31 May 2025 16:06
1657
Elm və texnika
A- A+
Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi-praktik seminar təşkil olunub

Azıx mağarasında tədqiqatlarla bağlı beynəlxalq elmi-praktik seminar təşkil olunub

Arxeologiya və Antropologiya İnstitutunun təşkilatçılığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının əsas binasında “Azıx mağarasının tədqiqində yeni mərhələ: bəşəriyyətin qədim tarixinin rekonstruksiyası üçün müasir geoarxeoloji üsullar” mövzusunda beynəlxalq elmi-praktik seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a verilən məlumata görə, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirdi ki, azad edilmiş ərazilərdə birbaşa dövlət rəhbərliyinin dəstəyi ilə aparılan arxeoloji araşdırmalar sırasında Azıx mağarasında müasir elmin tələblərinə cavab verən tədqiqatlar xüsusi önəm daşımaqdadır. “Danimarkanın Orhus Universiteti ilə imzalanmış əməkdaşlıq barədə razılaşmanın müddəalarına uyğun olaraq 2023-cü ildən etibarən fəaliyyət göstərən beynəlxalq arxeoloji ekspedisiya Azıx mağarasında müxtəlif elmlərin fövqündə arxeometrik tədqiqatlara başlamışdır. Bu ekspedisiyanın əsas məqsədi qədim məskəndən qeyri-üzvü və üzvü nümunələrin götürülməsi və nümunələrin müxtəlif istiqamətli analizlərə cəlb edilməsidir. Bu analizlər nəticəsində Qarabağ ərazisində paleolit dövründəki ekoloji durum, iqlim, erkən insanlar, onların həyat tərzi, qidalanması və sair istiqamətlər üzrə məlumatlar əldə ediləcək. Bu tədqiqatlara paralel olaraq biz azad edilmiş ərazilərdə gələcəkdə müxtəlif çeşidli laboratoriyalar şəbəkəsinin yaradılmasını planlaşdırmışıq. İştirakçısı olduğumuz beynəlxalq elmi-praktik seminarda aparılmaqda olan tədqiqatların mahiyyəti və ilkin nəticələri barədə məlumat veriləcək”, - deyə F.Quliyev vurğulayıb.

Danimarka, Norveç və Almaniyadan olan alimlərdən ibarət beynəlxalq ekspedisiyanın Azərbaycan tərəfindən həmrəhbəri İnstitutun aparıcı elmi işçisi Azad Zeynalovun “Azərbaycanda paleolitin öyrənilmə tarixi barədə” mövzusunda təqdimatı maraqla dinlənilib. A.Zeynalov Azərbaycanda paleolit düşərgələrinin axtarış mərhələlərindən, faktiki olaraq respublikamızda paleolit arxeologiyasının əsasını qoymuş mərhum Məmmədəli Hüseynovun 60-cı illərdə Qarabağın Quruçay və Köndələnçay çayları sahillərində apardığı arxeoloji kəşfiyyat işlərindən, çoxtəbəqəli Azıx və Tağlar paleolit düşərgələrini kəşf etməsindən, həmrəhbəri olduğu beynəlxalq arxeoloji ekspedisiyanın gördüyü ilkin işlərdən danışıb.

“Azıx mağarası - homininlərin təkamülü və ətraf mühit dəyişikliklərinin salnaməsi” mövzusunda çıxış edən beynəlxalq elmi ekspedisiyanın Danimarka tərəfindən həmrəhbəri olan Orhus Universitetinin (Aarhus University) Geologiya Elmləri Departamentinin professoru Mads Faurschou Knudsen Azıx mağarasının elmi əhəmiyyəti barədə söz açıb. Professor radiokarbon (14C), Optik Stimullaşdırılan Lüministsen (OSL) və Kosmogenik radionukleid (CRN) tarixlənmə analizlərinin mahiyyəti barədə məlumat verib. O bildirib ki, homininlərin inkişaf etmiş növləri 4,2 milyon il əvvəl Afrikada yaranıb və dinamik dəyişikliklərlə Avrasiyaya yayılıb. Avrasiya xəttində Azıx mağarası zəncirin xüsusi halqasını təşkil edir.

Norveçin Oslo Universitetinin professoru, arxeoloq David Keith Wright “Biomarker yanaşması – bu metod bizə Azıx mağarasındakı insan məskunlaşmaları haqqında nə deyə bilər?” mövzusunda təqdimatla çıxış etdi. Onun və Orhus Universitetinin Geologiya elmləri departamentinin dosenti xanım Rachel Lupien ilə birgə hazırladığı təqdimatın əsas mahiyyəti Azıx mağarası və ümumiyyətlə, paleolit dövrü təbəqəsində biomarkerlərin (kimyəvi birləşmələrin) aşkar edilməsi və analizi barədə tədbir iştirakçılarını məlumatlandırmaq idi. Belə ki, biomarkerlər keçmiş qədim biocoğrafi və ətraf mühit şəraitini müəyyən etməyə və müəyyən dərəcədə insan fəaliyyətini anlamağa imkan yaradır.

Kopenhagen Universitetinin, Globe İnstitutunun Palaeoproteomiks analiz laboratoriyasının rəhbəri, dosent Frido Welkerin “Qədim zülal analizləri vasitəsilə insan təkamülünün öyrənilməsi” mövzusunda təqdimatı da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Dosent çıxışında zülallardan ibarət canlı orqanizmlərin qalıqlarının identifikasiya metodlarından söz açıb. Bildirib ki, aşkar edilmiş sümük fraqmentlərinin zülal analizi onun hansı canlıya məxsus olması, yaşı, cinsi, qidalanma rasionu və sair istiqamətlər üzrə məlumatlar verə bilər.

Daha sonra mühazirəçilər iştirakçıların suallarını cavablandırıblar.

Tədbirdə iştirak edən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva qeyd edib ki, Azıx mağarasında tapılmış qədim homininin qadın olması da simvolik məna daşıyır. Beynəlxalq əməkdaşlıq çərçivəsində aparılan arxeoloji və arxeometrik tədqiqatlar daim dövlət rəhbərliyinin, aidiyyəti dövlət orqanlarının və Mədəniyyət Nazirliyinin diqqətindədir.

AMEA Arxeologiya və Antropologiya İnstitutunun professoru, tarix elmləri doktoru Hidayət Cəfərov Azərbaycan arxeologiyasının XX əsrdə keçdiyi yoldan, əldə etdiyi uğurlardan və arxeoloqlarımız qarşısında duran vəzifələrdən danışıb.

Sonda Arxeologiya və Antropologiya İnstitutunun direktoru Fərhad Quliyev bildirib ki, Almaniyanın Leibniz Arxeologiya Mərkəzi (LEIZA) ilə bağlanmış əməkdaşlıq barədə razılaşmaya əsasən bu ilin avqust ayında Azıx mağarası ərazisində 2024-cü ildə tədqiqatlara başlamış həmin mərkəzlə birgə beynəlxalq arxeoloji ekspedisiya da fəaliyyətini davam etdirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!