01 İyun 2026 13:41
166
İQTİSADİYYAT
A- A+
Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz dövrü başlayıb

Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz dövrü başlayıb


bp şirkəti Azəri-Çıraq-Günəşli (AÇG) yatağının işlənməsi layihəsinin operatoru olaraq AÇG tərəfdaşları – “SOCAR”, “MOL”, “INPEX”, “ExxonMobil”, “TPAO” və “ONGC Videsh” – adından bu gün elan edib ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən AÇG yatağında sərbəst təbii qaz (STQ) hasilatı əməliyyatları başlanıb.

bp-dən AZƏRTAC-a bildirilib ki, bununla da dünyanın ən böyük neft yataqlarından biri olan AÇG ilk kommersiya qaz hasilatı əməliyyatlarına başlayır.

Mövcud Qərbi Çıraq platformasında qazılmış ilk STQ quyusu AÇG-nin irihəcmli sərbəst təbii qaz ehtiyatları potensialının açılması istiqamətində atılan ilk mühüm addımdır. İlkin hasilatla yanaşı, bu quyu lay-kollektor və axın haqqında vacib məlumatlar əldə edilməsini təmin etməklə, gələcək tammiqyaslı işlənmə planları üçün qaz ehtiyatlarının qiymətləndirilməsinə kömək edir.

AÇG yatağının STQ ehtiyatlarının iri həcmdə - təxminən 4 trilyon kubfut çıxarıla bilən ehtiyatlar və bunun da 6 trilyon kubfutadək artmaq imkanı olduğu düşünülür.

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli deyib: “Bu gün Azərbaycan və AÇG tərəfdaşları üçün çox böyük bir gündür. AÇG-nin uzun və uğurlu bir tarixi var. Artıq 30 ilə yaxın neft hasil edən bu yataq indi də yeni səhifə açmaqla ölkə və öz investorları üçün dəyər gətirmək potensialını hələ də saxlayır.

Neftlə yanaşı, qaz hasilatı dövrünü başlamaqla AÇG indi inteqrasiya olunmuş həm neft, həm də qaz yatağı kimi xüsusi bir mövqeyə malik bir yataq olaraq regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi istiqamətində səylərini dəstəkləyəcək”.

AÇG yatağında ilk STQ hasilatı əməliyyatları ötən il qazılmış və hazırda hasilatda olan neft laylarının altında yerləşən iki prioritet STQ layını – daha dayaz Qırmakıüstü Qumlu və daha dərin Qırmakıaltı Qumlu lay dəstlərini hədəfləyən ilk hasilat quyusunda başlanıb. Quyu Qırmakıüstü Qumlu lay dəstində qaz ehtiyatlarının mövcudluğunu təsdiqləyib, Qırmakıaltı Qumlu lay dəstində isə yüksək təzyiqli qaz ehtiyatlarının mövcudluğunu aşkar edib.

İlk STQ hasilatı əməliyyatları Qırmakıaltı Qumlu lay dəstində başlanıb və ilkin dövr hasilatı olmaqla yanaşı, həmçinin quyuda və lay dəstində sınaq işlərinin aparılmasını da əhatə edir.

Quyudan hasil edilən qaz və kondensat, neft və qaz işlənməsi sistemlərinin inteqrasiyası yolu ilə mövcud AÇG infrastrukturundan istifadə etməklə Səngəçal terminalına göndəriləcək ki, bu da mövcud dəniz obyektlərindən səmərəli istifadə üçün imkan yaradır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi: Azərbaycanda Ebola xəstəliyinin yayılması riski aşağı qiymətləndirilir  

15:36
01 İyun

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşindən

15:32
01 İyun

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçkodan

15:31
01 İyun

Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının başçısı Rəşid Temrezovdan

15:30
01 İyun

Xankəndidə 1 İyun aksiyası - 310 uşaq həkim nəzarətindən keçdi

15:28
01 İyun

Azərbaycan mətbuat tarixinin nadir incisi "Evraqi-nəfisə" nəşr olundu

15:16
01 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib  

15:05
01 İyun

Kaya Kallas: Aİ ABŞ-İran münaqişəsinin həllinə töhfə verməyə hazırdır  

15:04
01 İyun

Azərbaycanın və Gürcüstanın müdafiə nazirləri əməkdaşlığın yeni perspektivləri barədə fikir mübadiləsi aparıblar  

15:03
01 İyun

Azərbaycan nümayəndə heyəti NATO Parlament Assambleyasının növbəti yaz sessiyasında iştirak edir  

15:00
01 İyun

Prezident İlham Əliyev Azadlığa Dəstək Aktına 907-ci düzəlişin dayandırılması müddətinin uzadılması ilə bağlı memoranduma görə Donald Trampa təşəkkür edib 

14:52
01 İyun

Paytaxtda 21 min 384 uşaq məktəbəhazırlıq qruplarını başa vurub

14:51
01 İyun

İsrail Livanın cənubundakı 9 yaşayış məntəqəsinin sakinlərinə təxliyə çağırışı edib

14:25
01 İyun

Esvatini Krallığının Baş naziri Rassel Mmiso Dlaminidən

14:24
01 İyun

Litva Respublikasının Prezidenti Gitanas Nausedadan

14:23
01 İyun

Komitə sədri: Ötən il 176 uşaq bioloji ailələrinə reinteqrasiya olunub

14:20
01 İyun

Bakı Enerji Həftəsində Azərbaycan–Qırğızıstan enerji tərəfdaşlığının perspektivləri nəzərdən keçirilib

14:19
01 İyun

Ötən ay 284 mina və 1537 partlamamış digər hərbi sursat zərərsizləşdirilib  

14:15
01 İyun

Sabah səhər şimal və qərb rayonlarından başlayaraq, havanın bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir  

14:14
01 İyun

Bahar Muradova: 2025-ci ildə ölkədə 96 mindən çox doğum qeydə alınıb

13:43
01 İyun

Azəri-Çıraq-Günəşli yatağının sərbəst təbii qaz dövrü başlayıb

13:41
01 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!