06 Noyabr 2022 02:47
451
SİYASƏT
A- A+
"Baş bir yana, leş bir yana" 

"Baş bir yana, leş bir yana" 

 

Üçbaşlı erməni əjdahasının təbliğat maşını necə çökür 

 

Erməni mənbələrini vərəqləyəndə görürsən ki, Rusiya, Fransa və ABŞ-dəki erməni diaspor təşkilatları "miatsum" deyib hönkürərək "böyük Ermənistan" uğrunda romantik cihada çıxıblar. 
Lakin o saat ortaya belə bir məzəli sual çıxır: "böyük Ermənistan" uğrunda necə döyüşürsüz ki, Qafqazda ermənilərin sayı son 30-35 ildə 3,5-4 milyondan 1,5 milyona düşüb? 
Əslində, tərsinə olmalı idi axı! Nədən sayınız üç dəfə azaldı ki? Və nədən bütün ermənilər "miatsum" deyəndə Xəzərlə Qara dəniz arasındakı ərazilərə yox, ABŞ-yə, Fransaya və Rusiyaya axıb getdiniz? 
Belə çıxır ki, erməni diasporu ilə Ermənistanı "böyük Ermənistan" ideyası yox, bir qədər romantik tərzdə desək, külləmə qarın fəlsəfəsi birləşdirir. İndiki Ermənistana diqqətlə nəzər salanda onu dövlətdən daha çox üçbaşlı əjdahaya bənzətmək mümkündür. Onun bədəni Qafqazda qızdırma içində qıvrılır, başları da  Ermənistanın hüdudlarından kənarda - biri Rusiyada, ikincisi Fransada, üçüncüsü də ABŞ-də nalə çəkir. Amma indi bu əjdaha zavallı gündə, ayaqlar altında can verir. Həm də təkcə can vermir, Ermənistan adlı olmayan ölkəni didib gəmirir. Didib gəmirir ki, həmin olmayan ölkənin dövlətini öz vassalına çevirsin, baxmayaraq ki, artıq erməni xalqı bu diaspor təkilatlarının heç birinə güvənmir. Çünki sadə ermənilər, yəni siyasətdən uzaq xalq sülh istəyir.
Erməni diaspor təşkilatları isə yüz ildir ki, Ermənistan dövlətini öz qucaqlarına əyləşdirməyə çalışırlar. Rusiya ermənilərinin öz qaydaları var, Fransa erməniləri daha fərqlı tərzdə əlləşir, ABŞ erməniləri isə etdiklərini heç kimə deməzlər. O üzdən bu gün Ermənistanın hayana və necə iməklədiyini anlamaq mümkün deyil. Baş nazir Nikol Azərbaycanla sülh müqaviləsini imzalamaq əvəzinə iki ildir gah ABŞ-yə qaçır, gah Pelosini çağırır ki, İrəvandan Bakıya barmaq silkələtsin, gah Parisə uçub Makronun boynuna atılır, gah da Rusiyada Ermənistanın "təəssüb"ünü çəkən erməniləri persona non-qrata elan edir. İndi də İranla mazaqlaşmağa  başlayıb. Bu, ona görə belə deyil ki, Nikol siyasət üçün naməhrəmdir. Əksinə, bu ona görə belədir ki, Nikol, ruslar demişkən, dələ təkərin içində fırlanan kimi böyük güclərin orbitində mayallaq aşmaqdan məxsusi zövq alır. 
Ermənilər uydurma erməni soyqırımını əllərində bayraq edərək həm Türkiyəyə təzyiq göstərməyə çalışır, həm də Azərbaycanda yüz illər ərzində törətdikləri vəhşilikləri ört-basdır etməklə yenidən əzabkeş xalq tituluna bürünmək istəyirlər. ABŞ-lə Fransanın birlikdə Türkiyəyə Birinci Dünya müharibəsindənqalma allergiyaları olsa da, artıq Rusiya - Türkiyə münasibətləri elə səviyyədədir ki, Qafqazda müsəlman və xristian dünyaları arasında Ermənistan kimi hiyləgər sipərə ehtiyac yoxdur. 
Cəmi bir neçə gün əvvəl Paşinyan Bakı ilə ilin sonunadək sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirdi: "…biz bunu reallaşdırmaq üçün əlimizdən gələni edəcəyik". Buna baxmayaraq, Ermənistan iki ildir böyük güclərin ayağına minnətə gedir, onları Bakıya təsir göstərməyə çağırır, arada hoqqa verib əks-hücuma da keçir. Amma nədənsə ağlına gəlmir ki, bir dəfə Bakıya zəng vurub birbaşa danışıqlara başlasın. Nəzərə almır ki, artıq erməni xalqı da üç nəhəng dövlətin erməni diasporunun onun maraqlarına yox, öz bəd niyyətlərinə xidmət etdiklərini anlayır. 

Bahadur İMANQULİYEV, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!