01 Dekabr 2023 03:36
5212
ELANLAR
A- A+
Azercell abunəçilərinin nəzərinə

Azercell abunəçilərinin nəzərinə

 

Təqdim edilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, mobil internetə olan ehtiyacın daim artdığı mühitdə müştərilərə təklif olunan tariflərin optimallaşdırılması, abunəçilərə daha əlverişli və rahat istifadə imkanının təmin edilməsi məqsədi ilə 08 yanvar  2024-cü il tarixindən etibarən aşağıdakı dəyişikliklər tətbiq ediləcək:

 

  1. “Azercell Telekom” MMC-nin fakturasız (SimSim) və fakturalı xətt sisteminin abunəçilərinin istifadəsi üçün nəzərdə tutulmuş “Buraxılmış zəng” xidmətinə ƏDV daxil 0,20 AZN aylıq abunə haqqı tətbiq ediləcək. “Buraxılmış zəng” və “Xəbər ver” xidmətləri vasitəsilə telefon söndürüldükdə və ya əhatə dairəsi xaricində olduqda, gələn bütün buraxılmış zənglərin kim tərəfindən və nə vaxt edildiyi haqqında məlumat almaqla yanaşı, abunəçilər, həmçinin qarşı tərəfin şəbəkəyə qayıtdığı barədə avtomatik SMS bildiriş alacaqlar. Xidmətdən imtina etmək üçün STOP yazıb 6080-ə göndərmək və ya telefonda *608*0#YES yığmaq lazımdır. “Buraxılmış zəng” xidməti ləğv edildikdə, müstəqil çalışmadığı üçün “Xəbər ver” xidməti də ləğv ediləcək.

 

  1. Fakturasız (SimSim) xətt sisteminə aid nömrələr üçün nəzərdə tutulan “Azercellim” tarif paketində daha əlverişli istifadə şərtləri təqdim edilməyə başlanır. Belə ki, “Azercellim” tarif paketi çərçivəsində şəbəkəxarici və şəbəkədaxili zənglər əvəzinə, ölkədaxili zənglər təqdim edilməklə daha rahat və əlverişli istifadə imkanı yaradılır. Bu da abunəçilərə həm bütün istiqamətlərdə daha rahat danışmaq, həm də nömrənin balansını daha rahat nəzarətdə saxlamaq imkanı verəcək. “Azercellim” tarif paketi ölkə daxili zəngin 1 (bir) dəqiqəsi üçün 0,06 AZN tətbiq ediləcək.

 

  1. İnternet Paketlərdən daha rahat istifadə imkanı yaradılması, İnternet Paketin həcmi bitdikdən sonra əlavə paket əldə edilməsi zərurətinin azaldılması məqsədi ilə, “Azercell Telekom” MMC fakturasız (SimSim) və fakturalı xətt sisteminə aid abunəçilərə daha həcmli aylıq və günlük internet paketləri təqdim edir:

Aylıq İnternet Paketlərin yeni adı və həcmi

Qiyməti (ƏDV daxil, AZN)

500 MB

4

1,5 GB

6

6 GB

12

12 GB

19

30 GB

29

55 GB

39

Günlük İnternet Paketlərin yeni adı, həcmi və qiyməti

(ƏDV daxil, AZN)

      250 MB (yenilənən)

0,80

     1000 MB (yenilənən)

1,50

      

 

 

 

 

 

 

 

 

       

 

 

 

 

 

 

 

 

Qeyd: 500 MB aylıq internet paketinə yeni qoşulmalar 08 yanvar 2024-cü il tarixindən dayandırılacaq. Həmin tarixədək paketi aktivləşdirən abunəçilər abunəlik ləğv edilənədək müvafiq internet paketindən istifadəyə davam edəcəklər. Göstərilən tarixədək aktiv olan aylıq və günlük internet paketləri üzrə müvafiq istifadə müddəti bitdikdən sonra yeni dəyişikliklər tətbiq ediləcək.

Abunəçilər göstərilən dəyişikliklər, tarif və internet paketlərinin şərtləri, sifarişi, başqası ilə əvəzetmə və imtina qaydası barədə, o cümlədən “Azercell Telekom” MMC tərəfindən təqdim edilən xidmətlər, tariflər və keçirilən kampaniyalar barədə ətraflı məlumatları rəsmi internet səhifəmizdən (www.azercell.com), həmçinin Müştəri Xidmətlərinə (MX ofisləri, həftənin 7 günü 24 saat ərzində fəaliyyət göstərən Telefon Mərkəzi) müraciət etməklə əldə etmək imkanına malikdirlər.

       

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

Ötən gün 59 cinayətin açılması təmin edilib

11:01
03 Aprel

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları “Heydər Əliyev-2026” birgə təlimində iştirak edəcəklər 

10:53
03 Aprel

Çingiz Hüseynzadə: Azərbaycan futbolu inkişaf edir

10:47
03 Aprel

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:40
03 Aprel

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib  

10:34
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!