Beyləqanda “Tarix yazan şəhidlər” abidəsinin açılışı olub
Beyləqanda şəhidlərimizin xatirəsinə ucaldılan abidənin açılışı olub. Açılış mərasimində şəhid ailələri, hərbçilər, Vətən müharibəsinin qaziləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, “Tarix yazan şəhidlər” abidəsi Vətən uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinə Beyləqan rayonu Milabad kəndində inşa olunub.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər 44 günlük Zəfər yürüşündə qəhrəman oğullarımızın igidliyindən söhbət açıblar. Bildirilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qüdrətli Azərbaycan Ordusunun şücaəti nəticəsində ərazi bütövlüyümız təmin edildi, həmçinin şəhidlərimizin qisası alındı.
Vurğulanıb ki, “Tarix yazan şəhidlər” abidəsi Milabad kəndindən olan Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsinə ucaldılıb.
Tədbirdə iştirak edən şəhid atası Tahir Zamanov deyib ki, belə bir abidənin açılışı şəhid ailələri üçün təsəllidir: “Biz çox sevinirik ki, belə övladların valideynləriyik. Çünki onlar 30 illik həsrətə son qoyan qəhrəmanlardır. Nəinki biz şəhid ailələri, hər bir kəs onlarla fəxr edir. Çünki bu Qələbə Ali Baş Komandanın rəhbərliyi ilə xalq-ordu birliyinin təcəssümüdür”.
Füzulidən Şuşaya qədər döyüş yolu keçən qazi Tural Cəfərov şəhidlərin ziyarətinə əli əsalı olsa da, başıuca, qalib Ordunun qalib hərbçisi kimi gəldiyini söyləyib. 44 günlük Zəfər yürüşünü qürurla xatırlayan qazi söyləyib ki, bu Qələbə Azərbaycanın tarixinə şəhidlərimizin qanı ilə yazıldı. Beş ildir ki, Vətənin keşiyində dayanan qazi deyib: “Hər bir əsgər və zabitin bir amalı var idi - Ali Baş Komandanın əmri ilə torpaqlarımızı işğaldan azad etmək. Həmin gün bizə qismət oldu. Bu gün şəhidlərimizin ruhu şad, torpaqlarımız isə azaddır. Bu Qələbə Azərbaycan tarixinə ən şanlı səhifə kimi yazıldı”.
Sonra abidə ziyarət edilib, önünə gül çələngi və tər çiçəklər düzülüb. Məktəblilərin ifasında vətənpərvərliyə, qəhrəmanlığa həsr edilən şeirlər səsləndirilib.
Qeyd edək ki, Beyləqan rayonundan Birinci Qarabağ müharibəsində 211 nəfər, Vətən müharibəsində isə 136 nəfər qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalıb. Beyləqan rayonu Milabad kəndindən isə Birinci Qarabağ döyüşlərində 5, Vətən müharibəsində isə 7 nəfər şəhadətə ucalıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yaxın günlərdə Laçının Sus kəndinə köçürüləcək ailələr bəlli olub
27 Aprel
“Paris-2024”: Olimpiya məşəli Yunanıstandan Fransaya yola düşüb
27 Aprel
Sabah Bakıda 31, bəzi rayonlarda isə 32 dərəcə isti olacaq
27 Aprel
Qırğız nazir: Azərbaycan Qırğızıstana neft məhsulları ixrac etməyə hazır olduğunu bildirib...
27 Aprel
Hərbçilərimiz İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edirlər
27 Aprel
Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edib...
27 Aprel
ÜST: Pandemiya dövründə antibiotiklərdən ifrat istifadə mənfi nəticələr verib
27 Aprel
“İsmayıllı etnomühitindəki azsaylı xalqların folkloru” kitabının təqdimat mərasimi keçirilib...
27 Aprel
Yəmən sahillərində ABŞ-ın 30 milyon dollarlıq PAU-sı vurulub
27 Aprel
FIFA prezidenti “Qarabağ”ı təbrik edib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!