07 Fevral 2026 09:10
697
SİYASƏT
A- A+
Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir

Azərbaycanın Yaxın Şərq regionunda mövqeləri güclənir


Ölkəmizin BƏƏ ilə tərəfdaşlığının yeni mərhələyə daxil olması da bunu təsdiqləyir


Prezident İlham Əliyevin uzaqgörən, müdrik, eləcə də qətiyyətli siyasəti nəticəsində Azərbaycan tək regionda deyil, qlobal miqyasda güclü dövlətə, siyasi və iqtisadi sahələrdə öndə gedən lider bir ölkəyə çevrilib. Xüsusilə, Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra Azərbaycanla strateji tərəfdaş ölkələrin sayı artmaqdadır. 

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan hər zaman dövlətlərlə müstəqil, bərabərtərəfli formatda əlaqələrin qurulmasının tərəfdarı olduğunu sübut edib. Bu baxımdan Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələr dostluq, qardaşlıq təməli üzərində qurulub. "Ötən il Azərbaycanla BƏƏ arasında imzalanmış strateji tərəfdaşlıq sənədi bu əlaqələri daha da genişləndirib. 2025-ci il sentyabrın 16-da BƏƏ-nin Prezidentinin Şuşaya səfəri bu ölkənin suverenliyimizə göstərdiyi dəstəyin bariz nümunəsidir. Prezident İlham Əliyevin BƏƏ-yə budəfəki işgüzar səfəri və bu ölkənin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü iki dövlət arasında mövcud strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoymasının göstəricisidir. Ölkə rəhbərimizin də qeyd etdiyi kimi, Azərbaycan və BƏƏ hər zaman bütün beynəlxalq platformalarda bir-birini dəstəkləyir", - deyə o əlavə edib. 

Ekspert qeyd edib ki, bu səfərin ən diqqətçəkən və qürurverici məqamlarından biri də Şeyx Zayed Fondunun təsis etdiyi və beynəlxalq miqyasda humanist dəyərlərin təşviqinə xidmət edən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın 2026-cı il üzrə Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olunmasıdır. Bu, dövlət başçımıza regionda sülhün, əmin-amanlığın bərqərar olması istiqamətində gördüyü misilsiz xidmətlərinə görə verilən böyük dəyərdir. Dövlətimizin başçısının BƏƏ-yə səfəri çərçivəsində "Sülh Qalxanı - 2026" adı altında birgə hərbi təlimlərin keçirilməsi hərbi sahədə də əməkdaşlığımızın inkişafından xəbər verir. 

K.Əliyeva vurğulayıb ki, Azərbaycanla BƏƏ arasında iqtisadi əlaqələr də hər il artmaqdadır: "Qarşılıqlı sərmayə yatırımları yüksəlir. İki dövlət arasında ticarət dövriyyəsi 2 milyard ABŞ dolları səviyyəsinə çatıb. İl ərzində ticarət dövriyyəsinin bu qədər yüksəlməsi perspektivdə bu sahənin müsbət istiqamətdə inkişaf etməsinə əminlik yaradır. Azərbaycanla BƏƏ arasında enerji təhlükəsizliyi, nəqliyyat-logistika marşrutları, həmçinin humanitar sahələrin inkişafını xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin BƏƏ-yə səfəri bu ölkə ilə yanaşı, Azərbaycanın Yaxın Şərq regionunda iqtisadi-siyasi əlaqələrinin inkişafına və möhkəmlənməsinə böyük təkan verəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin rəqibləri bəlli olub

22:23
27 Fevral

Gəncənin Baş planı Nazirlər Kabinetinə təqdim edilib, Xocalının planı üzrə razılaşdırma davam edir  

20:51
27 Fevral

Efiopiyanın Baş naziri “AI Academy” ilə tanış olub  

20:41
27 Fevral

Vaşinqtonda Xocalı soyqırımının qurbanları anılıb  

20:29
27 Fevral

Premyer Liqa: “Zirə” “Araz-Naxçıvan”a qalib gəlib

20:14
27 Fevral

Şamaxıda yenidən zəlzələ olub

20:03
27 Fevral

MM-in komitə sədri: Azərbaycanda tibbi turizmin inkişafı üçün geniş imkanlar var  

19:57
27 Fevral

Gürcü nazir: Azərbaycandan Gürcüstana ümumi investisiyalar 3,1 milyard dolları keçib  

19:42
27 Fevral

Prezident Administrasiyasının rəhbəri COP32-nin Prezidenti ilə görüşüb  

19:41
27 Fevral

Azərbaycan və Türkmənistan arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:29
27 Fevral

ABŞ-nin müvəqqəti işlər vəkil: Azərbaycanla iqtisadi əməkdaşlığın günü-gündən inkişaf etməsindən çox məmnunuq  

19:16
27 Fevral

Finlandiyada Xocalı həftəsi

18:59
27 Fevral

Xocavəndə Böyük Qayıdış: 1485 nəfər doğma yurduna qovuşub

18:35
27 Fevral

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

18:23
27 Fevral

Hüquq fakültəsi tələbələrinin fotolarını yaydığına görə saxlanılan şəxs barəsində cinayət işi başlanılıb

18:09
27 Fevral

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub  

17:46
27 Fevral

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim edilib

17:35
27 Fevral

Zəlzələdən sonra ərazilərdə monitorinqlər aparılır – Şamaxı RİH-dən AÇIQLAMA 

17:28
27 Fevral

Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə Mentorluq proqramının yekunlarına dair görüş keçirib  

17:23
27 Fevral

İqtisadi Şuranın növbəti iclası keçirilib

17:21
27 Fevral

Efiopiyanın Baş naziri “ASAN xidmət”də

17:20
27 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!