belə tələb müəyyən etməsi hüquqi cəhətdən əsaslı olmaqla insanların sərbəst hərəkət hüququnu məhdudlaşdırmır. Bu halda vətəndaş həmin yerdə yaşamaq üçün polis orqanından icazə almır, sadəcə polis orqanını müvəqqət yaşayış yeri barədə məlumatlandırır. Beləliklə, əgər siz 60 gündən artıq müddətə müvəqqəti olaraq daimi qeydiyyat ünvanından kənarda yaşayırsınızsa və yuxarıda göstərilən qaydada qeydiyyata düşməmisinizsə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməyinizə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməyinizə görə  sizə xəbərdarlıq edilə və ya 30 (otuz) manat məbləğində cərimə yazıla bilər.


- İnternetin sürəti çox zəifdir. Son model modemlə əvəz etsək də, heç bir dəyişiklik olmadı. Dəfələrlə zəng vurduq, rəsmi müraciətlər etdik, lakin nəticə vermədi. Bilmək istəyirəm: istifadəçi olaraq haqqımızı qorumaq üçün hansı əlavə hüquqi yollar mövcuddur?


Aliyə İSKƏNDƏRLİ,

Bakı şəhəri


- İnternet provayderi ilə aranızda olan münasibət çərçivəsində sizin hüquqlarınızın pozulması (xidmətgöstərən tərəfindən müqavilə şərtlərinə uyğun olmayan xidmətlərin göstərilməsi) ilə bağlı münasibətlər "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin qanunun  5-ci maddəsinə əsasən, siz istehlakçı hesab olunursunuz və xidmət icraçısından göstərilmiş xidmətin keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğun gəlməsini  və həmçinin xidmət haqqında icraçının təqdim etdiyi məlumata cavab verməsini  tələb etmək hüququna maliksiniz. İcraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və xidmət haqqında icraçının təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Adıçəkilən qanunun 9-cu maddəsinə görə, xidmətlərdə müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə vaxt verərsə və həmin müddətdə  də xidmət yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququndan yararlana bilər. İcraçı müqavilənin şərtlərindən kənara çıxaraq, xidməti pisləşdiribsə, yaxud xidmətdə başqa qüsurlara yol veribsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya xidmətin qüsurlarını öz vəsaitləri ilə aradan qaldırarkən çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin, xidmətin haqqının müvafiq surətdə azaldılmasını tələb edə bilər.

Beləliklə, siz internet provayderi ilə bağlanmış müqavilədə konkret sürət və xidmət keyfiyyəti qeyd olunubsa və bu şərtlər yerinə yetirilmirsə, müqavilənin öhdəliyinin pozulması faktı əsasında internet provayderinə yazılı şikayət ünvanlaya bilərsiniz. Əgər internet provayderi müvafiq bərpaedici işlər görməzsə, bu, məhkəmədə (hüquqi şəxsin ünvanının olduğu yerin məhkəməsində) iddia qaldırmaq üçün əsas ola bilər. Bundan əlavə, tələbiniz internet provayderi tərəfindən yerinə yetirilməzsə, bu zaman siz Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin "195-1-4" qaynar xəttinə müraciət edə bilərsiniz. Agentliyin ixtisaslaşdırılmış strukturları bu məsələdə sizə zəruri kömək  göstərəcəkdir. Əlavə olaraq internet xidmətlərinə nəzarət edən qurumlardan biri də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyidir. Siz nazirliyə rəsmi məktub və ya elektron şikayət formasında müraciət göndərərək internet provayderin texniki göstəricilər üzrə öhdəliklərini yerinə yetirmədiyini və dəfələrlə edilən müraciətlərinizin  nəticə vermədiyini qeyd edə bilərsiniz.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

“Qarabağ” Antalyada təlim-məşq toplanışı keçəcək  

19:29
16 Dekabr

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında amnistiya barədə qərar layihəsi müzakirə olunub  

19:27
16 Dekabr

Azərbaycan Dünya Türk Dili Ailəsi Günü münasibətilə Ankarada keçirilən tədbirdə təmsil olunub

19:22
16 Dekabr

Zəngilanın Ağalı kəndində növbəti əmək yarmarkası keçirilib  

19:08
16 Dekabr

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

18:46
16 Dekabr

Baş katib: Əminik ki, Bakı 2026-cı ilin “Dünya İdman Paytaxtı” kimi yaxşı nümunə olacaq

18:43
16 Dekabr

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib 

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!