20 May 2025 15:03
326
CƏMİYYƏT
A- A+
Bakıda GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının açılış mərasimi keçirilib – YENİLƏNİB

Bakıda GLOBE Şəbəkəsinin 6-cı Plenar iclasının açılış mərasimi keçirilib – YENİLƏNİB

Mayın 20-də Bakıda BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin Korrupsiyaya qarşı Mübarizə üzrə Hüquq-Mühafizə Orqanlarının Qlobal Əməliyyat Şəbəkəsinin (GLOBE Şəbəkəsi) 6-cı Plenar iclasının açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin iclas iştirakçılarına müraciəti oxunub. Müraciəti Baş prokuror Kamran Əliyev təqdim edib.

Tədbirdə çıxış edən Baş prokuror bildirib ki, Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi edib, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksəksəviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub: "Azərbaycan GLOBE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir. Bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə bu ölkənin korrupsiyaya qarşı mübarizə orqanı olan “Nazaha” təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk".

Sonra "Dəyərləri rəhbər tutaraq dürüstlüklə idarə olunur - Azərbaycanın korrupsiyaya qarşı mövqeyi" adlı videoçarx nümayiş etdirilib.

Ardınca BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin (UNODC) Korrupsiya və İqtisadi Cinayətlər Şöbəsinin rəhbəri Bricit Strobel-Şou çıxış edərək deyib: “Bu gün korrupsiyaya qarşı mübarizəyə sadiqliyimizi buradan vurğulayırıq. Korrupsiya sərhəd tanımır, qanunvericiliyin boşluqlarında gizlənir. Əməkdaşlıq isə ən güclü şəbəkədir. Buna görə də korrupsiyanın qarşısını almaq üçün hər şeyi etməliyik. Bizim bu sessiyalar zamanı bilikləri bölüşmək imkanımız yaranacaq. Burada, həmçinin qanunvericilik prioritetlərini müəyyən edə bilərik. Bu platforma müvafiq orqanlar arasında əlaqələrin qurulması üçün vacibdir".

Səudiyyə Ərəbistanı Krallığının Nəzarət və Korrupsiyaya qarşı Mübarizə Qurumunun prezidenti Mazin Bin İbrahım Əl-Kahmus bildirib ki, sərhədlərarası korrupsiya cinayətləri ilə mübarizə yalnız bütün dünyada korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının BMT-nin GLOBE Şəbəkəsinin çətiri altında birgə və həmrəy fəaliyyəti ilə mümkün ola bilər. Onun sözlərinə görə, son illərdə şəbəkənin üzvlərinin genişləndirilməsi və müxtəlif beynəlxalq platformalarda potensialının artırılması istiqamətində səylər artırılır: “Bu, xüsusilə BMT-nin Korrupsiyaya qarşı mübarizə Konvensiyasına tərəfdar dövlətlər konfransının qərarları, həmçinin G20 liderləri və İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin verdiyi siyasi bəyanatlar vasitəsilə özünü göstərir. Fürsətdən istifadə edərək, şəbəkənin üzv dövlətlərini üzv olmayan ölkələri tez bir zamanda qoşulmağa təşviq etməyə və onun faydalarından tam şəkildə yararlanmağa çağırıram".

Öz çıxışında bu gün qarşıda mühüm məsələlərin müzakirəsinin dayandığını diqqətə çatdıran GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədr müavini Boni de Moraes Soares fikirlərinə belə davam edib: "Növbəti günlərdə GLOBE Şəbəkəsinin nailiyyətləri barədə düşünəcəyik. Qeyd etməliyəm ki, GLOBE Şəbəkəsinin sənədlərində ümumi sadiqliyimiz əks olunur”.

B.Moraes Soares GLOBE Şəbəkəsi üçün birbaşa, sürətli şəkildə, maneələr olmadan əməkdaşlığın aparılmasının vacibliyini vurğulayaraq, əlaqələrin daha da gücləndirilməsinə çağırış edib.

GLOBE Şəbəkəsinin İdarəetmə Komitəsinin sədri Nasser Abaalkail isə qeyd edib ki, korrupsiya sərhəd tanımırsa, bu, bizim ədalət prinsiplərinə sadiqliyimizi daha da gücləndirməlidir. Bildirilib ki, 2021-ci ilin iyununda təsis olunduqdan sonra GLOBE Şəbəkəsi dünyanın hər bir regionunda olan müvafiq orqanları bir araya gətirib: "Hamımızın qarşısında duran məqsəd eynidir. Əməkdaşlığımız korrupsiyadan daha güclü olmalıdır. Birgə gedilən yol son illərdə çox gözəl nəticələr verir. Şəbəkəmizə həm təcrübə aparanlar, həm də digər mütəxəssislər qoşulub. Qarşımızda aydın əməliyyat məqsədi var idi. Sürətlə işlərimizi apararaq hərtərəfli şəkildə əlaqələr quraq və qərarlar qəbul edək. Bu gün biz yolumuzu davam etdiririk. Növbəti günlər ərzində yeni imkanları nəzərdən keçirəcəyik. Biz baxacağıq ki, innovasiya və texnologiya işimizi hansı şəkildə gücləndirə bilər, ölkələrdə yaşayan vətəndaşlar korrupsiyadan necə qurtula bilər və mübarizə hansı şəkildə aparılmalıdır, oğurlanmış vəsaitlər necə qaytarılmalıdır, bu işlər cəmiyyət üçün hansı real nəticə verməlidir? Beynəlxalq əməkdaşlıq daha sürətli və effektiv şəkildə necə aparıla bilər? Gündəliyə nəzər salsaq görə bilərik ki, orada zəmanəmizin reallığı əks olunub. Korrupsiyanın özü də adaptasiyaya uğrayır. Onda biz də bunu etməliyik. Süni intellekt, sürətli maliyyə tranzaksiyaları və ortaya çıxan iri cinayət növləri. Bütün bunlar uzaqda duran bir çağırış deyil, onlar bu günün reallığıdır. Texnologiya, vəsaitlərin qaytarılması və beynəlxalq hüquqi əməkdaşlıq kimi mövzular ətrafında müzakirələrdə seçim olmalı deyil. Biz hər zaman bir addım öndə olmalıyıq".

Açılış mərasimdən sonra Plenar iclasın gündəliyi qəbul edilib.

Qeyd edək ki, tədbirdə 92 ölkədən 120-dən çox dövlət qurumu, o cümlədən 21 prokurorluq, 53 müstəqil antikorrupsiya qurumu və 16 beynəlxalq təşkilatdan ümumilikdə 300-dən artıq nümayəndə fiziki, 60-dan artıq iştirakçı isə onlayn formatda iştirak edir. Tədbirə müxtəlif ölkələrin hüquq-mühafizə orqanlarını təmsil edən 50-yə yaxın rəhbər vəzifəli şəxslər qatılıb. Əsas mövzusu “Korrupsiyaya qarşı mübarizədə yeni texnologiyalar və süni intellektin tətbiqi imkanları” olan Plenar iclasda korrupsiya nəticəsində əldə edilmiş vəsaitlərin müsadirəsi, əldə olunmuş aktivlərin birbaşa bərpası, maliyyə əməliyyatlarında şübhəli əməliyyatların dayandırılması, cinayət prosesində bank hesablarının sürətli dondurulması üzrə beynəlxalq əməkdaşlıq, korrupsiyaya qarşı mübarizədə ictimai maarifləndirmə və digər altmövzular üzrə panel, sessiya və paralel tədbirlərdə 100-dən artıq çıxış nəzərdə tutulur. Eyni zamanda, Plenar iclas çərçivəsində Azərbaycan Respublikası Prokurorluğunun təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar, habelə ölkəmizin COP29-a sədrliyi ilə bağlı ekoloji hüquqpozmalara qarşı mübarizə ilə bağlı xüsusi sessiya və paralel tədbirlər də keçiriləcək. Bundan başqa, tədbirdə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi və qarşılıqlı əməkdaşlığa dair memorandumların imzalanması planlaşdırılır.

Beynəlxalq tədbir mayın 23-dək davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!