21 Yanvar 2026 17:48
195
SİYASƏT
A- A+
Davos Forumu mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından Azərbaycan üçün əhəmiyyətlidir  

Davos Forumu mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından Azərbaycan üçün əhəmiyyətlidir  


Davos İqtisadi Forumu Azərbaycan üçün mühüm beynəlxalq platformalardan biridir və ölkəmizin qlobal gündəmdə fəal iştirakına geniş imkanlar yaradır. Bu platforma Azərbaycanın iqtisadi potensialının, enerji siyasətinin və inkişaf strategiyasının beynəlxalq səviyyədə təqdim edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Davos Forumunda iştirakı ölkəmizin beynəlxalq iqtisadi layihələrdə və qlobal müzakirələrdə fəal tərəfdaş kimi mövqeyini gücləndirir.

İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu beynəlxalq münasibətlər və dünya siyasəti baxımından da mühüm təsir imkanlarına malikdir. Burada təqdim olunan müasir texnologiyalar və irəli sürülən yeni ideyalar qlobal iqtisadiyyatın gələcək istiqamətlərini müəyyənləşdirir. Davos Forumu, eyni zamanda, iqtisadi güc mərkəzləri arasında dialoq və əməkdaşlıq üçün mühüm tribuna rolunu oynayır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Samir Vəliyev söyləyib.

O bildirib ki, Azərbaycanın Davos Dünya İqtisadi Forumunda iştirakı 1990-cı illərin ortalarına təsadüf edir və bu proses Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1995-ci ilin yanvarında Heydər Əliyevin Forumda iştirakı Azərbaycanın siyasi, iqtisadi və sosial-mədəni inkişafının beynəlxalq ictimaiyyətə təqdim olunmasına imkan verib. Bu addım Azərbaycanın beynəlxalq arenada tanınmasına və Davos Forumunda davamlı iştirakına möhkəm zəmin yaradıb.


Sonrakı illərdə Prezident İlham Əliyev Davos Forumunda fəal iştirak edərək Azərbaycanın maraqlarını yüksək səviyyədə təmsil edib.


"Dövlətimizin başçısı forum çərçivəsində müxtəlif ölkələrin liderləri və iri şirkət rəhbərləri ilə görüşlər keçirir, aktual qlobal məsələlər üzrə müzakirələrdə iştirak edir. Xüsusilə son illərdə Davos Forumu Azərbaycan üçün mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından əhəmiyyətli olub. Forumda biznes və investisiya mühitinin yaxşılaşdırılması, enerji təhlükəsizliyi və dayanıqlı inkişaf məsələləri Azərbaycanın prioritetləri kimi təqdim olunub. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti və strateji coğrafi mövqeyi Davos platformasında ölkəmizin etibarlı tərəfdaş kimi qəbul edilməsini gücləndirir.


Davos Dünya İqtisadi Forumunun 56-cı iclasında geniş beynəlxalq təmsilçilik Azərbaycanın da qlobal proseslərin mərkəzində yer aldığını göstərib. Prezident İlham Əliyevin müsahibə və panel iclaslarında Azərbaycanın sülhə sadiqliyini, enerji və iqlim məsələlərində mövqeyini açıq şəkildə ifadə etməsi ölkəmizin beynəlxalq nüfuzunu artırıb", - deyə S.Vəliyev vurğulayıb.


Deputat əlavə edib ki, Azərbaycan-Ermənistan sülh prosesinin Davos kimi nüfuzlu platformada müzakirəsi ölkəmizin regional lider rolunu bir daha önə çıxarıb. Xarici dövlət rəhbərlərinin Prezident İlham Əliyevə verdiyi yüksək qiymətlər Azərbaycanın diplomatik nüfuzunun göstəricisi kimi dəyərləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Rusiya-Ukrayna münaqişəsinin kifayət qədər qısa müddətdə həll olacağını açıqlayıb 

20:13
21 Yanvar

Davos gündəliyi: Azərbaycanın etibarlı investisiya mühiti diqqət mərkəzindədir  

20:07
21 Yanvar

Türkiyədə zəlzələ olub  

19:58
21 Yanvar

Davos 2026: Azərbaycan Dövlət Neft Fondu və “Brookfield” infrastruktur sahəsində strateji əməkdaşlığı möhkəmləndirir  

19:41
21 Yanvar

ABŞ Prezidenti: Qrenlandiya bizim ərazimizdir  

19:34
21 Yanvar

Tramp Davosda Azərbaycan və Ermənistan arasındakı sülhdən danışıb 

19:29
21 Yanvar

Donald Tramp: Venesuela “fantastik şəkildə çiçəklənəcək”  

19:23
21 Yanvar

Tramp tezliklə FED sədri vəzifəsinə namizədini açıqlayacaq  

19:17
21 Yanvar

ABŞ Prezidenti: Avropa düzgün istiqamətdə getmir

19:14
21 Yanvar

Tramp: Dünyanın qorunması üçün bu böyük buz parçasını istəyirik  

19:13
21 Yanvar

Tramp: Kanada ABŞ sayəsində yaşayır

19:12
21 Yanvar

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin yaz sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

18:46
21 Yanvar

Parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında dörd məsələ müzakirə edilib

18:29
21 Yanvar

BMT qlobal “su müflisliyi” barədə xəbərdarlıq edir  

18:01
21 Yanvar

Davos Forumu mühüm siyasi və iqtisadi dividendlər əldə etmək baxımından Azərbaycan üçün əhəmiyyətlidir  

17:48
21 Yanvar

Qazaxıstan mediası Azərbaycan Prezidentinin Davosda çıxışları barədə materiallar dərc edir  

17:39
21 Yanvar

Milli Məclisin Beynəlxalq münasibətlər komitəsinin yaz sessiyasında ilk iclası keçirilib  

17:18
21 Yanvar

“Xiaomi”dən yeni smartfon

17:10
21 Yanvar

“Netflix” mobil tətbiqini yeniləyir  

16:58
21 Yanvar

Azərbaycanın hesabatı MONEYVAL tərəfindən qəbul edilib  

16:57
21 Yanvar

Lənkərana yağan intensiv yağışın yaratdığı fəsadlar aradan qaldırılır  

16:47
21 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!