08 May 2025 15:50
535
SİYASƏT
A- A+
Baş nazir Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb  

Baş nazir Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşüb  


Mayın 8-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ölkəmizdə dövlət səfərində olan Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin (VKP MK) Baş katibi To Lam ilə görüşüb.

Nazirlər Kabinetindən AZƏRTAC-a bildiriblər ki, görüş əsnasında Əli Əsədov səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə VKP MK Baş katibi To Lam arasında aparılan danışıqların əhəmiyyətini qeyd edib. Bu danışıqların, həmçinin əməkdaşlığın müxtəlif sahələrini əhatə edən imzalanan sanballı ikitərəfli sənədlər paketinin iki dost ölkənin dövlətlərarası əlaqələri tarixində yeni səhifə açacağına əminlik ifadə olunub.

Vurğulanıb ki, Azərbaycan-Vyetnam münasibətləri çox qədim və zəngin ənənələrə malikdir.

İki ölkənin qarşılıqlı münasibətlərinin əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və Vyetnamın birinci Prezidenti Ho Şi Min tərəfindən qoyulub. Prezident Ho Şi Minin 1959-cu ildə Azərbaycana gəlməsi və Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri iki xalq arasında dostluğun başlanğıcını qoyub.

Xüsusi olaraq qeyd edilib ki, məhz Heydər Əliyevin səfərindən sonra sovet rəhbərliyi Vyetnama iqtisadi və elmi-texniki yardım göstərib, minlərlə azərbaycanlı mütəxəssis isə bu ölkənin infrastrukturunun və neft sənayesinin postmüharibə dövründə bərpasına kömək etmək üçün Vyetnama göndərilib.

Vurğulanıb ki, sovet dövründə 5 minə yaxın vyetnamlı Azərbaycanda təhsil alıb.

To Lamın səfəri zamanı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Ho Şi Minə həsr olunmuş sərginin və onun büstünün açılışının əhəmiyyəti qeyd edilib.

Bildirilib ki, Heydər Əliyev və Ho Şi Minin miras qoyduqları irsi davam etdirərək, bu gün hər iki ölkənin rəhbərliyi dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirir.

Xüsusilə Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü ildə Vyetnama dövlət səfəri əlaqələrin inkişafına və etimada əsaslanan əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verib.

Azərbaycan ilə Vyetnam arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıqdan məmnunluq ifadə olunub.

Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında dialoqun və səmərəli qarşılıqlı fəaliyyətin səviyyəsi yüksək qiymətləndirilib. Qeyd olunub ki, hakim partiyalar həmişə dostluq əlaqələri saxlayıb və iki ölkə arasında qarşılıqlı etimadın möhkəmləndirilməsində mühüm rol oynayıblar.

Görüş zamanı Azərbaycan-Vyetnam əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən iqtisadi-ticari, investisiya, neft-qaz, mədəni-humanitar və başqa istiqamətlərdə gələcək inkişafı məsələləri müzakirə edilib.

Azərbaycan-Vyetnam hökumətlərarası birgə komissiyasının növbəti iclasının Hanoyda keçirilməsi haqda razılıq əldə olunub.

Vyetnam Kommunist Partiyasının Baş katibi To Lam Vyetnam Baş nazirinin adından Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovu Vyetnama səfərə dəvət edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!