17 Mart 2026 02:03
1806
ELANLAR
A- A+
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi / Məşğulluğa Dəstək Layihəsi AZ-MLSPP-497370-CS-QCBS Müqavilə barədə bildiriş

Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Layihə: Məşğulluğa Dəstək Layihəsi

Müqavilənin adı: Biznes təlim modullarının yenilənməsi, biznes təlimlərin təşkili, ÖMP xüsusi peşə təlim materiallarının hazırlanması və tətbiqi üzrə Məsləhət Xidmətlərinin satın alınması

Ölkə: Azərbaycan
Kredit №: AZ-9712
RFP №: AZ-MLSPP-497370-CS-QCBS

 

Hazırkı bildiriş Məşğulluğa Dəstək Layihəsi çərçivəsində Biznes təlim modullarının yenilənməsi, biznes təlimlərin təşkili, ÖMP xüsusi peşə təlim materiallarının hazırlanması və tətbiqi üzrə Məsləhət Xidmətlərinin satın alınması ilə bağlı keçirilmiş açıq tender prosesini, qiymətləndirmə nəticələrini və müqavilənin təltif edilməsi məlumatlarını əks etdirir.  

 

Satınalan təşkilat maraq ifadələrinin təqdim edilməsi üçün 24 iyun 2025-ci il tarixində “Azərbaycan” qəzetində, ”Azerweb” portalında və Dünya Bankının saytında elanlar yerləşdirilmişdir. Elan nəticəsində ümumilikdə 13 maraq ifadəsi qəbul olunmuşdur. Qısa siyahıya daxil edilmiş aşağıdakı məsləhət şirkətlərinə Təklif üçün Dəvət (RFP) göndərilmiş və təqdim etmə tarixi 13 noyabr 2025-ci il tarixi müəyyən  olunmuşdur:  

 

  • * DAI Global MMC (ABŞ)
  • * CON-INSTITUT GmbH və sub-konsultant SAGE SOLUTIONS MMC (Almaniya/Azərbaycan)
  • * EPTISA Mühendislik Ltd. Şti, (BM-in aparıcı qurumu) və EPTISA Servicios de Ingenieria, S.L. (Türkiyə/İspaniya)
  • * Latvian Chamber of Commerce and Industry, (BM-in aparıcı qurumu) və Accelerated Career Academy MMC (Latviya/Azərbaycan)
  • * UT Consultants Co. Ltd., (BM-in aparıcı qurumu) və İÇERİK Training Research and Consulting Ltd. (Türkiyə)

 

Məsləhətçinin seçimi Keyfiyyət və Qiymət Əsaslı Seçim (KQƏS/QCBS) metodu ilə aparılmışdır. Dəvət göndərilən şirkətlərdən biri “DAI Global” MMC LİQ-ə müraciət edərək təklif təqdim etməyəcəyini bildirmişdir. Qısa siyahıya salınmış digər şirkət “EPTISA Mühendislik Ltd. Şti, (BM-in aparıcı qurumu) və EPTISA Servicios de Ingenieria, S.L.” təklifi müəyyən edilmiş son tarixdən gec təqdim olunduğuna görə qəbul edilməmişdir.

 

Beləliklə, qısa siyahıya daxil edilmiş aşağıdakı 3 iddiaçı texniki təkliflərini müəyyən olunmuş zaman ərzində təqdim etmişdir və 13 noyabr 2025-ci il yerli vaxtla saat 15:00-da açılmışdır. Texniki təkliflərin qiymətləndirilməsi nəticəsində məsləhətçilərə aşağıdakı texniki ballar verilmişdir:

 

  • *CON-INSTITUT GmbH və sub-konsultant SAGE SOLUTIONS MMC – 70.75 bal
  • * Latvian Chamber of Commerce and Industry, (BM-in aparıcı qurumu) və Accelerated Career Academy MMC – 81.98 bal
  • * UT Consultants Co. Ltd., (BM-in aparıcı qurumu) və İÇERİK Training Research and Consulting Ltd. – 74.97 bal

İddiaçılar tərəfindən təqdim edilmiş qiymətlər aşağıdakı kimidir:

No.

İddiaçı

Elan olunmuş təklif dəyəri

Qiymətləndirilmiş təklif dəyəri

1

ICON-INSTITUT GmbH və sub-konsultant SAGE SOLUTIONS MMC (Almaniya/Azərbaycan)

7.438.469,11 Avro

16.284.461,87 AZN

2

Latvian Chamber of Commerce and Industry, (BM-in aparıcı qurumu) və Accelerated Career Academy MMC (Latviya/Azərbaycan)

3.498.120,00 ABŞ dolları

5.946.804,00 AZN

3

UT Consultants Co. Ltd., (BM-in aparıcı qurumu) və İÇERİK Training Research and Consulting Ltd. (Türkiyə)

3.796.000,00 ABŞ dolları

6.453.200,00 AZN

 

Satınalma Komissiyası maliyyə təkliflərini qiymətləndirmiş və “Latvian Chamber of Commerce and Industry və Accelerated Career Academy MMC” BM ilə müqavilənin imzalanmasını tövsiyə etmişdir. Uğursuz iddiaçilara tenderin nəticələri haqqında bildirişlər 05 fevral 2026-cı il tarixində göndərilmişdir. Gözləmə müddəti 06-19 fevral 2026-cı il tarixləri arasında tətbiq edilmişdir. Bu vaxt ərzində Layihə İcra Qrupuna heç bir şikayət/aydınlaşdırma sorğusu daxil olmamışdır. Gözləmə müddəti bitdikdən sonra qalib gələn iddiaçıya müqavilə imzalanması barədə bildiriş göndərilmişdir. Keçirilmiş müsabiqə nəticəsində 10 mart 2026-cı il tarixində aşağıdakı müqavilə imzalanmışdır:


Latvian Chamber of Commerce and Industry (BM-in aparıcı qurumu) və Accelerated Career Academy MMC BM - Cəmi dəyəri ƏDV daxil - 4.127.781,60 ABŞ dolları (dörd milyon yüz iyirmi yeddi min yeddi yüz səksən bir dollar və altmış sent). Müqavilənin müddəti – 10.03.2026 - 31.12.2029.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanlı alpinist 9-cu yüksək zirvəni fəth edib

23:02
19 Aprel

Zelenski: Kiyevdə terror aktından sonra polis orqanlarında kadr islahatları aparılacaq

22:09
19 Aprel

Vens İranla İslamabadda keçiriləcək növbəti danışıqlarda iştirak edəcək

19:28
19 Aprel

Tramp: İranla razılaşma əldə etmək prosesi çox sürətlə getməlidir  

19:08
19 Aprel

Antalya Diplomatiya Forumu başa çatıb

17:28
19 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

16:07
19 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib

15:14
19 Aprel

DİM: Bu gün keçirilən imtahanların nəticələri 6 həftədən sonra elan ediləcək  

14:48
19 Aprel

Aktoti Raimkulova: Azərbaycan regionda balanslı və sülhpərvər siyasəti ilə seçilir

14:23
19 Aprel

Antalyada Bakı Türkoloji Qurultayının türk kimliyinə təsirləri barədə danışılıb 

14:13
19 Aprel

Baş Qərargah: Ukrayna “Neptun” raketi ilə Rusiyanın hərbi zavodunu vurub

13:51
19 Aprel

Türk Dil Qurumunun sədri: Əlifba birliyi ortaq dəyərlərimizi daha aydın və hiss olunan səviyyəyə yüksəldəcək  

13:29
19 Aprel

Ramil Həsən: Biz müxtəlif millətlərin planlarının bir hissəsi deyilik, biz eyni millətin övladlarıyıq, türkük  

13:19
19 Aprel

Sultan Raev: Dünya Türk Dilləri Ailəsi Gününün təsis olunması türk irsinin qlobal səviyyədə tanınmasını gücləndirir  

12:59
19 Aprel

Sabaha olan hava proqnozu açıqlanıb

12:39
19 Aprel

Aktoti Raimkulova: Bu gün həyata keçirdiyimiz bir çox təşəbbüs bir əsr əvvəl dövrün ziyalıları tərəfindən irəli sürülən ideyalara əsaslanır  

12:16
19 Aprel

Şahin Mustafayev: Bakı Türkologiya Qurultayında Türk dünyasının gələcəyi baxımından mühüm qərarlar qəbul edilib  

11:47
19 Aprel

TDT-nin Baş katibi: Bakı Türkologiya Qurultayı Türk dünyasının inteqrasiyasının təməlini qoyan tarixi bir mərhələ idi  

11:38
19 Aprel

“Shandian” adlı robot Pekin robot-insan yarımarafonunun qalibi olub

10:57
19 Aprel

Azərbaycan ilə Meksika arasında diaspor fəaliyyətinə dair memorandum imzalanıb  

10:56
19 Aprel

Nazir Ceyhun Bayramov Tailanda işgüzar səfərə yola düşüb

10:55
19 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!