11 Fevral 2020 01:21
563
SİYASƏT
A- A+
Beynəlxalq təşkilatların sorğuları reallığı əks etdirdi

Beynəlxalq təşkilatların sorğuları reallığı əks etdirdi


Parlament seçkilərində "exit-poll” keçirən qurumlarla MSK-nın nəticələri seçkilərin obyektiv keçirildiyini təsdiqlədi


Azərbaycan Respublikasının VI çağırış Milli Məclisinə seçkilər uğurla başa çatdı. Ölkə üzrə ümumi seçici fəallığı hava şəraitinin pis olmasına baxmayaraq, 47,81 faiz oldu. 59 beynəlxalq təşkilatı və 58 ölkəni təmsil edən 883 beynəlxalq müşahidəçi seçkilərlə əlaqədar akkreditasiyadan keçmişdi. Göründüyü kimi, beynəlxalq müşahidəçilər həm say, həm də coğrafi baxımdan kifayət qədər əhatəli idi. Parlament seçkilərinin gedişini 47 ölkəni təmsil edən 132 beynəlxalq KİV-in 199 təmsilçisi işıqlandırdı.

Ümumiyyətlə, hər seçki Azərbaycanın seçki praktikasında tətbiq edilən və prosesin demokratikliyinə xidmət edən yeniliklərlə əlamətdar olur. Bu cür yeniliklərin tətbiqi zamanı xüsusən qeyri-hökumət təşkilatlarına yer verilməsi, onların öz layihələrini həyata keçirə bilmələri üçün lazımi şəraitin yaradılması Azərbaycan hakimiyyətinin seçkilərin demokratik keçirilməsinə olan marağının bariz təcəssümüdür. Məsələn, ilk dəfə olaraq 2005-ci ilin parlament seçkilərində bir sıra xarici təşkilatlar tərəfindən seçicilərin seçki məntəqəsində səs verib çıxdıqdan sonra kimə səs vermələrini öyrənmək məqsədilə sorğu - "exit-poll” keçirildi. Bundan sonra ölkədə keçirilən bütün seçkilərdə bu sosialoji tədqiqatı həyata keçirmək üçün Mərkəzi Seçki Komissiyasına müraciət edən beynəlxalq və yerli təşkilatlara müsbət cavab verildi. Elə budəfəki parlament seçkilərində də "exit-poll”un keçirilməsi üçün hər cür şərait yaradılmışdı.

Parlament seçkilərində Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası "AJF&Associates İnc.” təşkilatı (ABŞ) ilə birgə, "Rəy” Monitorinq Mərkəzi, "İnsan Hüquqları XXI Əsr - Azərbaycan” Fondu və Fransanın "Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu (birgə) "exit poll” keçirəcək qurum kimi qeydə alınmışdı. Yəni 3 təşkilat seçkilərdə "exit-poll” keçirdi.

Qeyd edək ki, "exit-poll” Mərkəzi Seçki Komissiyasının nəticələri rəsmən elan etməsindən əvvəl ilkin nəticələri əldə etmək imkanını yaradır, səsvermənin nəticələrinə ictimai nəzarəti həyata keçirir. Fevralın 9-da seçkilər başa çatdıqdan 2 saat sonra "exit-poll” keçirən təşkilatlar apardıqları sorğuların cavablarını elan etdilər. ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı və Fransanın "Opinion Way” Sosioloji Araşdırmalar İnstitutunun "İnsan Hüquqları XXI əsr-Azərbaycan” Fondu ilə birgə keçirdikləri "exit-poll”un nəticələri, demək olar ki, üst-üstə düşdü.

ABŞ-ın "Artur J.Finkelstein and Associates” təşkilatı 47 dairə üzrə 2106 nəfər seçicinin fikrini öyrənib. Toplanan məlumatlar gün ərzində 3 dəfə ABŞ-a, yəni baş ofisə göndərilib.

"Opinion Way” Sosioloji Araşdırmalar İnstitutu ölkə üzrə 236 seçki məntəqəsində "exit poll” keçirib. Ümumilikdə 10 119 səs verən şəxs sorğuya cəlb edilib. Seçici fəallığı 55,06 faiz olub.

Mərkəzi Seçki Komissiyası da seçkilərin ilkin nəticəsini elan edərkən seçici fəallığının 47,81 faiz olduğunu bəyan etdi. 3 təşkilatın həyata keçirdiyi "exit-poll”un nəticəsi ilə, demək olar ki, MSK-nın rəsmi nəticəsi arasında cüzi fərq var idi.

Beləliklə, bu seçkilərdə də Yeni Azərbaycan Partiyası qalib gəldi. YAP 123 namizədlə qatıldığı seçkidə böyük üstünlük əldə etdi.

Bununla bağlı YAP-ın yaydığı məlumatda qeyd edilirdi ki, "daha güclü Azərbaycan naminə” çağırışı ilə seçkilərə qatılan YAP 123 dairədə qeydiyyatdan keçmiş namizədi ilə geniş və əhatəli seçki kampaniyası aparmağa müvəffəq olub. Partiyanın sədri, Prezident İlham Əliyevin xalq arasında yüksək şəxsi nüfuzu, həyata keçirdiyi siyasətin möhtəşəm nəticələri, ölkə iqtisadiyyatının sürətli inkişafı, əhalinin rifahının yüksəlməsi, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin daha da möhkəmlənməsi, uğurla davam edən genişmiqyaslı islahatlar YAP-ın sözügedən seçkilərdə istinad etdiyi əsas məqamlar olub.

Qeyd etmək yerinə düşər ki, seçkilərə şəxsi keyfiyyətləri sayəsində insanlar arasında böyük nüfuz qazanmış layiqli namizədləri ilə qatılan Yeni Azərbaycan Partiyasının seçki kampaniyasının uğurla həyata keçirilməsinə partiyanın çoxsaylı üzvləri və könüllüləri də böyük töhfə veriblər.

Seçkilərin gedişatını izləyən bir sıra mötəbər beynəlxalq sorğu mərkəzlərinin verdikləri açıqlamalar da YAP-ın Milli Məclisə seçkilərdə əhəmiyyətli uğurlar qazandığını söyləməyə əsas verir. YAP hesab edir ki, Milli Məclisin yeni tərkibi ölkəmizdə həyata keçirilən islahatlara öz dəyərli töhfəsini verəcək.

Beləliklə, VI çağırış Milli Məclisə keçirilən seçkilər Azərbaycanın demokratik inkişafa nə qədər sadiq olduğunu bir daha göstərdi. Ölkəmizə gələn bütün beynəlxalq müşahidəçilər seçkilərin yüksək səviyyədə keçirildiyini qeyd etdilər. Beynəlxalq müşahidəçilər seçkilərin Azərbaycan xalqının iradəsini ifadə etdiyini də söylədilər. Bu, bir daha onu göstərir ki, xalq ölkədə aparılan siyasəti bəyənir, dəstəkləyir və seçkilər vasitəsilə öz fikrini ifadə edir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!