№ 394
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 dekabr tarixli 572 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 2, maddə 126 (Cild I); 2024, № 1, maddə 122, № 5 (II kitab), maddə 583, № 9, maddə 1050; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2026-cı il 28 oktyabr tarixli 362 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın 4.10-cu (ikinci halda) və 5.2-ci bəndlərinə “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 24 may tarixli 75 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 5, maddə 391 (Cild I); 2024, № 12 (II kitab), maddə 1455; 2026, № 4, maddə 371) ilə təsdiq edilmiş “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.9-cu bəndin ikinci abzasına ikinci halda “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin;
2.2. 5-ci hissə üzrə:
2.2.1. 5.3-cü bəndin birinci cümləsinə ikinci halda “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin;
2.2.2. 5.40.4-cü yarımbəndə birinci halda “yerli” sözündən sonra “(regional)” sözü əlavə edilsin.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 19 dekabr tarixli 404 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2025, № 12 (II kitab), maddə 1249) ilə təsdiq edilmiş “Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 2.1-ci bəndində “Xəzinədarlığı” sözü “Xəzinədarlıq” sözü ilə əvəz edilsin.
Əli Əsədov,
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 26 noyabr 2026-cı il