“Azercell”in prezidenti: “Əsas məqsədimiz rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaqdır”
“Azercell Telekom” MMC-yə STEVIE Beynəlxalq Biznes Mükafatlarının Qızıl mükafatı təqdim olunub
Beynəlxalq Biznes Mükafatları nüfuzlu STEVIE mükafatının qaliblərinə təqdimat mərasimi keçirib.
Azərbaycanın lider mobil operatoru “Azercell Telekom” MMC-nin nailiyyətləri STEVIE Beynəlxalq Biznes Mükafatlarının münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Xatırladaq ki, “Azercell” Əşyaların İnterneti (IoT) texnologiyaları əsasında az enerji tələbatlı sensorlar konsepsiyasının tətbiqi üzrə hazırlıq səviyyəsinə görə “İlin ən innovativ şirkəti” nominasiyası üzrə Qızıl mükafata layiq görülüb.
Mükafatın virtual təqdimat mərasimində çıxış edən “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova bu yüksək etimad üçün münsiflər heyətinə təşəkkürünü bildirib. Z.Zeynalova Azərbaycanda Əşyaların İnterneti əsasında az enerji tələbatlı sensorlar konsepsiyasını tətbiq edən ilk şirkətin “Azercell” olduğunu vurğulayıb: “Əşyaların İnterneti texnologiyasının təklif etdiyi geniş imkanlardan yararlanaraq daha rahat, rəqəmsal mühitə qoşulmanı asanlaşdırmaq və beləliklə, innovativ həlləri abunəçilərimiz üçün əlçatan etmək prioritet məqsədlərimiz sırasındadır. “Azercell Telekom” ölkə Prezidentinin çağırışına əsasən, işğaldan azad olunmuş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının gerçəkləşməsi üçün dövlət proqramına dəstək verməyə hazırdır. Böyük qürur hissi ilə vurğulamaq istərdim ki, “Azercell” bu ərazilərdə mobil kommunikasiya infrastrukturunun quraşdırılmasına başlayan ilk şirkətdir”.
Dünya işgüzar aləmində ən mötəbər mükafatlardan biri olan STEVIE Beynəlxalq Biznes Mükafatlarının sahibləri 200-dən çox nüfuzlu biznes eksperti, şirkət sahibi və iş adamlarından ibarət beynəlxalq münsiflər heyətinin səsverməsi nəticəsində seçilir. Builki seçim zamanı ekspertlər “Azercell”in ölkədə keçirdiyi bir sıra əhəmiyyətli layihə və təşəbbüsləri, insanların həyat keyfiyyətinin daha da yaxşılaşdırılması naminə texnoloji yeniliklərin tətbiqi istiqamətindəki səylərini qiymətləndiriblər.
Hazırda 5 milyondan çox abunəçinin seçimi olan “Azercell Telekom” MMC ölkədə ilk olaraq “Ağıllı şəhər” və “Ağıllı kənd” layihələrində istifadə ediləcək qurğuların internet bağlantılarının təmin olunması üçün lazım olan şəbəkə infrastrukturunu sınaqdan keçirərək hazır vəziyyətə gətirib.
Azərbaycanın kommunikasiya sektorunda ilk dəfə “Big Data” texnologiyasını tətbiq edən “Azercell Telekom” MMC kommunikasiya dünyasının ən son yeniliklərini ölkədə tətbiq etməklə, ən yaxşı müştəri təcrübəsi imkanlarını hamı üçün əlçatan etməyə çalışır.
Qeyd edək ki, “Azercell Telekom” indiyədək dəfələrlə müxtəlif nominasiyalar üzrə ilin şirkəti seçilərək STEVIE mükafatına layiq görülüb. Müsabiqənin məqsədi dünyanın müxtəlif ölkələrində fərqli uğur qazanmış şirkətlərin tanıdılmasıdır.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Xəzri-2023” birgə taktiki təlimində Azərbaycan və Qazaxıstanın hərbi dənizçiləri yüksək peşəkarlıq ...
04 Oktyabr
İcma: Ermənilərin Qarabağa qayıtmasının vacibliyini vurğulayan Toyvo Klaarın Qərbi azərbaycanlıların...
04 Oktyabr
Təhsilin İnkişafı Fondu ilə “NEQSOL Holding” arasında əməkdaşlıq memorandumu imzalanıb ...
04 Oktyabr
AMADA-nın direktoru Avropa Şurası ölkələrinə müraciət edib
04 Oktyabr
Leyla Abdullayeva: Fransanın Ermənistana göstərə biləcəyi ən böyük yardım onu sülh müqaviləsini imza...
04 Oktyabr
Rusiya XİN: Zəngəzur dəhlizinin açılması üzərində iş davam edir
04 Oktyabr
Hindistanda daşqınlar nəticəsində azı 30 nəfər itkin düşüb
04 Oktyabr
Nigeriyada silahlı hücum nəticəsində 9 nəfər ölüb
04 Oktyabr
Xoşbəxt Bağı oğlu Yusifzadə
04 Oktyabr
RF XİN İstanbulda ABŞ, Aİ və Rusiya nümayəndələrinin Qarabağla bağlı görüşü haqqında informasiyanı t...
04 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
Azərbaycan şərtlərini elan etdi04 Oktyabr 2023

O, müasir dünya siyasətini gözəl bilir03 Oktyabr 2023

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib Prezid...02 Oktyabr 2023

Böyük inamın 20 illik təntənəsi01 Oktyabr 2023

Naxçıvandan türk dünyasına: Səmimi qardaşlıq, strateji müttəfiqlik, dinamik inkişaf29 Sentyabr 2023

ÇOX OXUNANLAR
Böyük liderlik missiyası03 Oktyabr 2023

Ümummilli savaş01 Oktyabr 2023

İLHAM ƏLİYEVİN "DƏMİR YUMRUĞU" VƏ İFLASA UĞRAYAN LAYİHƏ30 Sentyabr 2023

Sonsuz təşəkkürlər, CƏNAB PREZİDENT!29 Sentyabr 2023

İKİ GÖZ YAŞI27 Sentyabr 2023

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...25 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!