“Azercell”dən uşaqlara sağlam gülüş hədiyyə
“Mobil Diş Klinikası” pulsuz yardımı davam etdirir
Ümumdünya Səhiyyə Təşkilatının açıqlamasına görə, yer üzündə 5 milyarda yaxın insan diş problemlərindən əziyyət çəkir. Azərbaycanda isə böyük hissəsi uşaqlar olmaqla əhalinin 80 faizə yaxını diş ağrıları ilə üzləşir. Uşaq evlərində məskunlaşan, ata-ana qayğısından uzaq, kimsəsiz uşaqlar bu baxımdan çətinliklər yaşayır. Aparılan araşdırmalar uşaq müəssisələrində məhz diş xəstəlikləri ilə bağlı ciddi problemlərin olduğunu ortaya çıxarıb. Azərbaycandakı uşaq evlərinin 90 faizində stomatoloji kabinetin olmadığını nəzərə alan “Azercell Telekom” MMC 2009-cu il dekabrın 15-də fəaliyyətinin 13 illiyində daima dəyər verdiyi uşaqlara hədiyyə olaraq ən müasir tibbi avadanlıqla təchiz olunmuş “Mobil Diş Klinikası”nı təqdim edib. “Mobil Diş Klinikası” məhz uşaqların, xüsusilə də uşaq evlərində olan, himayəsiz körpələrin sağlamlığının qorunmasına yönəlib.
Fəaliyyəti boyu minlərlə uşağa sağlam gülüş hədiyyə edən klinikanın həkimləri bu ilin ilk 6 ayı ərzində öz ənənələrinə sadiq qalaraq 400-dən artıq uşağın müayinə və müalicəsini həyata keçirib. Yanvar və fevral aylarında həkimlər Əhmədli qəsəbəsindəki 3 saylı uşaq evində 100-ə yaxın uşağa diş problemlərinin həllində yardımçı olublar. Mart ayında Pirşağı qəsəbəsində yerləşən Xocalı rayon 2 saylı orta məktəbdə təhsil alan 47, apreldə Lökbatan qəsəbəsi uşaq sanatoriyasında müalicə alan 76, mayda Nərimanov rayonu, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində yaşayan 98, iyun ayında isə Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbinin 125 uşağı bu pulsuz müayinədən yararlanıb.
Qeyd edək ki, fəaliyyət göstərdiyi 9 il ərzində layihə çərçivəsində minlərlə insan “Mobil Diş Klinikası”nın həkimləri tərəfindən müayinə edilib, ehtiyac olduğu tədqirdə müalicə alıb.
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
"Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməs...
28 Aprel
"Azərbaycan Respublikasının Hökuməti və "ACWA Power Azerbaijan Renewable Energy" Məhdud Məsuliyyətli...
28 Aprel
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasında Azərbaycan Respublikasının təmsil edilməsi ilə bağlı b...
28 Aprel
Sahibkarlıq fəaliyyəti sahəsində fərqlənən şəxslərin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında...
28 Aprel
Tacikistan vətəndaşlarını Rusiyaya səfər etməməyə çağırıb
27 Aprel
Azərbaycanın daha bir cüdoçusu Avropa çempionu olub
27 Aprel
Türkiyədə 38 qeyri-leqal miqrant saxlanılıb
27 Aprel
Rusiyada miqrantların qalma müddəti il ərzində 90 günə qədər azaldılır
27 Aprel
Qələbə "Sabah"ı 3-cü edib - Premyer Liqa
27 Aprel
Gürcüstan parlamentinin sədri ABŞ senatorlarına sərt cavab verib
27 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!