17 Avqust 2026 15:09
82
SİYASƏT
A- A+
Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur 

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur 


Prezident İlham Əliyevin Naxçıvana səfəri və Azərbaycan Televiziyasına verdiyi müsahibə Naxçıvanın gələcək inkişaf strategiyasına dair mühüm mesajlarla yadda qaldı. Səfər çərçivəsində təqdim olunan layihələr, verilən tapşırıqlar və müəyyənləşdirilən yeni hədəflər göstərir ki, Naxçıvan qarşıdakı illərdə Azərbaycanın sosial-iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik siyasətində daha mühüm mövqeyə malik olacaq.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Onun sözlərinə görə, Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindəndir. Əlahiddə Ordunun müasir hərbi texnika və yeni komando qüvvələri ilə daha da gücləndirilməsi Azərbaycanın milli təhlükəsizliyinə və dövlət suverenliyinə verilən əhəmiyyətin göstəricisidir.

“Səfərin mühüm nəticələrindən biri Naxçıvan Sənaye Parkının təməlinin qoyulması oldu. Parkda yeni istehsal sahələrinin yaradılması, investisiyaların cəlb edilməsi və əlavə iş yerlərinin açılması Naxçıvan iqtisadiyyatının şaxələndirilməsinə və sənaye potensialının genişləndirilməsinə mühüm imkanlar yaradacaq. İqtisadi inkişafın davamlılığının təmin edilməsində enerji infrastrukturu da mühüm rol oynayır. Bu baxımdan 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası Naxçıvanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsi ilə yanaşı, gələcəkdə əlavə enerji istehsalı və ixracı imkanlarının formalaşdırılmasına xidmət edəcək. Bununla yanaşı, günəş və su elektrik stansiyalarının, eləcə də enerji saxlanc sistemlərinin yaradılması bərpaolunan enerji potensialından daha səmərəli istifadəyə şərait yaradacaq”, - deyə deputat əlavə edib.

F.Yıldırım bildirib ki, Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə nəqliyyat bağlantısının bərpası regionun gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə Horadiz–Ağbənd avtomobil yolunun tamamlanması, dəmir yolu layihələrinin sürətlə həyata keçirilməsi və Naxçıvan dəmir yolunun yükdaşıma imkanlarının artırılması ölkəmizin ardıcıl siyasətinin mühüm tərkib hissəsidir. Bu baxımdan Zəngəzur dəhlizi də yalnız nəqliyyat marşrutu kimi deyil, regionun iqtisadi və kommunikasiya imkanlarını genişləndirəcək strateji bağlantı layihəsi kimi qiymətləndirilməlidir. Dəhliz çərçivəsində dəmir yolu və avtomobil yolları ilə yanaşı, enerji və fiber-optik xətlərin yaradılması nəzərdə tutulur ki, bu da onun regional nəqliyyat əlaqələri ilə yanaşı, enerji və kommunikasiya infrastrukturu baxımından da əhəmiyyətini artırır. 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar isə bu istiqamətdə mühüm tarixi mərhələ kimi dəyərləndirilə bilər.

“Təbii ki, Naxçıvanın inkişafı yalnız iqtisadi və infrastruktur layihələri ilə məhdudlaşmır. Sosial obyektlərin yaradılması, yeni yolların salınması, ictimai nəqliyyatın yenilənməsi, DOST və “ASAN xidmət” imkanlarının genişləndirilməsi, uşaq bağçalarının tikintisi və digər layihələr insanların rifahının yaxşılaşdırılmasına xidmət edir. Kənd təsərrüfatı və su təminatı ilə bağlı layihələr regionun iqtisadi potensialından daha səmərəli istifadəyə imkan verəcək, turizm infrastrukturunun inkişafı isə Naxçıvanın zəngin tarixi və mədəni irsinin daha geniş şəkildə tanıdılmasına şərait yaradacaq. Bu baxımdan tarixi-mədəni irsin qorunması xüsusi əhəmiyyət daşıyır. Möminə xatun türbəsinin bərpası, Əcəmi Naxçıvaninin irsinin yaşadılması və digər tarixi abidələrin mühafizəsi Naxçıvanın zəngin keçmişinin gələcək nəsillərə çatdırılması baxımından mühüm addımlardır. Birinci xanım Mehriban Əliyevanın milli-mədəni irsin qorunması istiqamətində həyata keçirdiyi layihələr də Azərbaycanın tarixə və mədəniyyətə yüksək ehtiramının bariz nümunəsidir. Beləliklə, Naxçıvanda həyata keçirilən sosial, iqtisadi və mədəni layihələr regionun hərtərəfli inkişafını təmin etməklə yanaşı, onun özünəməxsus tarixi və mədəni simasının qorunmasına da xidmət edir”, - deyə deputat vurğulayıb.

Onun fikrincə, Prezident İlham Əliyevin Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun vahid inkişaf konsepsiyası əsasında inkişaf etdirilməsi ilə bağlı yanaşması ölkənin müxtəlif bölgələrinin potensialının bir-biri ilə əlaqələndirilməsi baxımından strateji əhəmiyyət daşıyır. Bu yanaşma həmin ərazilər arasında iqtisadi, enerji və nəqliyyat əlaqələrinin gücləndirilməsinə, vahid inkişaf məkanının formalaşdırılmasına imkan yaradır. Bu çərçivədə Naxçıvan qarşıdakı illərdə sənaye, enerji, logistika, kənd təsərrüfatı və turizm sahələrində mövcud potensialını daha geniş şəkildə reallaşdıra bilər. Bunun üçün həyata keçirilən layihələr, ardıcıl investisiya siyasəti və dövlətin strateji yanaşması Naxçıvanın yeni inkişaf mərhələsinin əsasını formalaşdırır. Prezident İlham Əliyevin səfəri də bir daha göstərdi ki, Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvan Azərbaycanın gələcək inkişaf xəritəsində xüsusi yer tutur 

15:09
17 Avqust

Naxçıvanın müdafiə, enerji və logistika dayanıqlığının gücləndirilməsi, təhlükəsizlik arxitekturasının əsasını təşkil edir 

15:03
17 Avqust

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının adından istifadə olunmaqla kiberdələduzluq edən şəxslər saxlanılıblar

14:50
17 Avqust

Səfir: Prezident İlham Əliyevə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsini təqdim etməkdən məmnunam

14:45
17 Avqust

Şəhid ailələri Qarabağa səfər ediblər

14:40
17 Avqust

Donald Tramp Məkkə Birgə Müdafiə Sazişini dəstəkləyib

14:38
17 Avqust

Çin yeni peykini orbitə çıxarıb

14:36
17 Avqust

“Ferrari”nin ilk elektrikli modeli hərracda rekord qiymətə satılıb

14:34
17 Avqust

“Meta” sosial şəbəkələrdə yeniyetmələr üçün köklü dəyişikliklərlə üz-üzədir

14:32
17 Avqust

“Bir sıra dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 599 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi barədə

14:30
17 Avqust

Hindistanda rəqəmsal ödəniş modelləri dəyişir

14:28
17 Avqust

Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

14:25
17 Avqust

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında

14:23
17 Avqust

Cənubi Koreyada güclü yağışlar torpaq sürüşməsinə səbəb olub

14:22
17 Avqust

Belçikada meşə yanğını şiddətlənib

14:20
17 Avqust

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı şəhid olmuş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının və mülki işçisinin 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında

14:19
17 Avqust

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında

14:17
17 Avqust

Almaniyada anomal quraqlıq ağacları məhv edir

14:15
17 Avqust

2026-cı ildə miqrantlar üçün ən yaxşı ölkələr bəlli olub

14:13
17 Avqust

Estetik prosedurların cavanlaşdırıcı təsirinə elmi şübhələr yaranıb

14:11
17 Avqust

Səudiyyə Ərəbistanının Cazan bölgəsində həyəcan siqnalı qısa müddətdən sonra ləğv olundu  

14:08
17 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!