12 İyun 2025 22:25
600
SİYASƏT
A- A+
Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

Azərbaycanın vaxtilə işğal altında olan ərazilərində mina basdırılması ilə bağlı məhkəmədə yeni faktlar açıqlanıb  

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyunun 12-də davam etdirilib.

AZƏRTAC xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Məhkəmə iclasında təqsirləndirilən şəxs Levon Mnatsakanyan 2016-cı ildə baş vermiş və şərti olaraq “Aprel döyüşləri” adlandırılan hadisələrlə bağlı dövlət ittihamını müdafiə edən prokurorun növbəti suallarını cavablandırıb.

Həmin vaxt general-leytenant rütbəsi ilə qondarma rejimin “müdafiə naziri” olmuş L.Mnatsakanyan Aprel döyüşlərinin nəticələrinin Ermənistanda necə qiymətləndirilməsi barədə sualı cavablandırarkən, həmin döyüşlər zamanı 18 döyüş mövqeyi “itirdiklərini” bildirib.

Təqsirləndirilən şəxs Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun suallarına cavabında Aprel döyüşləri zamanı mülki şəxslərin yaşadıqları ərazilərin artilleriya atəşinə tutulmadığını, həmin ərazilərdə və ərazilərə yaxın yerlərdə hərbi hissə, hərbi texnika və hərbçilərin olduğunu, evlərə mərmi düşməsini təsadüf hesab etdiyini, bunun məqsədli şəkildə olmadığını iddia edib və bildirib: “Kəndə hücum olmayıb. Kəndə atəş açmamışıq”.

Məhkəmədə L.Mnatsakanyanın Aprel döyüşləri ilə bağlı jurnalistlərə verdiyi müsahibəsindən bəzi hissələr də tədqiq edilib.

O, Aprel döyüşlərindən sonra verdiyi müsahibədə “Ümumi vəziyyət nəzarət altındadır, qoşunların döyüş hazırlığı müvafiq səviyyədədir, sərhədlərimiz möhkəmdir və etibarlı əllərdədir” deyir. L.Mnatsakanyan jurnalistin “Düzdür ki, qarşı tərəf də müdafiə olunur?” sualına “Bəli” cavabını verir.

Bu zaman dövlət ittihamçısı xatırladıb ki, L.Mnatsakanyan məhkəmədəki sərbəst ifadəsində Aprel döyüşləri zamanı fikir bildirmədiyini deyib. “Lakin videodan görünür ki, mətbuatda da fikirlər bildirmisiniz”, - deyə prokuror əlavə edib.

Prokurorun “Müsahibədə barəsində danışdığınız qarşı tərəf kimdir və sizin hansı hücumunuzdan müdafiə olunur?” sualına isə L.Mnatsakanyan konkret cavab verməyib.

Məhkəmədə L.Mnatsakanyanın verdiyi daha bir müsahibə nümayiş etdirilib. Videogörüntülərdə o, Cıdır düzündə jurnalistin suallarını cavablandırır. L.Mnatsakanyan müsahibədə 2015-ci il fevralın 24-dən 25-nə keçən gecə baş vermiş döyüşlər və 2016-cı ildə baş vermiş Aprel döyüşləri barədə danışır, Azərbaycan xüsusi təyinatlılarını “Yaşma briqadası” adlandıraraq onların həmin döyüşlərdə iştirak etdiyini bildirir, “orduda” görülən işlər barədə isə deyir: “Təkmilləşdirmək o deməkdir ki, əlimizdə olan imkanları daha da gücləndirməliyik. Əlimizdəki atəş vasitələrinin və sistemlərinin imkanlarını genişləndirməliyik. Bu istiqamətdə bizdə müvafiq işlər aparılır. Xüsusilə müşahidə cihazları sahəsində genişləndirmə işləri aparırıq. Həm atəş, həm də məhvetmə sistemləri üzrə irəliləyişlər əldə olunub. Bəzi məhdud şəraitlərdə müəyyən çatışmazlıqlarımız olub, amma indi - istər səhər, istər gündüz - biz səmərəli şəkildə atəş aça bilirik.

Bundan əlavə, idarəetmə imkanlarımızı da artırmışıq. Bu da ümumi sistemə daxildir. Həm kəşfiyyat, həm də atəş istiqamətində irəliləyişlərimiz var.

Əlavə olaraq, əldə etdiyimiz yeni texnologiyalar və texniki vasitələrlə bağlı praktiki tədbirlər görülür. Hərbi sənaye kompleksi üzrə də işlər aparılır…

...Daha uzaqmənzilli tankəleyhinə və digər müasir vasitələr də mövcuddur. Bundan başqa, biz yeni texnologiyalar və atəş vasitələri əldə etmişik. Bu vasitələrin istifadəsi ilə bağlı şəxsi heyətə də təlimlər keçirilir”.

O, prokurorun suallarını cavablandırarkən müsahibənin əvvəlcə “İsa bulağı”nın yaxınlığındakı evlərdən birinin eyvanında təşkil olunacağını, lakin jurnalistin işıqlandırma problemini deməsindən sonra Cıdır düzünə getdiklərini söyləyib.

Fasilədən sonra məhkəmədə internet resurslarından götürülmüş növbəti videomaterial nümayiş etdirilib və tədqiq olunub. Media materialında qondarma rejimin “müdafiə naziri” Levon Mnatsakanyan və keçmiş “müdafiə naziri” Samvel Babayan bir-birilərini ittiham edirlər. Videomaterialda L.Mnatsakanyan S.Babayanı 1994-cü ildə “Azərbaycan tərəfinə 21 kilometr ərazi verməkdə” günahlandırır.

Məlum olur ki, S.Babayan əvvəlki müsahibələrindən birində Aprel döyüşləri zamanı erməni tərəfinin ciddi səhvlərə yol verdiyini bildirib. L.Mnatsakanyan isə ərazi itkilərini inkar etmir, amma S.Babayana məsləhət görür ki, öz yaddaşını təzələsin və 1994-cü ildə özü tərəfindən “Azərbaycana necə torpaq verildiyini” xatırlasın. Videomaterialda S.Babayan 2016-cı ilin aprelində baş verənlərin müharibə deyil, “diversiya” olduğunu iddia edir, L.Mnatsakanyan isə bildirir ki, baş verənlər tammiqyaslı əməliyyat, müharibə idi.

Tədqiq edilən növbəti videomaterialda Ermənistanın sabiq baş naziri Karen Karapetyanın və qondarma rejimin “baş naziri” Arayik Harutyunyanın Azərbaycanın vaxtilə işğalda olan ərazilərində hərbçilərlə görüşdüyü görünür.

L.Mnatsakanyan videomaterialla əlaqədar bildirib ki, vaxtilə Ermənistandan bir çox rəsmi şəxslər, habelə müdafiə və xarici işlər nazirləri də həmin ərazilərə səfərlər ediblər.

Nümayiş etdirilən növbəti videomaterialda Ermənistanın sabiq müdafiə naziri Davit Tonoyanın qondarma rejimin “hərbi qurum”undakı vəziyyətlə tanış olduğu görünür. Keçirilən müşavirədə, hərbçilərdən əlavə Ermənistanın sabiq xarici işlər naziri Zöhrab Mnatsakanyan və qondarma rejimin “xarici işlər naziri” də iştirak ediblər.

Azərbaycan ərazilərinin minalanması barədə sualları cavablandırarkən deyib ki, minalar iki istiqamətdə - şimal və cənub istiqamətlərində basdırılıb. Minalar yerləşdirildikdən sonra formulyarlar yuxarı qərargaha təqdim edilib: “Formulyarın bir nüsxəsi isə hərbi hissədə qalırdı. Qalan bütün formulyarlar mühəndis qoşunları idarəsində olub”.

O, formulyarla bağlı bildirib ki, bu, mina basdırılan ərazinin böyük dəqiqliklə sxemidir, mina xəritəsində isə dəqiqlik yoxdur: “Orada rayonlar göstərilib ki, harada minalar var. Amma formulyarda minanın konkret yerini bilmək mümkündür”.

L.Mnatsakanyan Azərbaycan ərazilərində hansı minaların basdırılması barədə sualı isə belə cavablandırıb: “Başlanğıc mərhələdə Sovet İttifaqında istehsal olunmuş minalar basdırılıb. Sonrakı mərhələdə Rusiya Federasiyasından alınıb, Ermənistan vasitəsilə bizə verilib. Son dövrlərdə isə Ermənistan Respublikasında da istehsal olunurdu və bizə verilirdi. Minaların növləri piyadaəleyhinə və tankəleyhinə minalar idi”.

Məhkəmə prosesi iyunun 13-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!