08 Noyabr 2025 09:30
453
CƏMİYYƏT
A- A+
"AzərEnerji" "İşığın qayıdışı" adlı Zəfər tədbiri keçirib

"AzərEnerji" "İşığın qayıdışı" adlı Zəfər tədbiri keçirib


"AzərEnerji" ASC Böyük Zəfərin 5 illiyi münasibətilə respublikanın bir sıra bölgələrində - Mingəçevir, Naxçıvan, Qarabağ və digər ərazilərdə silsilə tədbirlər təşkil edib, şəhidlərin məzarı ziyarət olunub. Zəfər ruhunu əks etdirən bu tədbirlərin əsas mərhələsi Səhmdar Cəmiyyətin Baş İdarəetmə Kompleksində yerləşən 500 nəfərlik Energetiklərin Mədəniyyət Mərkəzində baş tutub.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin birdəqiqəlik sükutla anılması ilə başlayıb. Ardınca Prezident İlham Əliyevin tapşırığı əsasında "AzərEnerji" tərəfindən azad edilmiş ərazilərdə son beş ildə görülmüş işlərə həsr olunmuş "İşığın qayıdışı" filmi nümayiş olunub.

"AzərEnerji" ASC-nin sədri Baba Rzayev tədbirdə çıxış edərək Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycanın otuz ilə yaxın işğal altında olan torpaqlarını azad etməsi, Şuşada üçrəngli bayrağımızın dalğalanması xalqımızın ən şanlı tarix səhifələrindən biridir. Böyük Zəfərdən keçən 5 il ərzində görülən quruculuq işlərindən danışan Baba Rzayev bildirib ki, cənab Prezidentin tapşırığı ilə "AzərEnerji" ASC də bu müqəddəs missiyada iştirak edib. - "Müharibə bitdikdən sonra cənab Prezidentin energetiklərə verdiyi tapşırıq, dəqiq və aydın idi - azad edilən əraziləri ən qısa zamanda enerji ilə təmin etmək və bu torpaqları 100 faiz "yaşıl enerji" zonasına çevirmək. Bu gün artıq bütün azad edilmiş rayonlarda Azərbaycan işığı yanır. Cəmi beş il ərzində "AzərEnerji" tərəfindən 12 yerdə 330 və 110 kilovoltluq yarımstansiyalar inşa edilib, 1000 kilometrdən çox ötürmə xətti çəkilib, bölgənin dairəvi enerji təchizatı sistemi qurulub. Bundan əlavə, rəqəmsal idarəetmə mərkəzləri yaradılıb və müasir innovativ texnologiyalar tətbiq olunub".

Baba Rzayevin sözlərinə görə, dövlət başçısının tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 307 meqavat olan 38 su-elektrik stansiyası tikilib. Onların sırasında 42 meqavatlıq "Zəngilan SES"-lər silsiləsi və 22,5 meqavatlıq "Yuxarı Vəng" SES kimi strateji obyektlər də yer alır. Bu stansiyalardan 14-ü Kəlbəcərdə, 11-i Laçında, 9-u Ağdərədə, 4-ü isə Zəngilanda yerləşir.

Baba Rzayev bildirib ki, hazırda bölgənin enerji tələbatı tam şəkildə bu stansiyalarda istehsal olunan "yaşıl enerji" vasitəsilə ödənilir və istehsal olunan enerjinin artıq qalan 60 faizi ölkənin ümumi enerji sisteminə ötürülür. Bu ərazilərdə istehsal olunan "yaşıl enerji"nin maya dəyəri digər stansiyalarla müqayisədə 3-5 dəfə aşağıdır.

Beş il ərzində bu stansiyalarda 1,5 milyard kilovat-saat elektrik enerjisi istehsal edilib, nəticədə 335 milyon kubmetr təbii qaza qənaət olunub, 620 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınıb. Ümumilikdə, azad edilmiş ərazilərdə 50-dən çox enerji obyekti - 12 yarımstansiya və 38 su-elektrik stansiyası inşa edilib, daha 8 yeni stansiyanın tikintisinə başlanılıb.

Tədbirdə çıxış edən digər natiqlər də Böyük Zəfərin və onun ardınca həyata keçirilən bərpa prosesinin dövlətimizin qüdrətini və xalqımızın birliyini göstərdiyini vurğulayıblar.

Sonda 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərmiş "AzərEnerji" əməkdaşlarına hədiyyələr təqdim olunub, tədbir bayram konserti ilə başa çatıb.

Sonda onu da qeyd edək ki, "AzərEnerji"də çalışan 700-dən artıq şəhid ailəsinə, qazilərə, Birinci və İkinci Qarabağ müharibələrində iştirak edən əməkdaşlara Səhmdar Cəmiyyət tərəfindən pul mükafatları verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AAYDA-ya müraciət olunub

08:40
14 Mart

Məsələyə maliyyə imkanları çərçivəsində baxılacaq

08:37
14 Mart

Bayram gəlir elimizə...

08:35
14 Mart

Azərbaycan və Aİ tərəfdaşlıq prioritetlərini yeni müstəviyə daşıyır

08:30
14 Mart

Praqmatik qərar, qətiyyətli mövqe, qarşılıqlı maraq

08:25
14 Mart

Zəngəzur dəhlizinin açılması Orta dəhliz üzərindən əlavə 15 milyon ton yükün daşınmasına imkan verəcək

08:20
14 Mart

Azərbaycanda dövlət çevrilişinə cəhdin "dəfn"indən 31 il ötür

08:17
14 Mart

Bakı qlobal çağırışların həllində həlledici məkana çevrilib

08:15
14 Mart

AÇG tükənməyib

08:10
14 Mart

Nüfuzlu siyasət liderlərinin görüş yeri dəyişmir

08:07
14 Mart

Bakı və Brüssel yeni strateji tərəfdaşlıq mərhələsinə keçid edib

08:05
14 Mart

Azərbaycan həqiqətlərini dünyaya çatdıran platforma

08:00
14 Mart

Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyətinə dair hesabatını təqdim edib

02:22
14 Mart

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə

02:20
14 Mart

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

02:19
14 Mart

Azərbaycan Respublikasının Mülki Məcəlləsində və "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

02:19
14 Mart

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş "AYNA" informasiya sistemi haqqında Əsasnamə"də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi haqqında 

02:18
14 Mart

“Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 14 aprel tarixli 365 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:15
14 Mart

“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

02:14
14 Mart

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

23:18
13 Mart

Xarici ölkə vətəndaşları Azərbaycan vasitəsilə təxliyə olunub  

22:53
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!