30 Dekabr 2024 09:35
546
CƏMİYYƏT
A- A+
Bakıda Yeni il sehri

Bakıda Yeni il sehri


Yeni ilin bir addımlığındayıq. Çoxlarımızın uşaqlıqdan bəri sevdiyimiz, səbirsizliklə gözlədiyimiz, xüsusi atributları olan bu bayram yeni başlanğıcı simvolizə edir. Bu münasibətlə hər kəs yeni ili sevinclə qarşılamağa hazırlaşır.

Paytaxt Bakının park, meydan və küçələri yeni il atributları ilə bəzədilib. Dənizkənarı Milli Park, İçərişəhər və Fəvvarələr meydanındakı Yeni il hazırlıqları paytaxtın mənzərəsini daha da gözəlləşdirib. Maraqlı kompozisiyalar göz oxşayır, əhvali-ruhiyyəni qaldırır.

Bakıda Yeni illə bağlı əsl bayram havası yaşanan, bayram ovqatlı rəngarəng tədbirlərdən biri də Fəvvarələr meydanında açılmış "Soyuq əllər, isti ürək" xeyriyyə yarmarkasıdır. Artıq 11 ildir ki, Nərgiz fondu tərəfindən yaradılmış yarmarka da bizim üçün əsl bayram atributuna çevrilib desək, yanılmarıq.


Ruhu oxşayan məkan


Böyükdən kiçiyə hər kəsin maraq göstərdiyi yarmarkaya addım atan kimi insan sanki Yeni ilin sehrinə düşür, bayram əhvali-ruhiyyəsinə qapılır. Burada rastlaşdığımız Santa Klaus, qar qız, müxtəlif nağılların qəhrəmanları, sevilən cizgi filmlərinin personajları, animatorlar, musiqiçilər soyuq qış günündə hər kəsi sevindirir.

 "Soyuq əllər, isti ürək" yarmarkasında yeni qurulmuş 64 böyük və 20 balaca ev, 3 ədəd ikimərtəbəli restoran, oyun zonası, fotozona, 4D kinoteatr, qorxu otağı, kiçik köşklər, müxtəlif tematik guşələr, labirint otağı, Santa evi və böyük Yeni il ağacı var. Ərazidə quraşdırılmış iki böyük monitorda yarmarka haqqında ətraflı məlumat və xəritə nümayiş olunur. Qonaqlar məkandakı köşklərdən maraqlı Yeni il hədiyyələri, suvenirlər, kitablar, geyimlər, tematik guşələrə baş çəkə, müxtəlif isti və ya soyuq içkilərdən içə, ləzzətli təamları dada, müxtəlif oyunlar oynaya bilərlər.

Havanın çox soyuq olmasına baxmayaraq, yarmarkaya günün bütün saatlarında böyük maraq var. İnsanlar deyə-gülə şəkillər çəkdirir, Yeni il küknarının başına toplaşıb musiqilərin fonunda söhbətləşir və alış-veriş edirlər. Şam ağacının ətrafında qaçışan uşaqlar, Şaxta baba ilə rəsm çəkdirmək üçün növbə gözləyən balacalar, övladlarının sevincinə baxıb fərəhlənən valideynlər, pavilyonların qarşısında əllərində isti içkilər ilə söhbət edən gənclər insanın ruhunu oxşayır.


Qonaqlı-qaralı köşklər


Köşklərin hər biri qonaqlı-qaralıdır. Hansı köşkə üz tutursansa, böyük sevinclə qarşılanırsan. Yarmarka Yeni ildə insanları bir-birinə daha da yaxınlaşdırıb.

Milli təamları dadmaq üçün köşklərdən birinə yaxınlaşırıq. Buradan gələn dadlı, doğma qoxular insanın iştahasını artırır. Ömrünün 20 ilini mətbəxə həsr etmiş Səmayə Kazımova deyir ki, artıq 3-cü ildir bu stenddə çalışır: "Burada milli təamlar, daha çox müxtəlif növ qutablar hazırlayıram. Məqsədimiz yarmarkaya gələn uşaqlı-böyüklü hər kəsə əsl ana, nənə yeməkləri daddırmaqdır. Bişirdiyim yeməklərə xarici qonaqların da marağı böyükdür. Turistlər bəyəndikləri yeməklərin adlarını, necə hazırlandıqlarını soruşurlar. Azərbaycan kulinariyasında xüsusi yeri olan bu təamları tanıtmaq olduqca qürurvericidir".

Yeni ili hədiyyəsiz, oyuncaqsız təsəvvür etmək mümkün deyil. Diqqətimizi qarşısında xeyli uşağın yığışdığı oyuncaq köşkü çəkir. Yarmarkadakı digər evlərdə olduğu kimi, burada da alıcıların sayı çoxdur. Satıcı Nərmin Həsənzadənin sözlərinə görə, çeşid çox olduğu üçün uşaqlar asanlıqla seçim edə bilir, ürəklərincə olan oyuncaqları tapa bilirlər. Bayram ərəfəsi olduğu üçün daha çox Yeni il məhsullarına üstünlük verilir.

Yarmarkada fəaliyyət göstərməkdə məqsəd yalnız məhsul satmaq deyil, milli və xarici yeməkləri təqdim etmək, bayram əhvalı yaratmaq, həm də yeni firmaları tanıtmaqdır. Tanıtım məqsədilə açılan şirniyyat stendinə yaxınlaşırıq. Köşkün satıcısı Elşən Yarıyev deyir ki, burada ilk dəfədir fəaliyyət göstərirlər: "Yeni məhsul, yeni şirkət olmasına baxmayaraq, alıcıların marağı yüksəkdir. Şirniyyatlarımız türk şeflər tərəfindən hazırlanır. Yarmarkanın müsbət tərəfi odur ki, təamlarda müasirliklə ənənəviliyin ahəngdar əvəzlənməsi var. Hər kəs həm milli, həm də xarici yeməklərdən, şirniyyatlardan dada bilir".


Nağıllar aləmi


Alıcılar da nağıllar aləmini xatırladan, addımlarını atdıqları ilk andan sehrinə düşdükləri yarmarkadakı xidmətlərdən məmnundurlar. Təşkil olunmuş xeyriyyə yarmarkasına yerli vətəndaşlar kimi xarici qonaqların da marağı müşahidə olunur. "Soyuq əllər, isti ürək"də vaxtın necə keçdiyindən xəbər tutmaq olmur.

Yeni il tətili üçün ailəsi ilə birlikdə ölkəmizə gələn qazaxıstanlı Reyhan Canibayeva Bakını, təamlarımızı, insanlarımızın səmimiyyətini çox bəyəndiyini söyləyir: "Uzun müddətdir gəlmək istədiyim Azərbaycana ilk səfərimdir. Son olmayacağından artıq əminəm. Təəssüratım olduqca müsbətdir. Hər şey gözlədiyimdən də yüksək səviyyədədir. Uşaqlarımın təkidi ilə yarmarkaya gəldim. Burada hər şey nağıl kimi möcüzəli və gözəldir". 

Yarmarkada gəzərkən ən böyük növbənin Santa evinin qarşısında olduğunun şahidi oluruq. Uşaqların üzlərindəki təbəssümdən, həyəcan və səbirlə gözləməklərindən Santa Klaus ilə şəkil çəkdirmək üçün necə həvəsli olduqları görünür. Övladları ilə yarmarkaya gələn Cəvahir Qurbanova deyir ki, yarmarkaya gəlmək onlar üçün ənənəvi haldır: "Uşaqlar hər il dekabrın əvvəlindən yarmarkanın açılmasını gözləyirlər. Bu, onlar üçün həm də Yeni ilin carçısıdır. Nə qədər soyuq olsa da, burada həmişə izdiham olur".

Oyuncaq köşkünün yanından keçəndə nənəsi ilə birlikdə həyəcan və sevinclə istədiyini seçən balaca, şirin qızcığaz diqqətimizi çəkir. Adının Məryəm olduğunu öyrəndiyimiz qızcığazın nənəsi Sevinc Abbasova gülərək deyir ki, ilboyu bu yarmarkanın açılmasını gözləyirlər: "Buradakı oyunlar da, yeməklər də Məryəmə bir ayrı zövq verir. Nə evdə, nə də kafe və restoranlarda yemədiyi yeməkləri burada özü seçir. Oyuncaq almadan yarmarkadan çıxdığımızı isə hələ xatırlamıram. Əslində "Soyuq əllər, isti ürək" ilk baxışdan uşaqlar üçün daha maraqlı görünsə də, böyüklər üçün də əyləncəli tərəfləri çoxdur. Bayram boyunca fürsət tapdıqca, yenə gələcəyik".

Yanvarın 15-dək davam edəcək yarmarkada iştirak etməklə hər birimiz həm əfsanəvi qış nağılının parçası olub, həm də dəstəyimizə ehtiyacı olan uşaqlara əsl möcüzə bəxş edə bilərik. Nəcib missiyanı yerinə yetirən "Soyuq əllər, isti ürək" yarmarkası hər il olduğu kimi, bu il də toplanan vəsaiti müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinin qarşılanmasına sərf edəcək. Yarmarka sayəsində ağır xəstəliklərlə mübarizə aparan uşaqlarımız sağlamlıqlarına qovuşacaqlar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!