26 Avqust 2018 05:08
541
İQTİSADİYYAT
A- A+
Bakı parklar, bağlar şəhəridir

Bakı parklar, bağlar şəhəridir

 

Yay aylarında məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün kimi ölkəmizin bölgələrində təbiətin qoynunda istirahət mərkəzlərinə, kimi sanatoriya və müalicəxanalara, kimisi xarici ölkələrə, uzaq şəhərlərə gedir. 

Bəs yayın bu qızmar günlərində ailə qayğıları və ya işi ilə əlaqədar Bakıdan çıxa bilməyənlər isti günləri yola vermək üçün nə edirlər? İşdən sonra istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da deyək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də xarici ölkələrdən Bakıya gələnlərin sayı gedənlərdən qat-qat çoxdur. Xatırladaq ki, bugünədək Azərbaycana istirahətə gələn yerli və xarici ölkə vətəndaşlarının sayı iki milyondan, Bakıya gələnlər isə bir milyondan çox olmuşdur. Çünki Bakı və onun ətraf qəsəbələri gündən-günə gözəlləşir, abadlaşır, insanların sosial şəraitinin hərtərəfli təmini və istirahətlərinin mənalı keçməsi üçün lazımi infrastruktur yaradılır. Hələ qədimdən Bakının gəzməli, görməli, nəfəs dərməli yerlərindən söhbət düşəndə ilk növbədə Xəzərin mirvari boyunbağısı adlandırılan sahil bağı - Bakı bulvarı yada düşür. Yüz ildən yuxarı yaşı olan 3,5 hektarlıq bu bağ son 3-4 il ərzində genişləndirilərək 16 hektara çatdırılıb. Mövzumuzu davam etdirmək üçün yolumuzu Yeni bulvardan salırıq. Görülən iş, yaradılan şərait göz oxşayır. Buraya gəzintiyə gələnlərlə tanış olduğumuz ailələrdən biri də Günəşli qəsəbəsinin sakini, ali dərəcəli həkim-kardioloq Həsən Məmmədovun və onun köhnə bakılılardan hesab olunan, 20 ildən artıq Avropada - Avstriyanın Vyana şəhərində yaşayan qonağı, vaxtilə Əhmədli qəsəbəsində yaşamış Füzuli bəy oldu. O, özünün dediyi kimi, həyat yoldaşı Pərvanə xanım, qızları Lalə, Cənnət, nəvələri Rəhimə və Atəşlə Bakıda qonaqdırlar. “İstirahətinizi neçə keçirirsiniz” sualına əvvəl Həsən Məmmədov cavab verdi:
- Bir həftədən çoxdur qonaqlarla birlikdə Qubada, Qəçrəşdə, Nabranda, Qubanın Qımıl Qazma və Varlı kəndlərində olmuşuq, gəzmişik, əylənmişik. Amma harada olmuşuqsa, hey deyiblər, sabah gedək Bakıya. İki gündür qayıtmışıq, Yeni bulvar bizə çox yaxındır, demək olar ki, hər gün günortadan sonra bura gəzməyə, uşaqları əyləndirməyə çıxırıq. Bu cür şərait mənim üçün rahat və sərfəlidir.
20 il bundan əvvəl Bakıdan Avstriyaya köçən köhnə bakılılar Füzulu bəy və Pərvanə xanım bugünkü Bakının gözəlliyindən, füsunkarlığından ağızdolusu danışdılar. Şəhərin görməli yerlərini mobil telefonla çəkdiklərini göstərdilər. Sonda Füzuli dedi:
- Bundan sonra hər il yay aylarını ailəliklə Bakıya gələcəyimizi, Qubada, Qusarda, Gəncədə yox, məhz Bakıda dincələcəyimizi qərara almışıq. Çox ölkələrdə olmuşam, Bakı doğrudan da çox gözəldir.
Bakını gözəlləşdirən, onu belə ürəyəyatımlı edən son illər şəhərdə aparılan möhtəşəm quruculuq işləri, ətraf qəsəbələrdə yaradılmış 49-dan çox yeni salınmış, 87-dən çox əsaslı təmir olunmuş mədəniyyət və istirahət parkı, istirahət guşələridir. Azərbaycan Prezidenti İlham Əliyev paytaxtın Yasamal rayonunun Mətbuat prospektində yeni salınan parkda yaradılan şəraitlə tanış olarkən demişdir: “Son illər ərzində Bakı şəhərində bir çox parklar, ictimai yerlər, istirahət guşələri yaradılmışdır. İndi Bakı parklar, bağlar şəhəridir”.
Artıq bu parklar, bağlar Bakı sakinlərinin və qonaqların əsl istirahət məkanına çevrilmişdir. Yeni parklardan birində - Heydər Əliyev Sarayının arxasından Akademik Milli Dram Teatrına qədər uzanan park-fəvvarə kompleksində olduq. Günün qüruba gedən çağı parka gələnlərin ardı-arası kəsilmir, əksəriyyəti də, hiss olunur ki, yaxınlıqdakı binalarda yaşayan sakinlərdir. Yaxınlaşıb xan çinarın kölgəsində oturacaqda əyləşmiş Samir Mustafayevlə həmsöhbət olduq. O dedi:
- Hər il bu vaxtlar məzuniyyətimi bir az Gürcüstanda, sonra da Yesentukidə keçirirdim. Amma bu il getdim ata-baba yurdum Qusara. Bir həftə orada dincələndən sonra Bakıya qayıtmalı oldum. Vallah, məni qınamayın, bəlkə yaşlaşmışam, ona görə belə deyirəm, əvvəlki vaxtlara baxanda, indi Bakıda istirahət etməyə, dincəlməyə o qədər yer, elə qəşəng şərait var ki, heç xərc çəkib evindən-eşiyindən olmağa dəymir. İstilər düşəndən, demək olar, hər gün səhər də, axşam da bu bağa gəlirəm. Bir çox ölkələrdə, şəhərlərdə olmuşam. Amma Bakıda salınan parklar, yaşıllıqlar, istirahət guşələri gördüklərimdən qat-qat üstündür. Bu parkda yaradılan səliqə-sahman, dekorativ kollar, qol-budaq atmağa başlayan çinarlar, müasir işıqlandırma sistemi, oturacaqlar göz oxşayır. Lazım gələndə uşağa bir stəkan sərin su içirməyə, yeri gələndə pürrəngi çay içməyə, uşaqların gəzintisini daha maraqlı etməyə əyləncə yerləri var. Bunlar valideynlərin uşaqlarla birgə gəzintisi və istirahəti üçün çox vacib şərtlərdəndir.
Rusiyada, Uzaq Şərqdə yaşayan, son 30 ildə ilk dəfə Bakıya səfər edən Mehman Həsənovla Zabitlər parkında görüşdük. Bura şəhərin ən köhnə parklarından biridir, alman faşizminə qarşı döyüşlərdə həlak olan əsgərlərin xatirəsinə Böyük Vətən müharibəsi illərində salınıb. Müharibədən sonra bu parka iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun adı verilib. Əsaslı yenidənqurmadan sonra Zabitlər parkı 2011-ci ildə yenidən açılıb.
Dörd hektar sahəsi olan Zabitlər parkının siması tamamilə dəyişib. Burada orijinal işıqlandırma sistemi, əzəmətli daş fəvvarə və bürünc heykəllər qoyulub: fikrə dalan şahmatçı öz gedişini planlaşdırır, yaxud çayxana girişində gülərüz çayçı qonaqları salamlayır. Fəvvarənin yaxınlığında, oturacaqların birində bürüncdən hazırlanmış fotoqraf əks olunub. Bir az aralıda bir qız yoldan ötənlərə çiçək satır. Başqa bir qız isə “xana-xana” oynayır, ondan arxada bir dəstə uşaq əl-ələ verərək coşqun rəqs ritmində donub. Parkda 700 kvadratmetr sahəsi olan qapalı buz meydançası, görünüşü və orijinal dizaynı ilə diqqəti cəlb edən qeyri-adi “Buz” kafesi var...
Mehman Həsənov bunlara işarə edərək dedi:
- Mən Bakının bir neçə istirahət parkında - Rixard Zorgenin adını daşıyan parkda, Dədə Qorqud bağında, Heydər Əliyev Mərkəzinin ətrafında yaradılan parkda olmuşam. Elə bil dünyanın hansısa başqa şəhərindəyəm, köhnə parkları tanıya bilmədim, təzə parklar isə lap möcüzədir. Bu, mənim 20 il əvvəl gördüyüm Bakı deyil. Burada hər şey dəyişib, yollar, binalar da, parklar və xiyabanlar da. Şəhərdəki quruculuq işləri məni heyran etdi. Boş vaxtlarımı, istirahətimi bu gözəl parklarda və gəzinti yerlərində keçirirəm. Çoxlu şəkillər və videoçəkiliş etmişəm, aparıb orada həmyerlilərimizə göstərəcəyəm. Xabarovskda məni tanıyanların çoxuna gələn il istirahətə və ya turist gəzintisinə Bakıya gəlmələrini məsləhət görəcəyəm.
Mehman müəllimin ailə üzvləri - həyat yoldaşı Xanım, qızı Zərifə, oğlanları Əhməd və Murad da Bakının müxtəlif yerlərindən, Dənizkənarı bulvardan, İçərişəhərdən, köhnə “Sovetski” ərazisində aparılan abadlıq və quruculuq işlərindən heyranlıqla danışdılar. Bakının ətraf qəsəbələrində də bu mənzərənin şahidi olmaq mümkündür. Binəqədi rayonunun Biləcəri qəsəbəsindəki mədəniyyət-istirahət parkı buna bariz nümunədir. Park altı il əvvəl əsaslı bərpa və yenidənqurmadan sonra istifadəyə verilib. Prezident
İlham Əliyevin Bakıətrafı kənd və qəsəbələrdə abadlıq və quruculuq işlərinə dair verdiyi tapşırıqların icrası ilə əlaqədar yenidən qurulan bu parkda yerli arxitektura elementlərini özündə əks etdirən Mədəniyyət Mərkəzinin binası yenidən tikilib. Sovetlər dönəmində Dəmiryolçular parkı kimi tanınan bu bağ da sakinlərin rahat istirahəti üçün lazımi avadanlıqla təchiz edilib. Parka axşamçağı gələnlər daha çox olur. Gəzinti iştirakçılarından qızı Elnarə, bacısı Şəfiqə, nəvəsi Yusif və qonşuları ilə parka dincəlməyə gələn Biləcəri qəsəbəsinin sakini, pensiyaçı Rəfiqə Əsgərova ilə həmsöhbət olduq. O dedi:
- Mən uşaqlıqdan Biləcəridə yaşamışam, dəmiryolçu ailəsində böyümüşəm, atam gəncliyindən maşinist-sürücü işləyib, yaxşı işinə görə dəfələrlə Zaqafqaziya Dəmir Yolları İdarəsi (sovet dönəmində belə adlanırdı) tərəfindən mükafatlara, orden və medallara layiq görülüb, Bakının fəxri dəmiryolçularından olub. Elə parkın yaxınlığındakı dəmiryolçular binasında yaşayırıq. Həyətimizin sakinləri, xüsusilə vaxtilə dəmir yolu sistemində çalışmış insanların ailələri bu parkı öz həyətləri, bağ yerləri bilirlər. Qonşularımdan eləsi var ki, oğlunun, ya qızının Xəzərsahili ərazilərdə bağ yeri var. İnanırsınız, onların çoxu istirahət üçün bu parka üstünlük verir. Qollu-budaqlı ağacların kölgəsi, rahat oturacaqlar, sakitlik, hər yan gül-çiçək, havası da yüngül və təmiz. Bir azdan müasir işıqlandırma sistemi parkın gecəsini gündüzə çevirəcək.
Sağ olsun dövlət başçısı, onun tapşırığı ilə bu park beş-altı il öncə başdan-başa yenidən qurulub, belə gözəl, rahat şərait yaradılıb. Bu gün Biləcəri qəsəbəsində 76 mindən çox əhali yaşayır, onların qəsəbədə gedəcəkləri yeganə istirahət yeri buradır. Ərazisi 4 hektar olan bu istirahət məkanında, gördüyünüz kimi, geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilib. Burada 20 min kvadratmetrlik ərazidə yerli şəraitə uyğun müxtəlif ağac və gül kolları əkilib. Yaşıllaşdırılan ərazidə avtomatik suvarma sistemi və fəvvarə quraşdırılıb, idmanın müxtəlif növləri ilə məşğul olmaq üçün süni örtüklü meydança yaradılıb.
Rəfiqə xanımın qonşusu, pensiyaçı, əməkdar müəllim Əntiqə Nəbiyeva, əmək veteranı Bülbül Məmmədov, Şəfiqə Əsgərova, Tahirə Ağayeva, Sevda Əliyeva, Aydın Əsgərov, Şahin və Gülşən İbayeva və başqaları “Bakı parkları əsl istirahət yeridir, buranı qoyub uzaq şəhərlərə nə gəzməyə, nə istirahətə getməyə, nə də yersiz xərcə düşməyə dəyməz” dedilər.

Rəhman SALMANLI,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!