Bakı Novruzu büsatla qarşılayır
Yurdumuza bahar gəlir. Fəsillərin tacı, təbiətin nazlı gözəli Bahar... Şəhərdə, kənddə, eldə-obada, hər evdə-ocaqda böyükdən-kiçiyə hamı neçə vaxtdır yazın gəlişini gözləyir, baharı qarşılamağa hazırlaşır. Bahar, yaz deyəndə ilk növbədə Novruz yada düşür.
Baharın, yazın sinonimidir Novruz.
Xalqımızın bahar sevgisinin, yaz sevincinin rəmzidir Novruz.
İndi evlərdəki, ailələrdəki bahar əhvali-ruhiyyəsi, xoş ovqat böyük bir ümumxalq bayramına, el şənliyinə qovuşmaqdadır. Novruz hər kənddə, hər bölgədə fərəhlə qeyd olunmaqdadır. Dağlarımızın başından, meşələrimizin ətəklərindən, bağlarımızın yanından keçib gələn, bulaqlarımızın zümzüməsini, çaylarımızın, şəlalələrimizin şaqraq səsini, bənövşələrin və novruzgüllərinin ətrini özü ilə gətirən bahar Bakıya addımlayır.
Paytaxt şəhərimizdə Novruzun Azərbaycan torpağına qədəm basması təntənə ilə qeyd ediləcək, əsl büsata çevriləcək. Novruz şənliklərinin mərkəzi isə qədim, nağıllı-əfsanəli İçərişəhərdən başlayaraq dünyanın ən əsrarəngiz bulvarlarından, parklarından birinin salındığı Xəzər sahilinədək uzanacaq.
İndi bu böyük şənliyin məşqi gedir. Keçəl, kosa, rəqqaslar, aşıqlar, Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş el sənətkarları öz məharət və sevinclərini xalqa necə çatdıracaqlarını bir daha götür-qoy edir, sınaqdan keçirirlər. İnsanlara daha çox sevinc və zövq bəxş etmək üçün ciddi hazırlaşırlar. Çünki Novruzu nə qədər şən və firavanlıqla qarşılasan, il də o qədər uğurlu və xeyir-bərəkətli olar.
Foto Ağaəli MƏMMƏDOVUNDUR,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Blinken yenə İsrailə gedir
27 Aprel
"Hizbullah"ın vacib simalarından biri öldürülüb
27 Aprel
Helikopter qəzası: Ölənlər var
27 Aprel
Azərbaycan Qırğızıstana neft məhsulları tədarük edəcək
27 Aprel
Rusiyada “Krokus Siti Holl”da terror aktı ilə bağlı 12-ci şübhəli həbs edilib
27 Aprel
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
27 Aprel
Dördqat Avropa çempionu: Tarixi uğurları və yeni rekordları sevirəm
27 Aprel
Ümummilli Lider Heydər Əliyevin doğum günü münasibətilə 1300-dən çox müxtəlif növ ağac əkilib...
27 Aprel
Dövlət Neft Fondu “Tesla” və “İntel” şirkətlərinin səhmlərini alıb
27 Aprel
“Dəniz Komando Təməl kursu”nun buraxılış mərasimində qazaxıstanlı hərbçilər də iştirak ediblər...
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!