14 May 2022 00:50
1355
Elm və texnika
A- A+
Bəşəriyyət I tip sivilizasiyaya 2371-ci ildən tez çatmayacaq

Bəşəriyyət I tip sivilizasiyaya 2371-ci ildən tez çatmayacaq

 

İnsan sivilizasiyasının inkişaf səviyyəsini ölçən bir neçə üsul mövcuddur. Həmin üsullardan biri bizim nə qədər enerji istehlak etmə bacarığımıza əsaslanır. Əgər enerji istehlakını ən faydalı bacarıqlarımızdan biri kimi qəbul etsək, o zaman kainatdakı digər sivilizasiyaların da həmin bacarıqlara sahib olduqlarını güman etmək olar. Bu isə öz növbəsində sivilizasiya tərəfindən enerji istehlakının onun texnoloji inkişaf səviyyəsini təyin edən göstəricidir.

ABŞ-ın Kaliforniya Texnologiya İnstitutunun alimləri yeni elmi araşdırmalarıyla bizim sivilizasiyanın "Kardaşev şkalası" üzrə I tip sivilizasiyaya uyğun gələn texnoloji inkişaf səviyyəsinə çatıb-çatmayacağını öyrənməyə çalışıblar. "Kardaşev şkalası" SSRİ astrofiziki Nikolay Kardaşev tərəfindən 1964-cü ildə yaradılıb. Bu şkalada alim sivilizasiyaları 3 tipə bölüb:

- I tip sivilizasiya: bu sivilizasiya öz planetinə doğma ulduzundan gələn enerji miqdarına bərabər olan miqdarda enerji istehlak edir;

- II tip sivilizasiya: o öz ulduzunun bütün enerjisini mənimsəyə bilir;

- III tip sivilizasiya: bu sivilizasiya elə bir inkişaf səviyyəsinə çatıb ki, o öz doğma qalaktikasının bütün enerjisindən yararlanır.

"İnsanların böyük miqdarda enerjidən istifadə etmələrinə baxmayaraq, biz hətta I tip sivilizasiyaya da daxil deyilik", - deyə Kaliforniya Texnologiya İnstitutunun alimi Conatan Yanq bildirir. Yer kürəsinə təqribi olaraq 10/16 vatt həcmində Günəş enerjisi gəlib çatır. Lakin sivilizasiyamız onun 10/13 vatt həcmini istifadə edir. Buna görə də alimlər özlərinə belə bir sual veriblər: ümumiyyətlə, "Kardaşev şkalası" üzrə I tip sivilizasiya səviyyəsinə çata bilərikmi?

"Digər tərəfdən, enerji istehlakının lazımi səviyyəsinə həmin enerjinin Yer kürəsində prioritetli istehsalı vasitəsilə çatmaq olar. Çünki bütün Günəş enerjisini əldə etmək və eyni zamanda Yer kürəsini həyat üçün münbit şəraitdə saxlamaq mümkün deyil", - deyə alim qeyd edir. Aparılmış tədqiqatlar çərçivəsində alimlər 3 əsas enerji mənbəyini (qalıq yanacaq növü, atom elektrostansiyalarından əldə edilən enerji və bərpaolunan enerji) araşdırıblar.

"Əgər biz bütün qalıq yanacaq növlərini yandırsaq, iqlim elə sərt şəkildə dəyişər ki, bu, insan sivilizasiyasının məhvinə səbəb olar. Müvafiq olaraq, əgər siz mövcud deyilsinizsə, deməli, I tip sivilizasiya səviyyəsinə çatmaqdan söhbət belə gedə bilməz", - deyə Conatan Yang bildirib.

Alimlər iddia edirlər ki, iqlim dəyişikliklərindən yan keçmək və Yer kürəsindəki enerji mənbələrindən düzgün istifadə etməklə I tip sivilizasiya səviyyəsinə çatmaq olar. Lakin bu, 2371-ci ildən tez baş verməyəcək.

 

Hazırladı:

Ülkər XASPOLADOVA,

 "Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!