16 Aprel 2016 12:04
953
İQTİSADİYYAT
A- A+
Baramaçılıq gəlirli və əməktutumlu sahədir

Baramaçılıq gəlirli və əməktutumlu sahədir

 

Azərbaycanda bu sahənin dirçəldilməsi hər cəhətdən sərfəlidir

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin son iclasında Azərbaycan üçün ən vacib kənd təsərrüfatı sahələrinin yaxın illərdə inkişaf etdirilməsinin əhəmiyyətini bir daha vurğulamış, bu sırada baramaçılığın da strateji məhsul kimi inkişafının vacibliyini qeyd etmişdir: “Baramaçılıq sektoru inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar”.
Azərbaycanda vaxtilə yüksək gəlir gətirən, 150 min nəfərin çalışdığı baramaçılıq sahəsi son 20-25 ildə ciddi tənəzzülə uğramışdır. Baramaçılığın inkişafına ögey və biganə münasibət nəticəsində 7 barama toxumu zavodu, 2 damazlıq ipəkçilik stansiyası, 30 barama qurutma məntəqəsi, 80-ə qədər barama tədarükü və ilkin emalı müəssisələri fəaliyyətini dayandırmışdır. Halbuki hələ ötən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası, Dağlıq Qarabağ Muxtar Vilayəti və Azərbaycanın 31 inzibatı rayonunda hər il orta hesabla 4,3-5 min ton barama istehsal olunurdu. Həmin dövrdə Azərbaycan dünyada barama istehsalına görə 8-ci, SSRİ-də isə Özbəkistandan sonra 2-ci yeri tuturdu.
Baramaqurdu əsasında ipəkçilik qədim zamanlardan Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, İran, Türkiyə, Orta Asiya, Cənubi Qafqaz və s. ölkələrdə inkişaf etmişdir. VII əsrdən isə ipəkçilik Azərbaycanda inkişaf etməyə başlamışdır. Bunun üçün Azərbaycan ərazisinin səth quruluşu, əlverişli iqlim şəraiti, xüsusən bol günəş işığı, tarixi əmək vərdişləri, tut ağaclarının yetişdirilməsi üçün əlverişli şərait imkan verirdi. XI-XII əsrlərdə Bərdə, Şamaxı, Gəncə, Şəki və digər şəhərlərdə fəaliyyət göstərən ipək istehsalı müəssisələri kəmiyyət və keyfiyyətlərinə görə bütün dünyada şöhrət qazanmışdı. XIX əsrdə Rusiyada ipək istehsalı müəssisələri əsasən Azərbaycandan alınan barama xammalı hesabına işləyirdi. Sovetlər dövründə isə Azərbaycanda istehsal olunan ipək parça təkrar emal üçün SSRİ-nin 250 ipək parça kombinatlarına göndərilirdi. Faktlara nəzər salaq: 1830-cu ildə Azərbaycanda 611 ton barama istehsal olunmuşdu ki, bunun da hamısı Rusiya fabriklərində emal edilmişdi. 1843-cü ildə Şəkidə 36 baramaaçan dəzgahı, xüsusi tədris şöbələri olan ipəkçilik məktəbi fəaliyyətə başlamışdı. 1850-ci ildə isə Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin təşkil etdiyi məktəblərdə xüsusi ipəkçilik kursları yaradılmışdı. Azərbaycan ipəyi 1850-ci ildə Peterburqda və 1852-ci ildə Moskvada təşkil edilmiş ümumrusiya sərgilərində nümayiş etdirilmiş və qızıl medallara layıq görülmüşdü. İpəyimiz 1862-ci ildə Londonda və 1867-ci ildə Parisdə keçirilən ümumdünya sərgilərinin eksponatı olmuşdu. Bunlardan əlavə, 1889-cu ildə Tiflis Müəllimlər İnstitutunda tələbələrə ipəkçilik üzrə məşğələlər keçirilmiş və həmin kursu bitirən 7 tələbə Yelizavetpol (Gəncə) quberniyasında işlə təmin olunmuşdur.
Yalnız bugünkü Abşeron və Quba-Xaçmaz iqtisadi rayonları istisna olmaqla Şirvan, Qarabağ, Şəki-Zaqatala bölgələri vaxtilə Azərbaycanda istehsal olunan baramanın 80-90 faizini vermişdi. Azərbaycanda barama istehsalı 1920-ci ildə 252, 1930-cu ildə 2017,6, 1940-cı ildə 2380, 1950-ci ildə 2581,3, 1955-ci ildə 2691,6, 1960-cı ildə 3113, 1965-ci ildə 3495, 1970-ci ildə 3661, 1975-ci ildə 4362, 1980-ci ildə 5 min, 1985-ci ildə 5,5 min, 1990-cı ildə 4,9 mln ton olmuşdur.
Ancaq bu göstəricilər 1993-cü ildən sonra kəskin azalaraq 1995-ci ildə 1,1 min, 1999-2000-ci illərdə 0,01 tona qədər azalmışdır. 2011-ci ildə isə Azərbaycanda cəmi 12 ton yaş barama istehsal olunmuşdur.
Vaxtilə hər il Azərbaycanda çaylar, yollar, kanallar və arxlar boyunca, eləcə də həyətyanı sahələrdə 0,5 milyon ədəd tut ağacı əkilir, 500 hektar sahədə yeni tut bağları salınırdı. Həmin dövr Azərbaycanda hər il orta hesabla 1 milyon tinik yetişdirilmişdi. Amma 2004-cü ildə ölkədəki ipəkçiliklə məşğul olan müəssisələrin iş rejimini fasiləsiz təmin etmək üçün Özbəkistandan 2,5 milyon, 2005-2010-cu illərdə isə Çindən 3 milyon ədəd tut şitili gətirilərək vaxtilə baramaçılığın ən çox inkişaf etdiyi Zaqatala, Balakən, Qax, Şəki, Göyçay, Bərdə, Ağcabədi, Zərdab və digər inzibatı rayonların kənd əhalisinə təmənnasız paylanmışdır. Lakin məsuliyyətsizlik və baxımsızlıq üzündən bu sahə yenə də öz səmərəsini verməmişdir. Yeri gəlmişkən qeyd edək ki, sovet hakimiyyəti illərində Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun yardımçı təsərrüfatları hesabına ildə 60-80 min tinik yetişdirilirdi.
Məlumdur ki, baramaqurdunun bəslənməsi üçün yalnız tut yarpaqlarından istifadə edilir. Yəni baramaqurdunun əsas yemi uzunömürlü tut ağacının yarpaqlarıdır. Tut ağacları isə, bir qayda olaraq, yol boyunca, qismən də digər təsərrüfat sahələri üçün yararsız olan suvarılan ərazilərdə əkilir. Aran rayonlarında isə tut ağaclarının şitili münbit torpağı olan xüsusi çəkilliklərdə hazırlanır. Azərbaycanda tut bağlarının sahəsi 1940-cı ildə 3,88 min, 1950-ci ildə 4,75 min, 1960-cı ildə 14,84 min, 1970-ci ildə 20,6 min, 1975-ci ildə 24 min hektar olmuşdur. Azərbaycanda indi də 200-250 illik tut ağaclarına rast gəlinir. Onu da bildirək ki, baramaqurdu üçün ən qiymətli xammal cır tut ağaclarının yarpağı hesab edilsə də, qismən mədəni tut ağaclarının yarpağından da istifadə olunur. Amma onların yarpaqları az qidalıdır. Cır tut ağacları əsasən Ağdaş, Şəki, Qəbələ, Oğuz və s. rayonlarda becərilir. Cır tut ağacları əsasən toxum vasitəsilə artırılır. Yarpağı nisbətən iri və bütöv olan tut ağacları isə əsasən Zaqatala, Balakən, Bərdə, Göyçay, Ağdam, Ağdaş, Kürdəmir və digər rayonlarda yetişdirilir.
Baramaqurdu yaşayış evlərində, dam və çardaqlarda, bəzən də bu sahə üçün uyğunlaşdırılmış ictimai binalarda da bəslənilir. Bu zaman binaların qızdırılması çox vacibdir. Baramaqurdu üçün normal orta temperatur müsbət 24-26 dərəcədir. Onların bəslənilməsi üçün hazırlıq işlərinin həlledici dövrü isə aprel ayıdır. Bir qutu baramaqurdunun bəslənməsi üçün hazırlıq işləri də daxil olmaqla 60 iş günü sərf olunur.
Azərbaycanda Şəki İpək Kombinatı işə düşənə qədər Qarabağ və Ordubadda analoji müəssisələr fəaliyyət göstərmişdir. Şəki kombinatı isə 1967-ci ildə istifadəyə verilmişdir. 500 toxucu dəzgahı olan bu zavodda ildə 10-12 milyon metr ipək parça istehsal olunurdu. Vaxtilə kombinatda çalışan 7 minlik işçi qüvvəsi Şəki şəhər əhalisinin 30 faizini təşkil edirdi. Ümumiyyətlə, Şəki İpək Kombinatı istehsal gücünə və işçilərinin sayına görə SSRİ-dəki analoji müəssisələrin ən nəhənglərindən biri idi.
Çox əfsuslar olsun ki, sonrakı illərdə belə bir müəssisənin baramaya olan tələbatı yerli xammal hesabına tam ödənilmədi və Azərbaycan hökumətinin qərarı ilə Özbəkistandan və İrandan on milyonlarla dollar dəyərində xam barama alınmağa başlandı. Amma kombinat öz iş ahəngini bərpa edə bilmədi və son illərdə fəaliyyətini, demək olar ki, tam dayandırmalı oldu. 2005-ci ildə isə zavodu özəlləşdirmək məqsədilə müsabiqə keçirildi və onun qalibi “Pərvanə” MMC elan edildi. Bununla da Azərbaycan yüngül sənayesinin nəhəng müəssisəsi olan Şəki İpək Kombinatının varlığına son qoyuldu. Yeri gəlmişkən, bu kombinatın işçiləri üçün vaxtilə respublika Nazirlər Soveti tərəfindən ayrılan torpaq sahəsində inşa edilmiş Marxal İstirahət Mərkəzinin bu gün kimə məxsus olması da məlum deyil. Məlum olmayan həmçinin Elmi-Tədqiqat İpəkçilik İnstitutu, ipəkçilik stansiyaları, dövlət qreta stansiyaları, rayon ipəkçilik idarələri, tut tinglikləri, sırf ipəkçiliklə məşğul olan ixtisaslaşmış təsərrüfatların taleləridir.
Baramaçılığın yerlərdə inkişaf etdirilməsi ilə əlaqədar vaxtilə bu işlə məşğul olmuş əhalinin fikirlərini soruşduqda onların hamısı baramaçılığın çox sərfəli sahə olduğunu və əhalinin işlə təmin edilməsi sahəsində əvəzsiz olduğunu bildirirlər. Bir vaxtlar bu sahədə çalışan yaşlı və orta yaşlı insanlar bir nəfər kimi baramaçılığın dirçəldilməsi üçün dövlət tərəfindən əlverişli şərtlərlə kreditlər verilməsini, istehsal edəcəkləri baramadan götürdükləri gəlir hesabına həmin kreditləri ödəməyə hazır olduqlarını bildirirlər.
Göstərilən problemin müsbət həlli üçün bütün qeyd olunanları ümumiləşdirərək bəzi təkliflər vermək istərdik. Bu təkliflər əlaqədar dövlət qurumları tərəfindən nəzərə alınarsa, keçmişdə Azərbaycanda ən gəlirli sahə olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq mümkündür.
Beləliklə, ilk növbədə baramaqurdunun yem bazasını təmin etmək üçün yeni tinglik təsərrüfatlarının yaradılması çox vacibdir. Bu məqsədlə Çin Xalq Respublikasından ilkin olaraq 1-2 kiloqram toxum gətirilərsə, 3 ildən sonra ondan 1-1,5 milyon ədəd tut şitili əldə etmək olar; Azərbaycanda dünya bazarındakı mövcud qiymətlərə uyğun barama satışı reallaşa bilər. Çünki ölkəmizdə bu sahənin əsas zəifləmə səbəblərindən biri də bu sahə ilə məşğul olan insanların zəhmətinə görə ödənişlərin çox aşağı qiymətdə olmasıdır. Odur ki, bu sahədə qiymət siyasəti hökumət tərəfindən tənzimlənməlidir; bir çox strateji sahə kimi baramaçılığın inkişafına müdaxilələr olmasına qəti surətdə yol verilməməlidir; bu sahə üzrə ixtisaslı mütəxəssislərə xüsusi ehtiyac olduğunu nəzərə alaraq müvafiq ali və orta ixtisas təhsil müəssisələrində baramaçılıq fakültələri yaradılmalıdır; baramaçılığın yaxın gələcəkdə inkişafını təmin edən barama tədarükünün ilkin emalı müəssisələri və onların maddi-texniki bazası yaradılmalıdır.

Neron BABAXANOV,
İsmayıl ƏLİYEV,
Bakı Dövlət Universitetinin professorları

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bu gecə Bakı və və Abşeron yarımadasının bəzi yerlərində yağış yağacaq - XƏBƏRDARLIQ

17:35
21 May

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin iyun ayında vətəndaşların qəbulu CƏDVƏLİ

17:32
21 May

WUF13: “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda PANEL  

17:31
21 May

Bakı-Tbilisi marşrutunda bütün siniflər üzrə minimal tariflər açıqlanıb  

17:26
21 May

Nazir: “Yaşanıla bilən Bakı” layihəsi şəhərdə ekoloji mühitin yaxşılaşdırılması baxımından strateji əhəmiyyətə malikdir  

17:21
21 May

“AzerGold” sədri ilə Esvatini Kralı arasında görüş baş tutub

17:19
21 May

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan  

17:15
21 May

Ukrayna səfiri Azərbaycana göstərilən dəstəyə görə təşəkkür edib

17:13
21 May

Azərbaycan və Tacikistan arasında parlamentlərarası əməkdaşlıq güclənir

17:10
21 May

İspaniyalı ekspert: Urbanizasiyaya sürətli keçid lokal təşəbbüsləri aktual edir

17:07
21 May

BMT rəsmisi: WUF13 ölkələrin bir-birinə dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır

16:57
21 May

UNITAR "ASAN xidmət"lə əməkdaşlığı genişləndirir

16:54
21 May

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən və Baş katibin müavini Aydın Cəfərovdan

16:52
21 May

Alissa Bankovska: Evlərin təhlükəsiz şəkildə tikilməsi gələcəkdə yarana biləcək risklər baxımından vacibdir  

16:52
21 May

Azərbaycan nümayəndə heyətinin iştirak etdiyi “EFES – 2026” təlimində “Yüksək Səviyyəli Müşahidəçi Günü” keçirilib  

16:50
21 May

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən

16:49
21 May

Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostindən

16:48
21 May

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifdən  

16:47
21 May

Ombudsman Aparatı ilə AHİK arasında əməkdaşlıq memorandumu imzalanıb

16:46
21 May

Beynəlxalq Miqrasiya Təşkilatının Baş direktorunun müavini Böyük Qayıdış Proqramını yüksək qiymətləndirib  

16:45
21 May

Trinidad və Tobaqo Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Kristin Karla Kanqaludan

16:45
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!