18 İyun 2025 13:41
506
CƏMİYYƏT
A- A+
Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB  

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir - YENİLƏNİB  


İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra məhkəmə-hüquq islahatlarının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdirilib.

Beynəlxalq konfransın açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov, Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov, Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze çıxış ediblər. Açılış mərasimində daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov və Baş prokuror Kamran Əliyev də iştirak ediblər.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov bildirib ki, məhkəmə islahatlarının davamlılığı, hakimlərin peşəkarlığının artırılması, rəqəmsal transformasiyanın genişləndirilməsi və ictimai etimadın qorunması gələcək fəaliyyətin əsas prioritetlərini təşkil edir: "Bu, davamlı və mərhələli şəkildə aparılmalı olan prosesdir. Dünya inkişaf etdikcə qarşımıza yeni çağırış və tələblər çıxır. Bu baxımdan gələcəyin məhkəmə sistemi yalnız hüquqi islahatlarla deyil, həm də texnoloji inkişafla güclənəcək. Süni intellekt, rəqəmsal texnologiyalar və avtomatlaşdırma sahələrindəki yeniliklər məhkəmə proseslərini daha sürətli, şəffaf və ədalətli aparmaq üçün böyük imkanlar yaradacaq. Virtual məhkəmələr, videokonfranslar və elektron imzalar vasitəsilə hüquqi xidmətlərə daha geniş çıxış təmin ediləcək və nəticədə daha əlçatan bir məhkəmə sistemi qurulacaq. Bu imkanlar məhkəmələrin daha effektiv olmasına, hakimlərin iş yükünün azalmasına, qərarların daha çevik qəbuluna şərait yaradacaq və məhkəmə sisteminin fəaliyyətini daha da təkmilləşdirəcək. Davamlı islahatlar, atılan addımlar vətəndaş məmnunluğunun artmasına hesablanıb. Çünki Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində məhz vətəndaş dayanır, yəni dövlətin bütün fəaliyyəti vətəndaşların rifahını, hüquqlarını və həyat şəraitini yaxşılaşdırmağa yönəlib".

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov çıxışında bildirib ki, bu il Azərbaycanda məhkəmə hakimiyyətinin idarəedici funksiyalarını həyata keçirən Məhkəmə-Hüquq Şurasının yaradılmasının 20 illiyi qeyd olunur: "2005-ci ildə bu qurumun formalaşdırılması ilə ölkəmizdə məhkəmə hakimiyyətinin inkişafı, onun idarəolunmasının institusional əsaslar üzərində qurulması yeni mərhələyə qədəm qoyub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı və Prezident İlham Əliyevin davam etdirdiyi geniş hüquq islahatları çərçivəsində Məhkəmə-Hüquq Şurasının fəaliyyəti daha da gücləndirilib, məhkəmə sistemində səmərəli tənzimləmə mexanizmləri tətbiq olunub. Eyni zamanda, müasir dövrdə məhkəmə idarəçiliyi artıq yalnız inzibati funksiyaların icrası ilə məhdudlaşmır, əksinə, ədalət mühakiməsinin keyfiyyəti, şəffaflığı və ictimai etimadın formalaşdırılmasında mühüm vasitə kimi çıxış edir. Bildiyiniz kimi, 2025-ci il Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunub. Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dövlət təsisatlarının, o cümlədən məhkəmə hakimiyyəti orqanlarının fəaliyyətinin bərpası prosesini xüsusi vurğulamaq istərdim. Bu proses Azərbaycanın suverenliyinin real təcəssümüdür və əminəm ki, bu sahədə görülən işlər də uğurla başa çatdırılacaq. Azərbaycan Respublikası məhkəmə-hüquq sistemini daha da təkmilləşdirmək əzmindədir. Bu yolda əsas hədəf ədalət mühakiməsinin səmərəliliyinin və keyfiyyətinin hərtərəfli artırılmasıdır. İnanıram ki, bugünkü beynəlxalq tədbir məhkəmə idarəçiliyində qabaqcıl təcrübənin paylaşılması, fikir mübadiləsinin aparılması və gələcək əməkdaşlıq üçün məhsuldar zəmin yaradacaq", - deyə Fuad Ələsgərov vurğulayıb.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov bildirib ki, son illərdə Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra islahatlar keçirilib: "Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən, 2023-cü ildən etibarən Məhkəmə-Hüquq Şurası əsasən hakimlər tərəfindən formalaşır və şura hazırda hakimliyin yeganə özünüidarəetmə orqanıdır. Eyni zamanda, məhkəmə-hüquq sistemində növbəti islahatların keçirilməsi ilə bağlı Prezident İlham Əliyevin 3 aprel 2019-cu il tarixli Fərmanı öz aktuallığını saxlamaqdadır. Fərmanın preambulasında deyilir ki, müasir dövrün tələblərinə cavab verən, yüksək nüfuza malik ədalət mühakiməsinin formalaşdırılması prosesini sürətləndirmək məqsədilə məhkəməyə müraciət imkanları genişləndirilməli, məhkəmə fəaliyyətində şəffaflıq artırılmalı, icraatın effektivliyi yüksəldilməli, qərarların tam və vaxtında icra edilməsi təmin olunmalı, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün əlavə tədbirlər gücləndirilməlidir. Bu çağırışlar hazırda da Məhkəmə-Hüquq Şurası üçün aktualdır”.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycanda məhkəmə sistemində çox işlər görülüb. "Bütün dünyada qəbul olunmuş pospulatdır ki, məhkəmə sistemi insan hüquq və azadlıqlarının qorunmasının ən mühüm müxanizmlərindən biridir. Bu, bütün dünyada qəbul olunub. Azərbaycanda məhkəmə sisteminin formalaşması, təşkili və fəaliyyət prinsipləri Konstitusiyamızda təsbit olunub. Hesab edirəm ki, ötən illər ərzində bu sahədə çox işlər görülüb, proseslər bu gün də davam edir. Mən vaxtilə Məhkəmə-Hüquq Şurasının üzvü olmuşam. Deyə bilərəm ki, məhkəmələrdə qərarlar qanunun tam ciddiyyəti ilə qəbul olunur. Bununla yanaşı, Azərbaycanda məhkəmə fəaliyyətinin tam yüksək səviyyədə həyata keçirilməsi üçün normal şəraitin yaradılması da olduqca vacib məsələdir. Məsələn, bu gün heç kimə sirr deyil ki, məhkəmələrin yükü həddindən artıq çoxdur. Bu baxımdan hakim korpusunun artırılması normal fəaliyyət göstərilməsinə təsir edəcək. Bu proseslərin şəffaf olması qanunçuluq prinsiplərinə əməl edilməsində əhəmiyyətli rol oynaya bilər", - deyə Ziyafət Əsgərov bildirib.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov diqqətə çatdırıb ki, ölkəmizdə məhkəmə islahatlarının uğurla inkişafı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, xüsusilə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi hər birimizi sevindirir: "Məhkəmə-Hüquq Şurasının tərkibində hakimlərin rolunun daha da genişləndirilməsi, onların demokratik yolla Hakimlərin Konfransı tərəfindən seçilməsi, bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması, hakimlərin seçimi prosesinin daha da təkmilləşdirilməsi xüsusi məmnuniyyət doğurur. Əminəm ki, Məhkəmə-Hüquq Şurası İnam Kərimovun rəhbərliyi ilə qarşıda duran mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və daha da inkişafına layiqli töhfəsini verəcək".

Gürcüstan Ali Məhkəməsinin sədri Nino Kadagidze vurğulayıb ki, məhkəmə şuraları məhkəmə sisteminin idarəedilməsinə cavabdeh olan müstəqil orqan kimi mühüm rol oynayır. Bu şuraların vəzifəsi yalnız təyinatlara, karyera yüksəlişlərinə və digər məsələlərə nəzarət etmək deyil, həm də məhkəmə sistemini kənar təsirlərdən qorumaqdadır. "Məhkəmə şuraları məhkəmələrin gərəksiz təzyiqlərdən asılı olmadan müstəqil fəaliyyət göstərmələrinə təkan verir. Müasir dünyada məhkəmə sisteminin müstəqilliyi ilə bağlı tələblər artır. Siyasi və texnoloji inkişaf məhkəmə institutlarına təzyiq göstərə bilər. Bu kimi hallar isə məhkəmə şuralarının rolunu daha da artırır və aktuallaşdırır", - deyə o bildirib.

Açılış mərasiminin sonunda Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov "Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 20 illiyi (2005–2025)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

M.Y.Zabelinin 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında

01:44
19 Mart

Küveytdə qabaqlayıcı tədbirlər: İş saatları azaldılır, məsafədən təhsil tətbiq edilir  

00:56
19 Mart

Daş Salnamə Muzeyində “Çərçivədən kənar” adlı inklüziv incəsənət sərgisi açılıb  

23:35
18 Mart

Prezident İlham Əliyevin sosial media hesablarında Novruz bayramı ilə bağlı paylaşım edilib VİDEO  

23:04
18 Mart

Alena Əliyeva Novruz yarmarkasını ziyarət edib  

21:28
18 Mart

Tərtər rayonunun Kəngərli kəndində 200-ə yaxın ailəyə texniki su xətti çəkilib  

20:46
18 Mart

Ağalıda və Məmmədbəylidə Novruz festivalı və sərgi-satış yarmarkası təşkil edilib  

20:31
18 Mart

Misir enerjiyə qənaət rejiminə keçir, məsafədən iş sisteminin tətbiqi gündəmdədir  

19:55
18 Mart

Nazir müavini: IV kurs tələbələrinin XİN strukturlarında təcrübəyə cəlb olunması genişləndirilir 

19:27
18 Mart

Məsud Pezeşkian İranın kəşfiyyat nazirinin həlak olması xəbərini təsdiqləyib  

19:08
18 Mart

Gürcüstanın yeni Katolikos-Patriarxı məlum olub

19:01
18 Mart

Prezident İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub YENİLƏNİB

18:55
18 Mart

Əhalinin gəlirləri açıqlanıb

18:43
18 Mart

İrandan İraqa qaz tədarükü tamamilə dayandırılıb

18:41
18 Mart

Çin şirkəti Azərbaycanla yeni investisiya imkanlarının qiymətləndirilməsində maraqlıdır  

18:31
18 Mart

Sənayedə qeyri-dövlət sektorunun payı 79,5 faiz olub  

18:23
18 Mart

DSX: Hərbi hissələrdə Novruz bayramı qeyd olunur

18:16
18 Mart

Sahibə Qafarova Gürcüstan parlamentinin sədrinə başsağlığı verib  

18:09
18 Mart

İncəsənət məktəblərinin mövcud vəziyyəti və inkişaf perspektivləri Milli Məclisdə ictimai dinləməyə çıxarılıb  

17:53
18 Mart

Kənd təsərrüfatı məhsullarının istehsalı 1,2 faiz artıb

17:49
18 Mart

Yanvar-fevral ayları ərzində Azərbaycanda hər bir istehlakçı ayda 635 manat xərcləyib  

17:41
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!