26 Dekabr 2025 18:03
160
CƏMİYYƏT
A- A+
Baş Prokurorluqda kollegiya iclası keçirilib  

Baş Prokurorluqda kollegiya iclası keçirilib  


Dekabrın 26-da Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş kollegiya iclası keçirilib.

Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Kollegiya iclasında giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatıb. Bildirilib ki, bu ilin qeyd olunması Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla, Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir.

Çıxış zamanı həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi islahatların dərinləşdirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub, bu sahədə Birinci vitse-prezident Mehriban Əliyeva da yaxından iştirak edib, bu siyasətin məntiqi davamı olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək sürətlə davam etdirilir.

Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu mürəkkəb qlobal proseslər fonunda Azərbaycanın beynəlxalq mövqelərini gücləndirib, xüsusilə Amerika Birləşmiş Ştatları və Çin Xalq Respublikası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə imkan yaradıb. Vurğulanıb ki, bu uğurlu xarici siyasət ölkədə siyasi sabitliyin möhkəmlənməsi və daxili inkişaf üçün əlverişli şəraitin formalaşmasını təmin edib, bunun məntiqi nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək templə davam etdirilir.

Prokurorluq orqanlarının fəaliyyətinə toxunarkən Kamran Əliyev tərəfindən ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan prokurorluğunun rolu qeyd edilməklə, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq-mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyi vurğulanıb.

Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Həmçinin çıxışda Baş prokuror qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalıb. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər, konfranslar keçirilib.

İclasda, həmçinin Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi, həmçinin “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” layihəsinin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda bir sıra məsələlər üzrə kollegiyanın qərarı qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin plenar iclasında 9 məsələ müzakirə olunub YENİLƏNİB

18:46
26 Dekabr

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirilldən  

18:43
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Son 30 il ərzində “qara siyahı”ya təxminən 2 mindən çox şəxs daxil edilib

18:43
26 Dekabr

Ağstafada Keşikçidağ qoruğu ilə bağlı tədbir keçirilib  

18:42
26 Dekabr

Fransada fəaliyyət göstərən “Avey dueti” musiqi qrupunun yaradıcıları Ağarəhim Quliyev və Eldəniz Ələkbərzadədən  

18:42
26 Dekabr

Nazir: Azərbaycanla əməkdaşlıq həm Avropa, həm də Qafqaz və Asiya ölkələri üçün faydalıdır  

18:41
26 Dekabr

Gəncədə “Həmrəyliyin rəngləri” adlı sərginin açılışı olub  

18:40
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Ermənistanla digər sahələrdə əməkdaşlıq üçün potensial var

18:39
26 Dekabr

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib  

18:28
26 Dekabr

Leyla Əliyeva “YAŞA” Mərkəzində yaşlı nəslin nümayəndələri ilə görüşüb  

18:27
26 Dekabr

Rusiya Federasiyasının Əmək qəhrəmanı, Rusiyanın İctimai Palatasının Bədən Tərbiyəsi, İdman və Sağlam Həyat Tərzi üzrə Komissiyasının sədri İrina Vinerdən  

18:25
26 Dekabr

Gürcüstanda fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin direktoru Rezo Həsənovdan  

18:24
26 Dekabr

Rusiyanın Primorsk vilayəti Azərbaycan Diasporu “Dostluq” İctimai Təşkilatının sədri Ramiz Zeynalovdan  

18:23
26 Dekabr

Milli Məclisin növbəti iclasının gündəliyi bəlli olub  

18:21
26 Dekabr

Baş Prokurorluqda kollegiya iclası keçirilib  

18:03
26 Dekabr

Xarici işlər naziri: Azərbaycan-Türkiyə münasibətlərinin bənzəri yoxdur  

17:55
26 Dekabr

Ruben Vardanyanın məhkəməsi dekabrın 30-da davam etdiriləcək  

17:53
26 Dekabr

Qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ  

17:47
26 Dekabr

Azərbaycanın xarici işlər naziri: Ermənistanla təmaslar cari ildə müşahidə olunan müsbət dinamikanın inkişafının göstəricisidir  

17:38
26 Dekabr

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinə yekun vurulub  

17:27
26 Dekabr

Daha 300 peşə və kvalifikasiya standartı hazırlanıb  

17:15
26 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!