18 Avqust 2026 11:10
176
CƏMİYYƏT
A- A+
Bakıda axşam konsertləri davam edir

Bakıda axşam konsertləri davam edir


Xəbər verildiyi kimi, bir həftə bundan əvvəl Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin birgə təşkilatçılığı ilə paytaxt sakinlərinin asudə vaxtlarının daha səmərəli təşkili məqsədilə açıq hava konsertlərinə start verilib. Ötən həftənin sonu yenidən paytaxtın dörd rayonunda sakinlərin və şəhərin çoxsaylı qonaqlarının sevimli istirahət yerlərindən olan parklarda axşam konsertləri keçirilib.

Budəfəki konsert proqramları Xətai rayonundakı "Nizami Gəncəvi" parkında, Nərimanov rayonunda "Gənclik" metro stansiyasının yaxınlığındakı parkın amfiteatrında, Yasamal rayonunun Meşə parkında, Nizami rayonundakı Heydər Əliyev və Mərkəzi Nəbatat parklarında təşkil edilib. Konsert proqramlarının təşkil edildiyi park və bağlar paytaxt sakinlərinin ən çox üz tutduğu istirahət məkanları sırasındadır. Burada insanların asudə vaxtlarını rahat və mənalı keçirməsi üçün hər cür şərait yaradılıb. Geniş yaşıllıq zolaqları, istirahət guşələri və uşaq əyləncə meydançaları bu məkanları hər yaşdan olan ziyarətçilər üçün cəlbedici edir. Gün ərzində uşaqlar bu ərazilərdə oynayır, ailələr piknik edir, gənclər və yaşlı nəslin nümayəndələri isə təmiz hava və sakit mühitdən zövq alaraq dincəlirlər. Bu parklar minlərlə sakinin sevimli görüş və istirahət ünvanına çevrilib.

Peşəkar və gənc ifaçıların, musiqi qruplarının bir araya gəldiyi konsertlərdə estrada, xalq və klassik musiqi nümunələri, eləcə də müxtəlif instrumental ifalar səsləndirilib. Rəngarəng repertuarlar, canlı ifalar və xoş atmosfer parklara üz tutan sakinlərə unudulmaz axşam yaşadıb.

İfaçıların çıxışları tamaşaçılar tərəfindən maraq və alqışlarla  qarşılanıb. Sakinlər, xüsusilə konsertdə iştirak edən müxtəlif yaş qruplarına aid uşaqlar, gənclər xoş musiqilərin sədaları altında rəqs ediblər. Axşam konsertləri gələn həftənin şənbə günü də təşkil ediləcəkdir.


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DSMF 7 ayda müavinət və təqaüdlərə 1,3 milyard manatdan çox vəsait ayırıb

12:00
18 Avqust

“Bavariya” Harri Keynlə müqaviləni yeniləmək üçün danışıqlar aparır

11:36
18 Avqust

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

11:34
18 Avqust

Azərbaycanın pambıq ixracı 31,4 faiz artıb

11:32
18 Avqust

Bərpaolunan enerjidə küləyin payı sürətlə artır

11:30
18 Avqust

BTC kəməri ilə 14,8 milyon ton neft nəql edilib

11:26
18 Avqust

Moskva vilayətində 150-dən çox PUA vurulub, üç nəfər xəsarət alıb

11:11
18 Avqust

DİN: Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb

11:10
18 Avqust

Bakıda axşam konsertləri davam edir

11:10
18 Avqust

Neft qiymətləri iyulun sonundan bəri ən yüksək səviyyəyə çatıb

11:09
18 Avqust

Hər yay susuzluqdan əziyyət çəkirik

11:07
18 Avqust

Əmirəli kişinin əməl dünyası

11:05
18 Avqust

Avtobus xəttinin uzadılması işimizi Asanlaşdırardı

11:00
18 Avqust

Daş küçələrdə yaşayan tarix və sənətkarlıq

10:55
18 Avqust

Sağlam cəmiyyət nümunəsi ailədən başlayır

10:50
18 Avqust

Sakinlərimizin müraciəti nəticəsiz qalmadı

10:48
18 Avqust

Misin qiyməti bu il 13 faizdən çox artıb

10:46
18 Avqust

DİM: İndiyədək 70 mindən çox abituriyent ixtisas seçimi edib

10:45
18 Avqust

Hər qarışı qəhrəmanlıq olan torpaq

10:41
18 Avqust

Salyanlı 20 məzun 600-dən çox bal toplayıb

10:34
18 Avqust

Ötən ayların nəticələrini qazaxlı fermerlər üçün uğurlu hesab etmək olar

10:27
18 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!