17 Avqust 2026 16:59
185
DÜNYA
A- A+
Azı 7 zəvvar həlak olub, 19 zəvvar yaralanıb

Azı 7 zəvvar həlak olub, 19 zəvvar yaralanıb


Hindistanın Bihar ştatındakı məbəddə baş verən izdihamda faciə baş verib. Elektrik dirəyinin insanların üzərinə düşdüyü barədə şayiələrdən sonra ərazidə təşviş yaranıb.

Hindistanın şərqindəki Bihar ştatındakı bir hindu məbədində yaranan basabasda ən azı 7 nəfər ölüb, 19 nəfər yaralanıb. Hadisə bazar ertəsi səhər tezdən Lakhisarai rayonundakı Aşok Dham məbədində baş verib. Müqəddəs Şravana ayında 50 minə yaxın dindar hindu tanrısı Şivaya qurban kəsmək üçün toplaşıb.

Rayon administrasiyasının başçısı Şailendra Kumar AFP agentliyinə bildirib ki, məbədin içərisindəki insanların üzərinə elektrik dirəyinin düşdüyü barədə şayiələrin yayılmasından sonra təşviş yaranıb. Digər məlumatlara görə, təşviş elektrik cərəyanı vurması qorxusundan əmələ gəlib. Kumar qeyd edib ki, iki qatarın bir-birinin ardınca gəlməsi məbəddəki zəvvarların sayının kəskin artmasına səbəb olub. Daha sonra insanlar qaçmaq istəyərkən hasarın bir hissəsi uçub. "Vəziyyət artıq nəzarət altındadır", - deyə Kumar bildirib və yaralıların sayının 19 nəfər olduğunu əlavə edib. Yerli medianın məlumatına görə, izdihamda çoxlu qadın olub; həlak olanlardan ən azı dördünün 44-55 yaş arası qadın olduğu müəyyən edilib.

Bihar ştatının baş naziri Samrat Çudhari hadisəni ürək ağrıdan faciə adlandırıb və bütün qurbanların ailələrinə 400 min rupi (4180 ABŞ dolları) təzminat ödəniləcəyini açıqlayıb.  Nazir Vijay Kumar Sinha fəlakətin səbəblərinin araşdırılacağını deyib.

Ölkənin Baş naziri Narendra Modi də qurbanların ailələrinə başsağlığı verib və yerli hakimiyyət orqanlarının zərərçəkənlərə yardım göstərdiyini bildirib.

Hindistanda dəfələrlə böyük dini toplantılar zamanı izdihamla bağlı faciələr yaşanıb. 2024-cü ildə Uttar Pradeş ştatında dini toplantıda 120-dən çox insan həlak olmuşdu. 


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni sülh və kommunikasiya gündəliyinin kəsişdiyi məkan

17:45
17 Avqust

Azı 7 zəvvar həlak olub, 19 zəvvar yaralanıb

16:59
17 Avqust

ABŞ Cənubi Koreya ilə təlimlərini azaltmaq qərarına gəlib

16:48
17 Avqust

Yeddi ayda Bakı-Tbilisi-Ərzurum kəməri ilə 13,3 milyard kubmetr qaz ixrac edilib

16:25
17 Avqust

2020-ci ildən bəri Avropada 624 hidrogen layihəsi qeydə alınıb

16:21
17 Avqust

ANAMA: Ötən həftə 132 mina aşkarlanaraq zərərsizləşdirilib

15:55
17 Avqust

Rəsədxana: Avqustun 17-18-də zəif geomaqnit qasırğası gözlənilir

15:27
17 Avqust

Avropada qaz anbarlarının doluluq nisbəti 60,8 faizdir

15:26
17 Avqust

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur  

15:09
17 Avqust

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi, təhlükəsizlik arxitekturasının əsasını təşkil edir 

15:03
17 Avqust

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar

14:50
17 Avqust

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

14:45
17 Avqust

Şəhid ailələri Qarabağa səfər ediblər

14:40
17 Avqust

Donald Tramp Məkkə Birgə Müdafiə Sazişini dəstəkləyib

14:38
17 Avqust

Çin yeni peykini orbitə çıxarıb

14:36
17 Avqust

“Ferrari”nin ilk elektrikli modeli hərracda rekord qiymətə satılıb

14:34
17 Avqust

“Meta” sosial şəbəkələrdə yeniyetmələr üçün köklü dəyişikliklərlə üz-üzədir

14:32
17 Avqust

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

14:30
17 Avqust

Hindistanda rəqəmsal ödəniş modelləri dəyişir

14:28
17 Avqust

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

14:25
17 Avqust

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

14:23
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!