Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Milli Onkologiya Mərkəzində olub
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Yukio Amano Azərbaycana səfəri çərçivəsində aprelin 19-da Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində (MOM) olub.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, BAEA-nın, həmçinin ölkəmizin Fövqəladə Hallar Nazirliyinin məsul şəxsləri iştirak ediblər.
Qonaqları salamlayan Azərbaycan Milli Onkologiya Mərkəzinin baş direktoru akademik Cəmil Əliyev Y.Amanoya MOM-u ziyarətinə və elmi-texniki əməkdaşlıq sahəsində intensiv əməkdaşlığı dəstəklədiyinə görə təşəkkürünü bildirib. Akademik C.Əliyev Milli Onkologiya Mərkəzində reallaşdıran əməliyyatlardan, elmi tədqiqat işlərinin xüsusiyyətlərindən söz açıb, burada baş vermiş mühüm dəyişikliklərdən, mütəxəssislərin peşəkar səviyyəsindən, ultramüasir avadanlıqların iş prinsiplərindən danışıb. Akademik bu gün Milli Onkologiya Mərkəzinin möhtəşəm bir layihə kimi yüksək səviyyəyə gəlib çatmasında, səmərəli fəaliyyətində danılmaz xidmətləri olan dövlətimizin başçısı İlham Əliyevin daimi qayğısı və diqqətini xüsusi vurğulayıb. Cəmil Əliyev daimi dəstəyə və əməkdaşlığa görə Yukio Amanoya, eləcə də Beynəlxalq Atom Enerjisi Agentliyinə bir daha minnətdarlığını bildirib.
Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukio Amano səmimi görüş üçün akademik Cəmil Əliyevə təşəkkürünü bildirib və Milli Onkologiya Mərkəzinin bu cür yüksək səviyyəli fəaliyyətinə və müasir elmi-təcrübi göstəricilərinə görə təbrik edib. Qonaq əhaliyə onkoloji xəstəliklər zamanı yardımın strukturu, nüvə təhlükəsizliyi məsələləri, onkoloji, tibbi və nüvə fizikası sahəsində ixtisaslaşma ilə maraqlanıb. BAEA-nın baş direktoru qeyd edib ki, Milli Onkologiya Mərkəzi kimi yüksək səviyyədə təchiz edilmiş elmi strukturlara hətta Avropa miqyasında da nadir hallarda təsadüf edilir və MOM qonşu dövlətlərin onkoloji xəstələrinə belə yüksək keyfiyyətli yardım göstərmək iqtidarındadır. Y.Amano Milli Onkologiya Mərkəzi ilə gələcəkdə də sıx şəkildə əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Qonaqlar Mərkəzin radioterapiya şöbəsinin işi ilə tanış olub, Nüvə Təbabəti Mərkəzinə gedib, PET-KT bölümünün və radioaktiv tibbi məhsullar hazırlayan Tsiklotron reaktorunun işi ilə tanış olublar.
Görüşün sonunda Yukio Amano Milli Onkologiya Mərkəzinin muzeyində olub və Fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Vitse-spiker Adil Əliyev: “Azərbaycanın qüdrətinə heç kəs kölgə sala bilməz ”
29 Aprel
Azərbaycanın qadın şahmatçısı Avropa çempionu olub
29 Aprel
Türkiyə bu namizədi dəstəkləyir - KİV
29 Aprel
Baş nazirdən istefa açıqlaması
29 Aprel
“Turkish Airlines” 235 “Airbus” və “Boeing” təyyarəsi almaq niyyətindədir
29 Aprel
Hakan Fidan ilə Antoni Blinken Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
29 Aprel
Havanın temperaturu iqlim normasından yüksəkdir, isti hava şəraiti mayın 2-dək davam edəcək ...
29 Aprel
Yəmən limanı yaxınlığında gəmiyə hücum etdilər - MƏLUMAT
29 Aprel
Komitə sədri: Müxtəlif nəşrlərin çapına dəstək olmaqla mədəniyyətimizi təbliğ edirik ...
29 Aprel
İnsan hərəkətlərini imitasiya edən robot təqdim olunub
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!