28 Noyabr 2026 00:58
184
Nazirlər Kabineti
A- A+
“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə


№ 395


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 21 oktyabr tarixli 1274 nömrəli Sərəncamının 2.1.1-ci, 2.1.3-cü yarımbəndlərinin və 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun Əsasnaməsi” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi üç ay müddətində:

2.1. “Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 avqust tarixli 489 nömrəli Fərmanının 3.7-ci bəndinə uyğun olaraq, “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun işçilərinin say həddini (ştat vahidlərini) və strukturunu Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla təsdiq etsin;

2.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 749 (Cild I); 2024, № 7, maddə 910; 2025, № 3, maddə 267, № 7, maddə 709; 2026, № 9, maddələr 957, 974, 982; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 2 oktyabr tarixli 320 nömrəli və 15 oktyabr tarixli 342 nömrəli qərarları) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın “I. Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinin “7. Dövlət qoruqları, muzey tipli müəssisələr” hissəsinə aşağıdakı məzmunda 7.24-cü bənd əlavə edilsin:

“7.24. “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu”.

4. “Azıx mağarasının Azərbaycan SSR Elmlər Akademiyasının qoruğu elan edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1969-cu il 21 aprel tarixli 158 nömrəli Qərarı ləğv edilsin.


Əli Əsədov,

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 27 ” “ noyabr ” 2026-cı il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə "TotalEnergies EP Absheron B.V.", "SOCAR Absheron" və "ADNOC InternationalProjectCo 1 RSC Limited" şirkətləri arasında dəyişdirilmiş və yeni redaksiyada tərtib olunmuş Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə

01:19
28 Noyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nda, 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda və 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nda dəyişiklik edilməsi haqqında

01:05
28 Noyabr

“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:58
28 Noyabr

İndoneziya numayendeler  

23:07
27 Noyabr

Premyer Liqa: “Neftçi” “Zirə”ni məğlub edib

21:19
27 Noyabr

Bakıda “Soyuq Əllər, İsti Ürək” xeyriyyə yarmarkası açılıb

20:22
27 Noyabr

Rusiyada “İskəndər” ballistik raketləri üçün yanacaq istehsal edən zavoda zərbə endirilib  

19:59
27 Noyabr

Zelenski: Bu gün müvəqqəti işğal olunmuş ərazilərdən, həmçinin Rusiyadan uşaqlar Ukraynaya qayıdırlar  

19:23
27 Noyabr

Azərbaycan-Qətər münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub  

19:14
27 Noyabr

Özbəkistan nümayəndə heyəti SOCAR-ın fəaliyyətinin müxtəlif istiqamətləri ilə tanış olub  

19:07
27 Noyabr

Azərbaycan ilə BMT arasında yaşıl keçid istiqamətində birgə fəaliyyət imkanları nəzərdən keçirilib  

18:59
27 Noyabr

Slovakiyanın Baş prokuroru Milli Məclisdə olub

18:43
27 Noyabr

Azıx mağarasının ikinci girişində yeni mədəni təbəqələr aşkar edilib 

18:37
27 Noyabr

Səhiyyə naziri Lənkəranda vətəndaşların müraciətlərini dinləyib

18:19
27 Noyabr

MDB ölkələri Moskvada əmək miqrasiyasını və qarşılıqlı investisiyaları müzakirə ediblər 

17:41
27 Noyabr

Pekində Çinin Elektrik Enerjisinin Planlaşdırılması və Mühəndislik İnstitutu ilə əməkdaşlığın genişləndirilməsi dəyərləndirilib  

17:36
27 Noyabr

Daha 13 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

17:21
27 Noyabr

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında olublar  

17:18
27 Noyabr

Rusiyadan Azərbaycana qanunsuz dərman gətirilməsinin qarşısı alınıb

17:11
27 Noyabr

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

17:07
27 Noyabr

Cəbrayıl rayonu ərazisinə 10 baş ceyran buraxılıb

17:05
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!