Beynəlxalq təcrübədən yararlanmaqla yarışların şifrəsiz yayımını təmin etmək mümkündür
Azərbaycanın tele-kommunikasiya peyki “AzerSpace” orbitə çıxarılandan bölgələrdə, rayon və kəndlərdə yaşayan ölkə əhalisinin əksəriyyəti televiziya kanallarına peyk antenaları vasitəsilə baxır.
Siqnalların birbaşa peykdən qəbulu yüksək keyfiyyətli təsvir və səs əldə edilməsinə imkan verir. Ancaq təəssüf ki, beynəlxalq idman yarışlarını, o cümlədən Olimpiadanı keyfiyyətli peyk yayımı ilə izləyə bilmirik. Çünki yayım siqnalları şifrələnir. Doğrudur, yayımı bu üsulla kodlaşdırılmış kanallar qəbuledici aparata “Biss” kod-açarlarını daxil etdikdə açılır. Bunun üçün aparatın mütləq müvafiq funksiyası - texniki imkanı, istifadəçinin də müəyyən bilik və bacarığı olmalıdır. Rayon, kənd yerində usta da tapmaq müşkül məsələdir. Odur ki, ən mötəbər beynəlxalq idman yarışlarını, Olimpiadanı izləmək bizə nəsib olmur: ekranımız qaralır. Buna bir carə yoxdur?
Bəli, biz bilirik ki, beynəlxalq hüquq və müqavilə şərtlərinə görə, belə yarışlar şifrəli yayımlanmalıdır. Bununla belə, o da məlumdur ki, bu tələb, əslində, yayım hüququna malik konkret ölkə ərazisini əhatə edən yayım tezlikləri üçün nəzərdə tutulmayıb. Bunun bariz nümunəsi da var. Qardaş Türkiyənin “Türksat” peyki vasitəsilə yayımlanan kanalların, məsələn TRT-nin konkret olaraq ölkə ərasizi üçün nəzərdə tutulmuş tezliklər paketi də var. TRT-nin dünya üzrə yayım tezliklərində idman yarışları kodlaşdırılsa da, bu tezlikdə (Türkiyə ərazisi üçün nəzərdə tutulmuş versiyada) şifrəsiz - açıq verilir. Deməli, bu, mümkündür. Odur ki, müvafiq orqanlardan bu təcrübədən yararlanaraq respublika ərazisində idman yarışlarının öz peykimiz vasitəsilə şifrəsiz izlənməsinə imkan verən tədbirlər görməsini xahiş edirik.
Taleh KƏRİMOV,
Ağsu rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
Karlo Ançelotti: Arda Gülərin “Real”da qalacağına şübhə yoxdur
27 Aprel
Azərbaycan Ordusunun hərbi qulluqçuları Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər
27 Aprel
Səfir: Ruanda soyqırımı bir Fransa əməliyyatı idi
27 Aprel
“WhatsApp”a parolsuz giriş olacaq
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!