21 Yanvar 2026 16:17
2392
Təhsil
A- A+
Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  

Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb  


Yanvarın 21-də Ankarada Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti (İTÜ) arasında elm və təhsil sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və Türkiyənin Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvarın iştirak etdiyi mərasimdə həmin sənədi Qarabağ Universitetinin rektoru Şahin Bayramov və İstanbul Texniki Universitetinin rektoru Hasan Mandal imzalayıblar.

YÖK sədri Özvar çıxışında diqqəti iki qardaş ölkəni birləşdirən tarixi bağlara çəkib, elm və təhsil sahələrində əməkdaşlığın bundan sonra da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. O, Azərbaycana səfərini və bu çərçivədə “Qarabağ bölgəsinin azadlığının və bərpasının rəmzlərindən biri” adlandırdığı Qarabağ Universitetində keçirdiyi görüşləri xatırladıb. YÖK rəhbəri əlavə edib: “Qarabağ Universiteti bütün region üçün yeni ilhamverici mərkəzdir. Bunun əyani göstəricisi ali təhsil ocağında yeni şöbələrin və fakültələrin, xüsusən Tibb fakültəsinin açılmasıdır”.

O, Türkiyənin ən nüfuzlu universitetlərindən biri olan İstanbul Texniki Universitetinin geniş təcrübəsinin Qarabağ Universitetinin daha da inkişafına əhəmiyyətli dərəcədə təkan verəcəyinə əminliyini ifadə edib. “Birgə layihələr və tədqiqatlar, tələbə mübadiləsi və ikili diplom proqramları bu universitetlər arasında əməkdaşlıq sahələrindən yalnız bir neçəsidir. Ali təhsil sahəsində əməkdaşlıq Türkiyə və Azərbaycanın ortaq gələcəyinə töhfədir”, - deyə E.Özvar bildirib.

YÖK sədri hazırda Azərbaycandan minlərlə tələbənin Türkiyə universitetlərində təhsil aldığını və Azərbaycan müəllim heyətinin sayının 200-ü keçdiyini qeyd edib. “Məqsədimiz gələcəkdə yalnız bakalavr və magistr səviyyələrində deyil, həm də doktorantura səviyyəsində aktiv əməkdaşlıqdır”, - deyən Özvar, həmçinin Türkiyə ilə Azərbaycan arasında əlaqələri hərtərəfli dərinləşdirmək üçün iki ölkənin dövlət başçılarının siyasi iradəsinin vacib rolunu vurğulayıb.

Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev Qarabağ Universiteti ilə İstanbul Texniki Universiteti arasında imzalana sənədi “iki qardaş ölkənin elm və təhsil sahələrində əməkdaşlığının yen platforması” adlandırıb. O, Qarabağ Universitetinin ölkəmiz və bütün Türk dünyası üçün əhəmiyyətini vurğulayıb. Nazir əmin olduğunu bildirib ki, İTÜ ilə əməkdaşlıq yeni yaradılan universitetin mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

Nazir bildirib: “Sevindirici haldır ki, Azərbaycanda əcnəbi tələbələrin sayı artır, onların arasında ən çox yeri qardaş Türkiyənin vətəndaşları tuturlar. Biz Türkiyə ilə əməkdaşlığı bundan sonra da dərinləşdirməyə hazırıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşların müraciətlərini dinləyib

15:57
11 Mart

Prezident Ərdoğan: İran ətrafında böhranın aradan qaldırılması şansı hələ də mövcuddur

15:07
11 Mart

Mina problemi ilə əlaqədar ölkəmizin Çin ilə əməkdaşlığı genişlənəcək  

15:06
11 Mart

Kreml: İstanbul Ukrayna üzrə danışıqlar platformasıdır

15:04
11 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Azərbaycana rəsmi səfərə gəlib

15:03
11 Mart

AFFA “Neftçi”ni 23 000 manat məbləğində cərimələyib

15:03
11 Mart

Estoniya Parlamenti Naxçıvana dron hücumunu qınayan bəyanat yayıb

15:02
11 Mart

Astana, Bakı və Daşkənd Avropaya enerji körpüsü qurur

15:01
11 Mart

“Sabah”ın məşqçisinə 7, Qurban Qurbanovun köməkçilərinə 6 oyunluq cəza verilib

15:00
11 Mart

328 nömrəli körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilib  

14:58
11 Mart

Quba rayonunun inzibati ərazi dairəsinin tərkibinə daxil olan yaşayış məntəqələrinin adları dəyişdirilir  

14:55
11 Mart

Qazaxıstan və Azərbaycan könüllüləri Xəzərin sahillərini təmizləyiblər

14:54
11 Mart

Prezidentin Mətbuat Xidmətinin məlumatı

14:18
11 Mart

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir

14:18
11 Mart

Qırımızı Bazarda daha 20 ailəyə evlərinin açarları təqdim olunub – YENİLƏNİB

14:17
11 Mart

Əli Əsədov Beynəlxalq Kanoe Federasiyasının və Avropa Kanoe Assosiasiyasının prezidentləri ilə görüşüb

14:14
11 Mart

Yaponiyaya məxsus yük gəmisi Körfəzdə atəşə tutulub

13:56
11 Mart

Azərbaycanlı ailə İrandan təxliyə olunub 

13:41
11 Mart

ABŞ: İlin ikinci rübündə “Brent”in qiyməti 91 dollara yüksələ bilər

13:32
11 Mart

Xocalının Xanabad kəndinə növbəti köç olub

13:16
11 Mart

IDEA-nın aksiyası zamanı Zaqatalada 800-dən çox ağac əkilib

13:15
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!