01 Aprel 2020 23:04
832
CƏMİYYƏT
A- A+
Baharın addımlarına səpilən qar

Baharın addımlarına səpilən qar

Bahar gözəlliyi ilə digər fəsillərdən fərqlənir. Göydə uçan quşlardan tutmuş yaşıllığa çevrilən boz çöllər səmənın yerə göndərdiyi ən böyük səxavətdir. Gözəllik adlı bu var-dövlət yağışın, küləyin, qarın qarşısında həmişə öz ecazkarlığı ilə önə keçir.

Yaz başlayandan sanki göylər yerə öz nurunu səpməyə tələsmirdi. Onsuzda bütün qış boyu quraqlıqdan yerdə, göydə bezmişdi. Böyüklərdən tutmuş uşaqlara qədər ötən qışın qarsızlığına təəssüflənərək fəsli başa vurdular. Bir yandanda bu karona virus bəlası.

Şəhər yerində hər şeyə əməl etmək üçün müəyyən bir dairə mövcuddu. Dağ adamlarının bu mənzərəni necə qarşılayacağı özü bir etap təşkil edir.

İstiləşən havalar boz ay boyunca bir birinin ardınca çərşənbələri qova-qova Baharın pişvazına çıxdı. Torpağın köksündə Od qalanmış, Yel Suyu dalğalandırdı. Göyərən tumurcuqlar bənövşənin, nərgizin rəqslərini süzə-süzə həyata vəsiqə qazandı. Təpədən dırnağa hər şey dəyişdi. Axar sular aşıb daşdı, qaranlıq dərələr yaşıllaşdı, gecələr qısalıb ömrünü gündüzə bağışladı.

İqlim dəyişikliyinə artıq insanlar alışıb. İkincidə qardıda, nə vaxt istəsə yağar da. Amma yağmaq zamanı başını «atıb» yatan qış baharın gözəlliyindən, sakitliyindən istifadə etmək istəyib. Martın son günü təbiəti ilə seçilən Qubanın bəzi kəndləri ağ örpəyə bürünüb. Yaşıl səmənliyə bənzəyən torpağa qar necədə yaraşır, İlahi!. Baharın ətəyinə tökülən qar dənələri dağların papağını qaytarıb özünə. Rayonun Xınalıq, Qrız, Cek kəndlərinə hündünlüyü 3-12 santimetr arasında qar yağıb. Bütün qış fəsli boyunca bir neçə dəfə qar yağan ərazilərdə fevralın əvvəlindən bəri quraq şərait üstünlik təşkil edirdi. Zirvədə topalanan qar sanki, -mənsiz yaz olmaz!, deyir. Bir az geciksəmdə mənsiz nə bahar, nə gözəllik. Sübh günəşinin şəfəqlərinin çarpaz şölələndiyi qarlı zirvə öz ruzi-bərəkətini dörd bir yana yaymaqdadır. Yerlərin göylərə təşəkkürünü çatdıran qaranquşlar, göyərən otlar, ötüşən bülbüllər, nazını əridən buludlar da bu Baharın gözəlliyindən söhbət açır sanki:

Əzizim qəmə düşdüm
Sənsiz aləmə düşdüm.
Gördüm o gül üzünü
Nə gözəl dəmə düşdüm.

Amma bu qarın insanlara gətirdiyi sevincin əksi təbiətə vurduğu zərərdi. Qubanın Gültərə kəndində yaşayan əli daim torpaqda olan Nuru Qarayev bildirir ki, əkilən çərdəkli meyvələrin çiçəkləndiyi bir zamanda yağan qar onların barını əlindən ala bilər. Gilas, albalı, şaftalı ərik kimi meyvələrə bu zaman yağan qarın vurduğu zərdə onu yetişdirən insanlara təəssüf hissi yaşadır.Arılara da bu qarın yağmağı yaxşı təsir göstərmir. Martın sonlarından çiçəklərdən şirə çəkən arılar bir neçə gündə öz iş prosedurlarının pozulması nəticəsində pətəkdən çoxunun ayrı düşməsinə, bal toplamına mane olur.

Amma nə etmək olar, Allahın işinə kim qarışa bilib ki. Nə qədər qar yağsada, tempratur aşağı düşsədə unutmayaq ki, qışın ömrü bitib. İrəlidə bizi ruzulu, bərəkətli günlər gözləyir.

Akif ƏLİYEV, 
«Azərbaycan»

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!