21 Yanvar 2026 16:32
194
SİYASƏT
A- A+
Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası    

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası    

Sülhə sadiqlik və humanitar dəyərlərin qorunması böyük mənəvi məsuliyyət tələb edən bir missiyadır. “Zayed İnsan Qardaşlığı Mükafatı” məhz bu ali məqsədlərə xidmət edən, bəşəriyyətin gələcəyi üçün fədakarlıq göstərən liderləri seçən nüfuzlu bir platformadır. Azərbaycan Prezidenti İlham Əliyevin bu yüksək mükafata layiq görülməsi onun müasir dünya nizamında sülhün və qardaşlığın əsas memarı kimi qəbul edilməsinin bariz nümunəsidir. Müasir diplomatiya tariximizdə müstəsna əhəmiyyət kəsb edən hadisə sadəcə təltif deyil, eyni zamanda Azərbaycanın münaqişələrin həlli və post-münaqişə dövründəki unikal təcrübəsinin dünya üçün bir "yol xəritəsi" kimi qəbul edilməsidir. Həm də Azərbaycan xalqının tolerantlıq ənənələrinə və ölkəmizin beynəlxalq nüfuzuna verilən haqlı dəyərin ifadəsidir. Ən əsası isə Azərbaycan liderinin onilliklər boyu davam edən qanlı münaqişəni sonlandıraraq regionda dayanıqlı sülh modelini yaratmasına verilən beynəlxalq mandatdır. İlham Əliyev bu mükafata müharibədən sonra əməkdaşlıq və reinteqrasiya yolunu seçən uzaqgörən rəhbər kimi layiq görülüb. Mükafatın münsiflər heyəti də qeyd edib ki, Azərbaycan və Ermənistan arasında əldə olunmuş sülh razılaşması dünyadakı digər münaqişə zonaları üçün ən nümunəvi modeldir. 

Müasir dövrün ən böyük problemlərindən biri qətiyyətli və prinsipial liderlik çatışmazlığıdır. Rəqabətli və çox vaxt ədalətsiz olan beynəlxalq sistemdə xaosun qarşısını almaq, intizam yaratmaq hər rəhbərin nail ola biləcəyi uğur deyil. Azərbaycan lideri hər bir addımını zərgər dəqiqliyi ilə hesablayaraq həm regional, həm də qlobal miqyasda ənənəvi liderlik funksiyalarını yenidən bərpa edir. Müharibədə möhtəşəm qələbə qazanmış bir sərkərdənin eyni zamanda sülh masasında da qalib gəlməsi dünya hərb və siyasət tarixində nadir rast gəlinən hadisədir. Prezidentin münaqişədən dərhal sonra sülh gündəliyini qətiyyətlə irəli sürməsi dövlət başçısının humanist obrazını tamamlayır. Dünya ictimaiyyəti də qəbul edir ki, 2020-ci il Zəfəri sadəcə ərazi bütövlüyünün bərpası yox, Cənubi Qafqazın əbədi qan tökülməsindən xilası demək idi. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh prosesi ilə bağlı əldə olunan tarixi razılaşma isə Azərbaycanın öz iradəsini dünyaya qəbul etdirməsi oldu. Prezident İlham Əliyev yalnız sülh qurmur, həm də bu sülhə mane olmaq istəyən xarici təhdidlərin qarşısını alır. Ermənistanı yenidən münaqişəyə sürükləməyə çalışan mərkəzlərin həmlələrini neytrallaşdırır, bölgəni fəlakətdən xilas edən yeganə təminatçı rolunda çıxış edir. 

Prezidentin müəyyən etdiyi strateji sülh gündəliyi Davosda da beynəlxalq birliyin tam dəstəyini qazandı. Dünya İqtisadi Forumunda Azərbaycan Prezidentinin növbəti dəfə iştirakı, keçirilən intensiv ikitərəfli görüşlər, panel iclaslarındakı qətiyyətli çıxışlar və dövlət başçısının “Euronews” kanalına verdiyi müsahibə İlham Əliyevin regional və qlobal liderlik statusunun beynəlxalq səviyyədə növbəti təsdiqi oldu. Azərbaycanın post-münaqişə dövründəki haqlı mövqeyini qlobal auditoriyaya bir daha çatdırdı. 

Xüsusilə “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı xüsusi tədbir dünyanın aparıcı iqtisadi və siyasi elitasının Bakının təqdim etdiyi yeni əməkdaşlıq modelinə olan böyük marağının bariz göstəricisi oldu. Bu platformalar sübut etdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan artıq sadəcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının enerji təhlükəsizliyi və logistik konfiqurasiyasında həlledici aktordur. Davosdakı bu diplomatik zəfər Prezidentin sülh quruculuğu istiqamətindəki ardıcıl siyasətinin beynəlxalq miqyasda qeyd-şərtsiz qəbulu və onun qlobal liderlik statusunun sarsılmazlığının növbəti dəfə bütün dünyaya bəyanı idi. Prezidentin Davosda bəyan etdiyi kimi sülh artıq sadəcə diplomatik bir sənəd deyil, gündəlik həyatda hiss olunan real faydadır. Azərbaycanın təşəbbüsü ilə Ermənistana mühüm neft məhsullarının göndərilməsi və ticarət marşrutları üzərindəki məhdudiyyətlərin aradan qaldırılması rəsmi Bakının sülh prosesindəki səmimiyyətinin ən böyük sübutudur. Bu praktiki addımlar regionun iqtisadi mənzərəsini dəyişməklə yanaşı, düşmənçilik səhifəsinin qəti olaraq bağlandığını nümayiş etdirir. 

Ermənistan Prezidenti Vaaqn Xaçaturyanın Forum çərçivəsində cənab İlham Əliyevin irəli sürdüyü sülh prinsipləri ilə tam şərik olması və çıxışlarında bir neçə dəfə Azərbaycan liderinə təşəkkür etməsi rəsmi Bakının formalaşdırdığı yeni regional nizamın legitimliyini təsdiqlədi. Bu, sadəcə bir diplomatik razılaşma deyil, Azərbaycanın beynəlxalq hüquqa söykənən diktəsinin qarşı tərəf tərəfindən qeyd-şərtsiz qəbulu kimi qiymətləndirilməlidir. Xaçaturyanın Azərbaycan liderinin arqumentləri qarşısında “Prezident İlham Əliyevdən sonra nəsə demək çox çətindir” etirafı əslində İrəvanın onilliklər boyu davam etdiriyi əsassız ritorikanın tam iflası və sülh prosesinin geri dönməz mərhələyə qədəm qoymasının göstəricisidir. Azərbaycan liderinin nümayiş etdirdiyi iradə sübut etdi ki, İlham Əliyev təkcə döyüş meydanında Zəfər qazanan sərkərdə deyil, həm də sülh masasında və Davos kimi nəhəng iqtisadi platformalarda öz strateji baxışını qlobal səviyyədə qəbul etdirməyi bacaran qətiyyətli bir dövlət xadimidir. 

Davosdakı müzakirələr göstərdi ki, Azərbaycan liderinin formalaşdırdığı yeni geosiyasi reallıq artıq dünya tərəfindən qəbul edilən bir "yol xəritəsi"dir. Prezident İlham Əliyev sülhü sadəcə kağız üzərində deyil, real həyatda, iqtisadiyyatda və logistikada nümayiş etdirir. Azərbaycanın birtərəfli qaydada nəqliyyat yollarını açması regionun iqtisadi çiçəklənməsi üçün atılan strateji addım kimi yüksək qiymətləndirilir. Ermənistana neft məhsullarının göndərilməsi və orada qiymətlərin ucuzlaşması sülhün vətəndaşlar tərəfindən hiss edilən real faydasıdır. Azərbaycandan Ermənistana enerji resurslarının göndərilməsi və ticarət əlaqələrinin bərpası da məhz "insan qardaşlığı" prinsiplərinin praktiki tətbiqidir.  Bu mənada Azərbaycan Prezidentinin sülh naminə göstərdiyi qətiyyət və humanizm həm mənəvi, həm də siyasi müstəvidə yüksək qiymətləndirilir. 

"Zayed İnsan Qardaşlığı Mükafatı”nın cənab İlham Əliyevə təqdim edilməsi ilə Davos Forumunda sülh gündəliyinin dəstəklənməsi eyni məntiqə əsaslanır. Dünya birliyi Cənubi Qafqazın gələcəyini məhz İlham Əliyevin cızdığı ədalətli və humanist “yol xəritəsi”ndə görür. Müharibədə qələbə qazanan Azərbaycan lideri sülh prosesini də qlobal uğur hekayəsinə çevirərək müasir tarixin ən nüfuzlu dövlət xadimlərindən biri olduğunu bir daha təsdiqləyir. Dünya artıq Azərbaycanı təkcə hərbi güc deyil, həm də ədalətli və humanist sülhün qarantı kimi tanıyır və qəbul edir. 


Nəsib Məhəməliyev,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

18:46
21 Yanvar

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında dörd məsələ müzakirə edilib

18:29
21 Yanvar

BMT qlobal “su müflisliyi” barədə xəbərdarlıq edir  

18:01
21 Yanvar

Davos Forumu mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından Azərbaycan üçün əhəmiyyətlidir  

17:48
21 Yanvar

Qazaxıstan mediası Azərbaycan Prezidentinin Davosda çıxışları barədə materiallar dərc edir  

17:39
21 Yanvar

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib  

17:18
21 Yanvar

“Xiaomi”dən yeni smartfon

17:10
21 Yanvar

“Netflix” mobil tətbiqini yeniləyir  

16:58
21 Yanvar

Azərbaycanın hesabatı MONEYVAL tərəfindən qəbul edilib  

16:57
21 Yanvar

Lənkərana yağan intensiv yağışın yaratdığı fəsadlar aradan qaldırılır  

16:47
21 Yanvar

Bakı Şəhər Prokurorluğunda ötən il görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirilib  

16:38
21 Yanvar

Qurban Qurbanov: “Qarabağ” Bundesliqada çıxış etsəydi, autsayder olmazdı

16:37
21 Yanvar

Barışın memarı: sülh diplomatiyasında İlham Əliyev imzası    

16:32
21 Yanvar

Uitkoff: ABŞ İranla danışıqlar aparmır  

16:25
21 Yanvar

Azərbaycanla Misir arasında dini sahədə əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilib  

16:21
21 Yanvar

Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

16:17
21 Yanvar

Misir Trampın Sülh Şurasına qoşulmaq üçün dəvəti qəbul etdi  

16:05
21 Yanvar

“Akademik Həsən Əliyev” gəmi-bərəsi əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb  

16:03
21 Yanvar

Aqrar Sığorta Fondu şaxtavurma zərərlərinə görə 915 min manat ödəniş həyata keçirib  

15:53
21 Yanvar

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

15:30
21 Yanvar

BMTM Karnegi Fondunun Rusiya və Avrasiya Mərkəzinin anti-Azərbaycan narrativləri təşviq edən məqaləsinə cavab verib  

15:23
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!