“Azərenerji” ASC-də qanvermə aksiyası keçirilib
Dünən Milli Hematologiya və Transfuziologiya Mərkəzinin təşəbbüsü, “Azərenerji” ASC-nin təşkilatçılığı ilə talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə könüllü qanvermə aksiyası keçirilib.
“Azərenerji” ASC-nin Baş İdarəetmə, Elm, Tədris və Laboratoriya Kompleksinin binasında keçirilən qanvermə aksiyasında səhmdar cəmiyyətin 100 nəfərdən artıq əməkdaşı xəstə uşaqların sağlamlığı, onların qanla təmin olunması üçün xoş məramlı və xeyirxah missiyada könüllü iştirak ediblər.
Qanvermə aksiyası karantin rejiminin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla xüsusi qrafiklə, kütləvilik yaratmadan həyata keçirilib.
Qeyd edək ki, 2005-ci ilin fevral ayında Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva “Talassemiyasız həyat naminə” proqram layihəsinin başlanmasını elan etmişdi və həmin gündən başlayaraq “Azərenerji” ASC də bu layihənin ən fəal davamçılarından birinə çevrilmişdir.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri İtaliyada Azərbaycan icması ilə görüşüb
29 Aprel
Roma Papası: Venesiya iqlim dəyişikliyinə görə mövcudluğunu itirə bilər
29 Aprel
Gələcəyin sualtı qayıqları “görünməz” olacaq
29 Aprel
Pakistanın şimal-qərbində 2 terrorçu məhv edilib
29 Aprel
Dubayda dünyanın ən böyük hava limanı tikiləcək
29 Aprel
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!