Azərbaycanın turizm imkanları BƏƏ-də nümayiş etdirilir
Azərbaycan Turizm Bürosu mayın 1-dən 4-dək Birləşmiş Ərəb Əmirliklərində keçirilən “ATM Dubai 2023” (Arabian Travel Market 2023) beynəlxalq turizm və səyahət sərgisində milli stendlə təmsil olunur.
Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları” QSC və ümumilikdə 31 yerli turizm və qonaqpərvərlik sənayesi nümayəndəsi iştirak edir.
Ziyarətçilərə Azərbaycanın tarixi, adət-ənənələri, mədəni irsi, milli mətbəx nümunələri, sağlamlıq və ekoturizm potensialı haqqında ətraflı məlumat verilir.
Sərgi çərçivəsində BƏƏ-ni, həmçinin digər regional ölkələri təmsil edən turizm şirkətləri ilə B2B formatlı görüşlər keçirilir, qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunur.
Sərginin ilk günü Dubay şəhərində Azərbaycan Respublikasının Baş konsulu Cavidan Hüseynov ölkə stendini ziyarət edib, sərgilənən turizm məhsulları ilə tanış olub.
Səfər çərçivəsində Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Səudiyyə Ərəbistanının aviaşirkəti “Flyadeal”in Baş icraçı direktoru Con Korfiatislə görüşüb.
Görüş zamanı əməkdaşlıq əlaqələri, qarşılıqlı turist axınına təkan verəcək marketinq və kommunikasiya istiqamətlərində birgə fəaliyyət, yay aylarında həyata keçiriləcək birbaşa uçuşlar və digər məsələlər müzakirə olunub.
Qeyd edək ki, 2022-ci ildə Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana səfər edən vətəndaşlarının sayı ilə Körfəz ölkələrindən ziyarət edənlər sırasında ikinci pillədə qərarlaşıb.
Ötən il Yaxın Şərq ölkələrindən Azərbaycana 228 min 294 xarici vətəndaş səfər edib ki, bunun da 18 faizini BƏƏ vətəndaşları təşkil edib.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Hikmət Hacıyev: Reinteqrasiya istiqamətində irəli getmək üçün siyasi baxışımız var
22 Sentyabr
Sabah əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı gözlənilir
22 Sentyabr
Co Bayden süni zəka ilə bağlı çağırış edib
22 Sentyabr
Ukrayna və ABŞ birgə silah hazırlayır
22 Sentyabr
NATO-dan ABŞ-a ÇAĞIRIŞ
22 Sentyabr
Yerevanın mərkəzində kütləvi aksiyalar davam edir
22 Sentyabr
“Azərbaycan ikinci böyük qələbəsinə imza atdı”
22 Sentyabr
Qazaxda aqrar sığorta ilə bağlı regional tədbir keçirilib
22 Sentyabr
Ağstafa balının fərqli dadı və rəngi var
22 Sentyabr
Şəhər təsərrüfatındakı vəziyyət və infrastruktur layihələrin icrası müzakirə olunub
22 Sentyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

Şərtləri diktə edən İlham Əliyevdir02 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!