27 Noyabr 2024 17:42
5124
COP29
A- A+
Beynəlxalq Elektrik Rabitəsi İttifaqı: COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır  

Beynəlxalq Elektrik Rabitəsi İttifaqı: COP29-dan sonra ölkələr və təşkilatlar “yaşıl rəqəmsal aktivliyə” geniş yer ayırır  

Dünyanın hər yerindən hökumətlər, şirkətlər və rəqəmsal təşkilatlar qlobal texnologiya sənayesində iqlim tədbirlərini gücləndirmək üçün vahid öhdəlik götürüblər. Texnologiya və ətraf mühit məsələləri getdikcə bir-birinə qarışdıqca, COP29-un Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsi texnologiya sektorunun qlobal enerji istehlakı və istixana qazı emissiyalarında artan payını tanıyır. Bununla belə, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) geniş dəstək alan bu sənəd davamlı inkişaf üçün mühüm alət kimi rəqəmsal texnologiyaların əhəmiyyətini də etiraf edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Elektrik Rabitəsi İttifaqının (BERİ) rəsmi saytında dərc olunmuş məqalədə deyilir.

Məqalədə qeyd olunur: “Ümumilikdə, Bəyannamə 75 ölkə və 1170-dən çox qeyri-hökumət təşkilatı, o cümlədən şirkətlər, vətəndaş cəmiyyəti təşkilatları, beynəlxalq və regional təşkilatlar, digər maraqlı tərəflər tərəfindən COP29-un noyabrın 24-də başa çatması vaxtına qədər dəstək alıb. Qlobal temperaturun yüksəlməsi və hava şəraiti ilə bağlı fəlakətlərin artması fonunda Bəyannamə iqlimə müsbət təsir göstərən rəqəmsal inkişafa keçidi sürətləndirməyi hədəfləyir. Sənaye miqyasında iqlim məsuliyyətinə çağırış bir il əvvəl BERİ-nin dünya üzrə tərəfdaşları ilə başlatdığı ictimai-özəl təşəbbüs olan Yaşıl Rəqəmsal Kampaniyaya əsaslanır. Azərbaycanın bu il COP29-da Sədrliyi texnologiyanın bu ikili rolunu iqlim danışıqlarında ön plana çıxarıb. Noyabrın 16-da BMT-nin İqlim Konfransında ilk dəfə keçirilən Rəqəmsallaşma Günündə “Yaşıl Dünya üçün Rəqəmsal Fəaliyyət Yolu” mövzusunda yüksəksəviyyəli dəyirmi masa keçirilib. Bakıda rəqəmsal texnologiyaların transformasiya potensialı ilə bağlı müzakirələr yaşıl rəqəmsal texnologiyaların geniş əlçatanlığını təmin etməklə yanaşı, informasiya və kommunikasiya texnologiyaları (İKT) sektorunda emissiyaların azaldılmasına kömək etmək məqsədi daşıyan Yaşıl Rəqəmsal Fəaliyyət Bəyannaməsinin qəbulu ilə yekunlaşıb”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!